Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Biz güldürmək üçün çox əziyyət çəkirik"


Müsahibimiz tanınmış aktyor Müşfiq Şahverdiyevdir


- Sevilən aktyorlardan birisən. Gülüş sənə görə nə deməkdir?

- Mənə görə  gülüş həyat, sağlamlıq deməkdir. Mən həyatda da gülən və güldürən insanam. Güldürmək yumoristik aktyorun işidir. Elə insanlar var ki, onların üzündə gülüş, təbəssüm yoxdur. Bunlar aciz insanlardır. Allah ondan elə bir şeyi əsirgəyib ki, qismən də olsa, buna görə üzülürəm. Elə özümüzdən götürək. Səhər yuxudan duranda maraqlı bir şeyə baxırıq, üzümüzdə təbəssüm yaranır, əhval-ruhiyyəmiz yaxşı olur. Mən də bir aktyor kimi insanların üzündə təbəssüm, gülüş yarada bilirəmsə, bu mənim üçün şərəfdir, mənim uğurumdur.
 
- İnsanları güldürmək yoxsa ağlatmaq asandır?

- Biz güldürmək üçün çox əziyyət çəkirik. Əgər aktyor professionaldırsa, bu onun üçün çətin deyil. Hətta bilirik ki, filmin hansı yeri daha çox gülüşə səbəb olacaq. Bildiyiniz kimi, axırıncı filmimiz - “My name is İntiqam” nümayiş olundu. Filmin montajı bitdikdən, kinoteatra verdikdən sonra çox gözəl bilirdik ki, insanlar filmin hansı yerinə daha çox güləcək. Fikrimizdə də yanılmadıq. Eyni zamanda filmdə güldürmək ssenaristdən də asılıdır. İndi bacarıqlı ssenaristlər azdır. Ağlatmağa qalsa onu bacarmaq asandır. Onsuz da kövrək xalqıq, kim nə yalan desə, ona inanıb ağlayırıq. Güldürməyi isə istedadsız adam bacara bilməz.
 
- Sağlam zarafat nə üçün lazımdır?

- Məncə, bizim hamımıza sağlam gülüş lazımdır. Bunun üçün də normal, sağlam zarafat lazımdır. Düzdür, elə olur ki, zarafatın özünə xoş, qıraqdakılara isə pis gəlir. Bu, istənilən yumoristik aktyorda olub. Yazırsan, ilk öncə özün bəyənirsən, sonra baxırsan ki, şit alınıb. Öz-özünə deyirsən, kaş bunu yazmazdım. Xalq arasında buna boğazdan keçməyən zarafat” deyirlər. Amma zaman keçdikcə, təcrübə artdıqca bilirsən ki, hansı zarafatlar bəyəniləcək.
 
- İndiki zarafatların səviyyəsinin  aşağı düşməsi nədən asılıdır?

- Baxır sən kim və hansı komanda ilə işləyirsən. Təbii ki, elə verilişlər, seriallar var ki, orada ucuz zarafatlardan istifadə edirlər. Burada sizinlə razıyam. Bizdə bilirsiniz zarafatların səviyyəsi niyə aşağı düşür? İnandırım sizi ssenaristlər yoxdur. Mən özüm iki ssenarist - Ənvər Abbasov və Fariz Əliyev ilə çalışıram. Bu iki insanın zarafatları hər kəs tərəfindən bəyənilir. Farizin zarafatlarına heç kəs şübhə ilə yanaşa bilməz. Elə zarafatlar var ki, açıq-saçıq zarafatlardır. Bunları bayağı adlandırmaq düzgün deyil. Qonşu ölkələrdə - Rusiyada, Türkiyədə göbəkdən aşağı zarafatlar edirlər. Bunlar ikibaşlı zarafatlardır. Bir mənalı şəkildə yanaşmaq düzgün deyil. Bunlar normal proseslərdir.
 
- Özünə gülürsən?

- Elə bir şeylər var ki, siz ona güləndə mən, mən güləndə isə siz gülmürsünüz. Təbii ki, harada yaxşı yumoristik veriliş, serial varsa, mən də gülürəm. Mən heç vaxt özümü sıxıb demirəm ki, gülməli deyil.
 
- Səhnəyə gəldiyin ilk günü necə xatırlayırsan?

- Mən o zamanlar Mədəniyyət və İncəsənət Universitetində oxuyurdum. İlk dəfə efirə “Tək səbir” verilişi ilə çıxmışam. Bu verilişdən sonra məşhur olmağa başladım. Bu verilişdə məndən başqa Elməddin, Fərda, Talıb, Ramiz də vardı. Biz hamımız bu verilişin yetirmələriyik. Tale elə gətirdi ki, bizim yollarımız ayrıldı, hərə öz yolunu tutmağa başladı. Belə də məsləhətiymiş. Əvvəlki günlərimiz - yaşam tərzimiz, maaşımız çox ağır idi. Şükür Allaha, o günlər artıq arxada qaldı.
 
- Əvvəlki Müşfiq üçün darıxırsan?

- Təbii ki, insan yaşa dolduqca əvvəlki günlər üçün darıxır. Lakin o günlərin ağrılı-acılı keçdiyini düşünəndə qayıtmaq istəmirsən. Əvvəlki Müşfiqə gəldikdə isə o da başqa bir aləm idi. Yaşa dolduqca o Müşfiq üçün darıxıram. Çünki bilirsən ki, üzü o tərəfə gedirsən.
 
- “Tək səbir”, “Tam sərbəst”. Yenə belə layihələr olacaq?

- Hər ikisi zamanında çox sevilən verilişlər idi. Elə indi də “ YouTube” kanalında izlənilir. O biri yoldaşlarımı deyə bilmərəm, mənim ürəyim filmlə, kino ilə çırpınıb. Birinci filmim çox uğurlu oldu. İnşallah, ardı gələcək. Belə layihələrə gəldikdə isə hələ ki, fikrim yoxdur.
 
- Bir az da bu üç dostun tanışlığından danışaq. Müşfiq, Fərda, Elməddin dostluğu necə yaranıb?

- Biz ümumiyyətlə “Tək səbir” verilişində tanış olmuşuq. Amma Fərda Xudaverdiyevlə tanışlığım “KVN”də baş tutub. Fərda orada “AZAL” komandasına hazırlaşırdı. Daha sonra onunla birlikdə “Tək səbir”ə gəldik.
 
- Bildiyimizə görə, əvvəllər kirayədə qalırdınız. Bəs indi?

- Mən dostlarım arasında ən gec ev alan olmuşam. Bilirsiniz necədir, cavanlıq, şəhər mühiti insanı bir az dəyişir. Qazancımız olub, amma onu səmərəli istifadə etməmişəm. İndi şükürlər olsun, evim, maşınım, hər şeyim var.
 
- Əvvəlki Müşfiq ilə indiki arasında dəyişməyən xüsusiyyətlərdən biri də subay olmağındı. Evlənmək fikrin yoxdur?

- İnandırım sizi günümün ən aktual mövzularından biri də evlənməklə bağlıdır. Evdəkilər, dostlarım, həmkarlarım hamısı nə vaxt evlənəcəyimi soruşur. Düzdür, yaş da öz sözünü deyir. Qismətdən çox şey asılıdır.
 
- “My name is İntiqam” cəmiyyət tərəfindən bəyənildi?

- Bəli. Şükürlər olsun ki, çox bəyənildi. Bu yaxınlarda “My name is İntiqam-2” filminin çəkilişlərinə başlayacağıq.
 
- İntiqamla Müşfiq arasında oxşarlıq var? İntiqamı sənin prototipin kimi sezmək olar?

- Müəyyən dərəcədə oxşarlıq var. Həyatımda yaşadığım elə anlar olub ki, onlar İntiqamın həyatı ilə uyğunlaşır. Mən də onun kimi 10-15 il bundan əvvəl rayondan - Lənkərandan gəlmişəm, o da. (gülür)
 
- Aktyor olmaq istəyən gənclərə nələri məsləhət görərdin?

- Çox gözəl sualdır, çünki bu olduqca vacibdir. Bu iş asan deyil. Qıraqdan baxanlar üçün güldürmək asan gəlir, amma belə deyil. Elələri var ki, iki dənə zarafat edirlər və mən bunu bacarıram deyirlər. Bu sahədə təcrübə və bacarıq mühümdür. Çalışmaq lazımdır ki, şablon zarafatlardan - kimisə parodiya etmək kimi şeylərdən istifadə etməyəsən.(ailəm.az)
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar