Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniyanın qərarının Bakı üçün əhəmiyyəti


Krallığın ittifaqı tərk etməsi Azərbaycanın üzvlük şanslarını artırıb; Britaniyanın müqəddəs yerini hansı ölkə dolduracaq?


Azərbaycanla Avropa İttifaqı arasında çərçivə sazişinin müzakirə olunacağı barədə ötən sayımızda məlumat vermişdik. 

Rumıniyalı deputat Nikolai Norikanın müəllifi olduğu sənədin  iyulun 6-da Strasburqda Avropa Parlamentinin iclasında müzakirəyə çıxarılacağı ərəfədə Aİ ətrafında cərəyan edən hadisələr Azərbaycanı da şoka salıb.

Böyük Britaniyada Avropa Birliyində qalıb-qalmamaqla bağlı keçirilən referendumda xalqın 52%-nin çıxmağa qərar verməsi ölkəmizdə də ciddi narahatlıqla qarşılanıb. Ekspertlər cərəyan edən hadisələrin Strasburqda iyulun 4-7-si arası keçiriləcək Aİ iclasının təxirə salına biləcəyi və bununla çərçivə sazişinin müzakirəsinin baş tuta bilməyəcəyi barədə həyəcan təbili çalırlar. Hazırkı durumda bu müzakirəyə böyük ehtiyac var. Özü də ittifaqla Azərbaycan arasındakı buzların əridiyi və yaxın əlaqələrin yaradıldığı bir vaxtda Britaniya xalqının qərarı bəzi suallar yaradıb.

Politoloq Qabil Hüseynli çərçivə sazişinin Azərbaycanın Aİ ilə ilk böyük saziş olduğunu bildirdi: “Sazişdə iqtisadi, siyasi və humanitar sahələrdə əməkdaşlıq öz əksini tapır. Bu saziş imzalanandan sonra ittifaqla Azərbaycan arasındakı münasibətlər yeni mərhələyə keçəcək. Viza rejimi daha da sadələşdiriləcək. Azərbaycanın Qərbə inteqrasiya prosesi sürətlənəcək. Avropa dövləti kimi Azərbaycan Avropa dəyərlərini mənimsəmə işlərini daha da tezləşdirəcək. Böyük Britaniyanın qərarında Avropa Birliyi üçün bir təhlükə görmürəm. Doğrudur, şok effekt yaradacaq. Amma qısamüddətli olacaq. Çünki Britaniya hökuməti iqtisadiyyatında problemlər gördükcə səhv qərar verdiyini anlayacaq. Tərketmə ilə bağlı qərardan sonra funt sterlinqin dəyərdən düşməsi buna bir işarədir. Köhnə müstəmləkə təfəkkürü ilə yaşayan, dərin düşünməyən siyasətçilərin fitvasına gedən xalq  səsvermədə səfeh qərarın qəbuluna kömək etdilər. Bu bumeranq effekti verəcək. Böyük Britaniya ciddi problemlər yaşayacaq. Təsəvvür edin ki, krallığa daxil olan ölkələr Avropa Birliyindən çıxmağın əleyhinə olublar. Şimali İrlandiya bundan sonra çox asanlıqla krallıqdan çıxıb, özünü müstəqil elan edə bilər. Sonra da Avropa İttifaqına daxil olar. Aİ gərginlik yaşamayacaq. Öz potensialı və ərazi ehtiyatlarına görə Ukrayna Böyük Britaniyadan qat-qat üstündür. Doğrudur, Ukrayna müharibə vəziyyətindədir, iqtisadiyyatı ağır dövrünü yaşayır. Amma NATOAvropa Birliyinə daxil olarsa, qısa müddətdə güclü iqtisadiyyatını ittifaqa təqdim edə bilər. Gürcüstan da eyni rolu oynaya bilər. Türkiyənin özünü Avropa Birliyinə qəbul etsələr, Britaniyadan daha yüksək potensial verə bilər. Bir sözlə ittifaqın manevr etmək imkanları daha çoxdur. Azərbaycan baş verən hadisələrdən qətiyyən tərəddüdə düşməməlidir. Britaniyada millətçi baxışlar qalib gəldilər”.

Politoloq Britaniyanın Aİ-ni tərk etməsinin Azərbaycan üçün əhəmiyyətindən də danışdı: “Bundan sonra Azərbaycan, Türkiyə, Gürcüstan və Ukrayna kimi dövlətlərin əhəmiyyəti daha da artacaq. Müqəddəs yerlər heç zaman boş qalmır. Bu dövlətlər yaranan boşluğu doldurmağa hazır olacaqlar. Birliyə daxil olmaq müəyyən tələbləri, standartları yerinə yetirməyi tələb edir. Qanunvericilik, insan haqları və iqtisadiyyatın inkişafı kimi məsələlərlə bağlıdır. Heç nədən ölkələri inkişaf etmiş dövlətlərin içərisinə qatmırlar. Amma Azərbaycanın bugünkü potensialı müəyyən müddətdən sonra Avropa Birliyinə daxil olmağa imkan verə bilər”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar