Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının təklifi Ermənistanı çıxılmaz duruma salıb


Azərbaycan prezidentinin Dağlıq Qarabağa muxtar respublika statusu vədi düşməni və havadarlarını fakt qarşısında qoyub; Zahid Oruc: “Artıq ermənisiz Ermənistan reallığı meydana çıxıb”


Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Bakının gedə biləcəyi sonuncu güzəşti açıqlamaqla həm işğalçıya, həm də münaqişənin həllini üzərinə götürən tərəflərə düşünmək imkanı verib.  

Ancaq hələ ki nə həmsədr ölkələrdən, nə onların vasitəçilik edən üç diplomatından, nə də ATƏT-dən Azərbaycan prezidentinin mövqeyinə reaksiya gəlməyib. Qeyd edək ki, dövlət başçısı “Rusiya bu gün” beynəlxalq informasiya agentliyinin direktoru Dmitri Kiselyova müsahibəsində İlham Əliyev deyib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi Dağlıq Qarabağ muxtar vilayətinin ətrafındakı ərazilərin azad edilməsi şərti ilə mümkündür. 

Əksər hallarda müzakirə mövzusuna çevrilən qarşılıqlı güzəştlərə gəldikdə, prezident bunları söyləyib: “Əlverişli güzəşt mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin, onların həyat fəaliyyətinin, özünüidarəetmənin, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsinin təmin edilməsi, Dağlıq Qarabağ muxtar vilayətinin ətrafındakı ərazilərin azad edilməsi şərti ilə iki xalq arasında sülh şəraitində qarşılıqlı əlaqə - münaqişənin həlli bizə belə görünür”. Eyni zamanda İlham Əliyevin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünə dair məsələlərdə güzəşt mümkün deyil. “Lakin yerli özünüidarəetmə məsələləri üzrə güzəşt ola bilər. Gələcəkdə isə, razılığa gələ bilsək, bu, muxtar respublika ola bilər”, - dövlət başçısı əlavə edib. Düzdür, fakt qarşısında qalan erməni tərəf bu fikirləri ciddi qəbul etmədiyini nümayiş etdirməyə çalışır və qeyri-ciddi mövqelər sərgiləyirlər. Qarabağ separatçılarının ilkin reaksiyası bu oldu ki, Azərbaycana bir az da təzyiq etməklə Qarabağın müstəqilliyinə razı salmaq mümkün olacaq. Ermənistandan verilən reaksiyalar da bunu deyir ki, qarşı tərəf muxtar respublika təklifi ilə razılaşmaq niyyətində deyil. 

Görünür, Rusiyadan “İsgəndər” hədiyyəsini alan Ermənistan Azərbaycana danışıqlarda diktə edəcəyi barədə sərsəm xəyallara düşüb. Lakin aprel döyüşlərində sarsıdıcı zərbə alan düşmən bu hadisələrin daha faciəvi və dəhşətli formada təkrarlana biləcəyini bəzən unudur. Ancaq Azərbaycanın qəti mövqeyi var ki, BMT qətnamələri yerinə yetirilməlidir və tarixi ərazilərimizdə ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Son zamanlar Rusiyanın moderatorluq etdiyi danışıqların məntiqi nəticəsi olaraq 5+2 formatında işğaldakı rayonların azad olunacağı barədə davamlı xəbərlər yayılırdı. Daha sonra Azərbaycan prezidenti Dağlıq Qarabağın müstəqilliyinin tanınması üçün qapalı danışıqlarda edilən təzyiqlər haqqında xalqa açıq məlumat verdi. Nəhayət, prezident Dağlıq Qarabağla bağlı gedə biləcəyi ən böyük güzəşti açıqladı - Naxçıvanın statusuna bərabər muxtar respublika statusunu. Bu, həm Azərbaycan dövlətinin Qarabağ ermənilərinə xəbərdarlığı, Azərbaycan vətəndaşı olmaq istəyən ermənilərə təklifi, həm də Bakı ilə təzyiq dili ilə danışanlara cavabdır. Bundan sonra nələrin baş verənlərin məsuliyyətini isə təbii ki, qarşı tərəf daşıyacaq. Çünki Bakı beynəlxalq qanunları əsas götürərək öz vətəndaşlarına sahib çıxdığını ən yüksək səviyyədə bəyan etdi. Üstəlik, sərhədlərin toxunulmazlığını bütün beynəlxalq birlik qəbul edib. Belə olduğu halda ermənilərə Azərbaycanın təklifi ilə razılaşmaq, işğala son verib ərazidə birgəyaşayışı bərpa etməklə bağlı təzyiqlər işə salınmalıdır.

Siyasi şərhçi Arzu Nağıyev “Eurasia Diary”yə deyib ki, prezident hər dəfə ATƏT-in həmsədrləri  ilə görüşlərində də Azərbaycanın suverenliyi çərçivəsində Qarabağ probleminin həllinin olduğunu deyib: “İctimaiyyət də bunu bilir ki,  ilk növbədə işğalçı ordu Azərbaycan ərazisini tərk etməlidir.  Qaçqınlar öz yurd-yuvalarına, dədə-baba torpaqlarına qayıtmalıdır. Bundan sonra Dağlıq Qarabağın statusu məsələsinə qayıtmaq lazımdır”. Politoloqun sözlərinə görə, hər hansı bir formada,  istər muxtar respublika,  istərsə də hansısa qurum formasında Azərbaycana tabe olmaqla bu məsələ  həll edilməlidir. “Mərhələli şəkildə bu problem həll olmalıdır. Status məsələsinə gəldikdə isə Azərbaycan ərazisində ikinci müstəqil dövlətin yaradılmasına imkan verməyəcək”.


Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü  Zahid Oruc “Yeni Müsavat”a dedi ki, Ermənistan ictimai rəyindəki dəyişiklikləri görməmək mümkün deyil: “Xüsusilə də aprel döyüşləri maksimalist ideyaları xeyli zəiflətdi və indi - Çavuşoğlunun açıqlamasından sonra Rusiyanın 5 rayonu ermənilərin razılığı olmadan Azərbaycana qaytaracağı qorxusu var. ”İkinci erməni dövləti" planı faktiki olaraq Ermənistanın işğalı ilə nəticələnib. Qarabağa sahiblənməklə deyil, əsas bir xalqın özünün azad iradəsi beynəlxalq məkana çıxa bilmirsə, gəlib Cəbrayılda səngərdə çürüyüb daim qorxu hissi altında müstəqil ola bilməzsən. Özü də həyat gedir, zaman bir yerdə durmur. Dünənki xalq qəhrəmanları öldükcə onları əvəz edən yeni nəsil kommunikasiya inqilabının yetirmələri kimi əvvəlki faşist ideologiyası ilə yaşamaq istəmirlər. Doğrudur, hazırkı erməni əsgəri Xankəndini özünə doğma vətən bilir və hər gün anti-Azərbaycan təbliğatı onların beynini yuyur. Ancaq daimi düşmənçiliklə ermənilər çox mürəkkəb regionda “2-ci erməni dövləti”ni elan etsələr də, onu tanımaqdan nə üçün vaz keçdiklərini yaxşı bilirlər". 

Z.Oruc işğalçı ölkənin ağır durumda olduğunu vurğuladı: “Müsəlman qonşularla əhatə olunmuş bir vəziyyətdə 100 il müstəqillik uğrunda vuruşmağa gücün çatacaqmı? Son demoqrafik göstəricilər bunun əksini deyir. Erməni anaları öz bətnində gəzdirdikləri oğulları işıq üzü görməmiş məhv edirlər ki, gələcəkdə müharibənin qurbanına çevrilməsinlər. Ermənistan əsgərinin gəlib Füzulidə keşik çəkməyinin bir səbəbi də budur. Kəlbəcərdə əkib-becərdiyini gətirib Ağdamda azərbaycanlılara sata bilmirsənsə, ömrü boyu hərbi formada mövcud olmaq qeyri-mümkündür. Yeni nazir Vihen Sərkisyanın dediyi kimi, ordu-milləti yoxdur dünyada, bu, fiksiyadır. Hətta almanlar, fransızlar belə, müqavilə ilə qulluq edənləri həqiqi hərbi güc sahibləri hesab edirlər. Bütün xalq döyüşçü olmur.

Böyük sərkərdələrinə baxmayaraq, reallıqda ermənilər isti ölkələrə və məhsuldar torpaqlara doğru kütləvi köç edən emiqrantlara çevriliblər. Amerika, Rusiya, Ukrayna ermənilərin daha doğma vətəninə çevrilir. Qarabağ o yanda qalsın, indi ermənisiz Ermənistan reallığı meydana çıxıb. İranRusiya üçün regionun hazırkı coğrafiyasını təzədən cızıb yeni simbioz dövləti meydana çıxarmaq çox təhlükəlidir. Etnik-milli tərkibinə görə çoxmilyonluq demoqrafik xəritədə çeçen və kürd faktoru Qarabağın törəməsi kimi xarici dövlətlərin əlində dağıdıcı ssenariyə çevrilə bilər”. Deputat qeyd etdi ki, məhz bu vəziyyəti nəzərə alan prezident ermənilərə maksimum güzəştli statusu təklif edib: “Dinc yanaşı yaşamağın başqa formulunu tapmaq mümkün deyil. Göyçəyə və Zəngəzura baxıb bir xalqın öz itkiləri ilə gec-tez barışacağını düşünənlər səhv edirlər. Sovet rejimi xiyabanların üstündən xətt çəkib düşünən beyinləri repressiyaya məruz qoymasaydı, münaqişə ötən əsrin əvvəlində ədalətli bir şəkildə başa çatardı. Azərbaycan çox mürəkkəb regionda-üç imperiya quruluşu ilə əhatələnmiş vəziyyətdə Qərblə iqtisadi, Şərqlə siyasi, Şimalla hərbi-mədəni tellərlə bağlanıb uğurlu bir şəkildə ərazi bütövlüyünün zəminini hazırlayır. Halbuki ermənilər Qarabağda yalnız Azərbaycan vasitəsilə inkişaf edəcəklərini yaxşı bilirlər. İşğal reallığı ortadan qalxarsa, o bölgəni daimi təhlükəsizlik məkanına çevirmək üçün neft-qaz kəmərlərini Xankəndindən keçirmək olar. O cümlədən Türkiyə Ermənistana hücum etməyəcəyini Rusiya ilə ortaq müqavilədə ifadə edə bilər. Beləliklə, üçüncü oyunçuları regiona gətirən Qarabağ məsələsini daimi təhlükə amili və destabillik meydanından əməkdaşlıq və sülh adasına çevirmək olar. Mikoyan hələ o vaxt millətçi silahdaşlarına bunu söyləmişdi ki, Bakı ilə birləşməkdən, qardaşlaşmaqdan başqa yol yoxdur. Hazırkı işğalın hərbi-siyasi təminatçısı Petrosyan bunu 70 il sonra dərk etdi. Bütün erməni xalqına müstəqillik epidemiyasından müalicə olunmağa nə qədər vaxt olduğunu demək çətindir. Lakin əgər ermənilərin davası müstəqillik uğrunda olsaydı, onlar İrəvandan köçüb getməzdilər”.

“Dağlıq Qarabağa yüksək statusun verilməsi, muxtariyyətin verilməsi mövqeləri səsləndirilib. Bu da yeganə yoldur ki, Cənubi Qafqazda sülh bərqərar olsun. Cənab prezident çıxışında heç bir zaman Azərbaycanda ikinci Ermənistan dövləti yaranmasına icazə verilməyəcəyini bildirib. Azərbaycan bir qarış torpağını da verməyəcək”.
Bu sözləri isə Milli Məclisin deputatı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Rövşən Rzayev modern.az-a açıqlamasında bildirib. Deputatın sözlərinə görə, Ermənistan tərəfi nə qədər tez konstruktiv mövqeyə gəlsə, bu problemlər o qədər tez həllini tapacaq.

Ermənistandakı fikir adamlarının mövcud vəziyyətlə bağlı açıqlamaları onu deməyə əsas verir ki, qarşı tərəfdə də vəziyyəti düzgün qiymətləndirib çıxış yolu axtaranlar var. Lakin hələlik onların mövqeyi cinayətkar hakimiyyətin yanlış addımlarına təsir etmək gücündə deyil. 

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində Azərbaycanın yenidən müharibəyə başlayacağı barədə təlaşlı anons verib. (modern.az) “Azərbaycan həmişə müharibəyə hazırlaşıb. Xüsusilə 2003-cü ildən sonra bu hazırlıq başqa mərhələyə qədəm qoydu. Bizdə məxfi və qeyri-məxfi məlumatlar var. Amma mən nə zaman və hansı formada müharibəyə hazırlıq görülməsi, onun müddəti haqqında bir şey açıqlamağı yanlış hesab edirəm”,-deyə o bildirib.

“Türkiyə-Rusiya münasibətləri düzələndən sonra məntiqi olaraq erməni məsələsi gündəmə gəlməli idi. Türkiyə öz tələbini irəli sürdü və Rusiya qəbul etdi. Ankara 5 rayonun Azərbaycana qaytarılmasını təklif edib. Moskva da bunu qəbul edib. Rusiya da erməni-türk münasibətlərinin normallaşması şərtini irəli sürüb. Türkiyə şərtlərinin qəbul ediləcəyi halda, bu tələblə razılaşıb”. Bunları isə erməni politoloq Manvel Sarisyan deyib. (Turkustan.info) Erməni politoloq Rusiyanın istəkləri qarşılığında Bakının şərtlərinin olduğunu bildirib. “Bakı bəyan edir ki, Qarabağı qaytarın və biz Avrasiya İqtisadi İttifaqına giriş haqda düşünək. Rusiya Türkiyə və Azərbaycanla münasibətlərə önəm verir. Burada Ermənistan, sadəcə, alətdir. Maraqlıdır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında Serj Sərkisyan prezidentlərin birgə bəyanatını oxumadı. Çünki bu, Qazaxıstan və Türkiyənin xoşuna gəlməyə bilər. Hesab etmək olar ki, Rusiya Sərkisyanın bəyanatı oxumasına icazə verməyib. Ermənistanı bu prosesdə xırda pul adlandırmaq olar”, - deyə Sərkisyan vurğulayıb.

Azərbaycan rəhbərliyi mövqeyini açıq şəkildə bəyan edib. Ölkə prezidenti son bəyanatı ilə nümayiş etdirib ki, Azərbaycan paytaxt Bakıda yaşayan 40 minədək erməninin hüquqlarını qoruduğu, onların təhlükəsizliyinə qarant olduğu kimi, Dağlıq Qarabağdakı vətəndaşlarının da normal yaşayışı üçün tələb olunan bütün addımları atmağa hazırdır. Yetər ki, ərazi işğalına son verilsin, Qarabağ ermənilərini də girov vəziyyətində saxlayan işğalçı Ermənistan ordusu ordan rədd olub getsin. İndi söz fakt qarşısında qalan işğalçının və onun havadarlarınındır. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar