Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda yolkalar neçəyədir?


Paytaxtda 10 manata da Yeni il aksessuarları var, 2 min manata da...


Yeni il yaxınlaşdıqca bayramın atributlarının da qiyməti də bahalaşır. Yeni ilin rəmzlərindən biri olan yolka bayram əhval-ruhiyyəsi yaratmaqla yanaşı, olduğu məkana yaraşıq verir. Bu gün yolkaların müxtəlif çeşidləri olduğu kimi, onun daha yaraşıqlı olması üçün istifadə olunan bəzək əşyaları da rəngarəngdir. Bütün bunları müxtəlif qiymətə almaq olar. Artıq bir neçə gündür ki, paytaxtın demək olar ki, hər yerində Yeni il atributları satışa çıxarılıb.

Hara baxırsan, müxtəlif rəngli, ölçülü bəzəklər, şam, küknar ağacları, şaxta babalar, rəngbərəng oyuncaqlardır. Hətta yolkası və onu bəzəmək üçün yetərincə oyuncaqları olanlar belə bu bər-bəzəyi görəndə yenisini almaq istəyir. Yeni ilin əsas atributu olan yolkaların qiyməti isə ölçülərinə görə dəyişir. Biz də yolkaların ucuzunun və ən bahalısının qiymətini öyrənmək üçün Yeni il atributları satılan bir neçə məkana baş çəkdik. İlk olaraq bu cür atributların ucuz satıldığı məkanlardan, yəni yol kənarından və metro çıxışlarından başladıq. Burada yolkaların qiyməti ölçüsündən asılı olaraq dəyişirdi.  Ən ucuz yolkanın qiyməti 10 manat, ən bahalısı isə 50 manata satılırdı. 

Metronun “Xalqlar dostluğu” stansiyasının  yaxınlığındakı mağazada isə ən ucuz yolkanın qiyməti 50 manata idi. Ümumilikdə isə bəzəkli yolkaların qiyməti 30 manatdan başlayırdı. Hündürlüyü 2 metrədək olan yolkalar 700 manatdır. Hələ bu harasıdır, dükanlarda şok qiymətə 1500-2000 manata da yolka satılır. Qiymətin bahalığı isə onların böyüklüyü və aksessuarlarının sayı ilə əsaslandırılır. Bu cür bahalı yolkalar əsasən “Ağ çiçəyim” mağazalar şəbəkəsi və digər firma mağazalarında satılırdı. 

Satıcı Əli Bayramov deyir ki, yolkaların bahalığı onun istehsal olunduğu yerdən də asılıdır: “Braziliya istehsalı olan 2 metr 40 santimetr hündürlüyündə olan yolkanın  qiyməti 70 manatdır. Dubaydan gələn kiçik ölçülü yolkanın qiyməti isə 35 manatadır. Ən ucuz yolkamız stolüstü kiçik yolkadır. Çin istehsalıdır, qiyməti isə 13 manatdır. Hündürlüyü 5-10 metr olan yolkalarımız da var. Təbii ki, onların qiyməti də elə hündürlüyünə görə dəyişir”. 

Üzərində qar dənəcikləri olan yolka ilə sadə yolkaların da qiyməti bir-birindən fərqlənir. Mağazalarda 2 min manata da yolkalar satılır. Bu yolkalar hazır bəzədilmiş yolkalardır. Elə onun bahalılığı da üzərindəki oyuncaqların sayı ilə bağlıdır. Digər baş çəkdiyimiz mağazada isə əsl Yeni il ab-havası yaşanırdı. Belə ki, hətta satıcı da əhalinin diqqətini yeni il aksessuarlarına cəlb etmək üçün şaxta baba papağı qoymuşdu və çox şən əhval-ruhiyyəsi vardı. Adının Ruslan olduğunu deyən satıcı 6 metr hündürlüyü olan yolkaların qiymətinin 1000-1500 manat arasında dəyişdiyini bildirdi. O, Yeni il yaxınlaşdıqca alıcılarının da sayının artdığını dedi. Bu mağazada olan Yeni il ab-havası adamı kiçik bir oyuncaq da olsa almağa vadar edirdi. 

Yolkanı bəzəmək üçün lazım olan oyuncaqlara gəlincə, onların da qiyməti satıldığı məkana və oyuncağın keyfiyyətinə görə fərqlənirdi. Satışda 1 dənəsi 1 manata da oyuncaq vardı, dörd dənəsi 1 manata da. Kiçik ölçülü yumru qar topuna bənzər oyuncaqlar isə 20 qəpiyə satılırdı. 6-12 ədəd oyuncaqdan ibarət yolka dəstinin qiyməti orta hesabla 5-10 manata satılırdı. 20 manatlıq dəstlərə də rast gəlmək olurdu. Qiymətlərin bahalığı və ucuzluğu istehsalçı ölkədən, oyuncağın keyfiyyətindən və ölçüsündən asılı idi. Yolka üçün plastik şarların bir ədədi mərkəzi mağazalarda təxminən 1 manat 50 qəpiyə, 2 manat 50 qəpiyə satılırdı. İçərisində Şaxta baba olan müxtəlif kürələri və Yeni il mövzusunda digər suvenirləri təxminən 5 manatdan 15 manata qədər almaq olardı. Yolkanın bəzədilməsi üçün işıqların qiyməti 2 manatdan 70 manata kimi dəyişirdi. Şaxta babaların qiyməti isə dizaynına görə 200-250 manata qədərdir. Oyuncaqlar 40-50-70 manat arasında dəyişir. Yolka üçün işıqlar 10 manatdan 100 manata kimidir. Təbii şüşədən hazırlanan alman oyuncaqları isə kifayət qədər bahalı idi və hər alıcının cibinə uyğun deyildi. Onların bir ədədinin qiyməti 60 manata qədər idi. Satıcıların dediyinə görə, onların əksəriyyəti əl işidir.

Oyuncaq şaxta babaların qiyməti 5-20 manat arasında dəyişirdi. Mənzilləri bəzəmək üçün müxtəlif Yeni il çələngləri 5-10 manata başa gəlirdi, daha bahalı olanları da var idi. 

Xatırladaq ki, bulvar ərazisində də Yeni il ərəfəsində sakinlərin əylənməsi üçün 10 yolka qurulacaq. Yolkaların qurulmasına bu gündən start veriləcək. Bulvarda qurulan yolkalar arasında ən irisi Kukla Teatrının arxasında olacaq. Şaxta baba və qar qızlar isə lisenziya alandan sonra işə başlayacaqlar.(musavat.com)






Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar