Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çeviriliş baş tutsa, kim hansı vəzifəni tutacaqdı?


Fətullahçıların “hökumət siyahısı” ələ keçib!


15 iyulda türk xalq tərəfindən qarşısı alınan çevriliş cəhdinin baş tutması halında Türkiyə Silahlı Qüvvələrində (TSQ) və hökumətdə həyata keçirilməsi planlaşdırılan “Təyinat Siyahısı” ələ keçirilib.

“AzPolitika.info”nun məlumatına görə, siyahının başında, qiyam gecəsi girov götürülən Baş Qərargah rəisi Hulusi Akarın və Quru Qüvvələri komandanı Saleh Ağıllı Çolakın adlarının qarşısı “BOŞ” buraxılıb. Yəni onları kimin əvəzləyəcəyi ilə bağlı qəti qərar olmayıb. Siyahıda 15 iyul hadisələrindən sonra səhhəti ilə əlaqədar vəzifəsini buraxan Jandarma Ümumi Komandanı Qalib Mendi və çevriliş cəhdi zamanı həbs olunan 2-ci Ordu Komandanı Adəm Hudutinin adlarının qarşısında isə “Davam” qeydi yazılıb. Baş Qərargah 2-ci rəisi Yaşar Gülər, 1-ci Ordu Komandanı Ümid Dündar, Ege Ordu Komandanı Abdullah Rəcəb və Xüsusi Qüvvətlər Komandanı Zekai Ağsaqqallının isə çevrilişçilərin siyahısında vəzifələrindən kənarlaşdırılması nəzərdə tutulub.

Həbs edilən rütbəlilər siyahının başında yer alıb

Təyinat siyahısında çevriliş cəhdi sonrası həbs olunan generallar belə sıralanır:

Keçmiş Hava Qüvvələri Komandanı Akın Öztürk - Baş Qərargah 2-ci rəisi

Baş Qərargah binasına basqın nəticəsində komandanları girov götürən general-mayor Mehmet Partigöç – Baş Qərargah 2-ci rəis köməkçisi

3-cü Kolordu Komandanı General-leytenant Erdal Öztürk – 1-ci Ordu Komandanı

Baş Qərargah əməliyyatında iştirak edən general-polkovnik Kubilay Səlcuq – Baş Qərargah Hərəkat rəisi

General-leytenant Həsən Hüseyn Dəmirarslan – Hava Qüvvələri Komandanı.




Baş Qərargah Kəşfiyyat rəisi Baş nazirin müşaviri…

Hazırlanan siyahıda Baş Qərargah Kəşfiyyat rəisi Mustafa Özsoyun Baş nazirin müşaviri, Baş Qərargah Ədliyyə müşaviri Hayrettin Kaldırımcının isə Ədliyyə Nazirliyi müşaviri təyin olmasının planlaşdırıldığı qeyd olunub.

Qiyamçı general-polkovnik Oğuz Serhat Habiboğlunun Xarici Ticarət, general-mayor Mustafa Sözerin xarici işlər, polkovnik Ərtoğrul Uzunoğlunun Nəqliyyat naziri, general-polkovnik Şaban Buludun iqtisadiyyat naziri, general-polkovnik Əhməd Curalının Enerji Nazirliyinə, General-polkovnik Hakan Evrimin Milli Təhsil Nazirliyinə, general-mayor Faruk Balın Daxili İşlər Nazirliyinə, general-mayor Yücel Topçunun Maliyyə Nazirliyinə və general-mayor Bülent Beşirbellioğlunun Səhiyyə Nazirliyinə müşavir təyin olunması planlaşdırılırmış.

İstanbul, Ankara və İzmir üçün vali təyinatları

Qiyamçıların təyinat siyahısında Türkiyənin 3 böyük şəhəri – İstanbul, Ankara və İzmirə kimləri vali təyin etməyi nəzərdə tutduqları da məlum olub: İstanbula Hava Hərb Məktəbi Komandanı Fəthi Alpayı, Ankaraya Hava Qüvvələri Komandanı Təhsil Dairə Başçısı Kamal Ağçinarı, İzmirə isə Hava Təhsil Komandanlığı Qərargah rəisi Veyis Döyüşü…

TRT-nin rəhbərliyi dəyişəcəkdi




Xuntaçıların qiyam gecəsi ələ keçirdikləri  TRT-yə isə, Quru Qüvvələri Məntiqi Komandanı Yıldırım Güvençi rəhbər təyin olunacaqmış. Siyahıda Qərargah polkovniki Məsud Yurttanın adı isə Anadolu Agentliyinin baş direktoru olaraq yazılıb. THY baş direktorluğuna Qərargah polkovniki Nedim Karabulutun, Atatürk Havalimanı müdirliyinə Qərargah polkovniki Orhan Tolluoğlunun, Sabiha Gökçen Havalimanı müdirliyinə Qərargah polkovniki Murat Devrilin, Ankara Esenboğa Havalımanına isə general-mayor Kamal Mutlumun təyin ediləcəyi siyahıda qeyd olunub.

Bələdiyyə başqanları da dəyişəcəkmiş

Qiyamçıların İstanbul, Ankara və Kayseri Böyükşəhər Bələdiyyələrinə kimləri başçı təyin etməyi nəzərdə tutduqları da məlum olub. Baş Qərargah Hərəkat Başçısı General-leytenant Satı Bahadır Kosanın İstanbul Böyükşəhər Bələdiyyə başqanlığına, Hava Qüvvələri Dəstək Qitə Komandanı İlhan Karasuyu Ankara Böyükşəhər Bələdiyyə başqanlığına və 2-ci Hava  Baxım Mərkəzi Komandanı İsmayıl Yalçının isə Kayseri Böyükşəhər Bələdiyyə başqanlığına qiyabi olaraq təyin edildikləri məlum olub.

Otelə hücum edən general MİT məsləhətçisi olaçaqmış



Siyahıda ən diqqət çəkən “təyinatlardan” biri də qiyam gecəsi İzmir Çiğli 2-ci Ana Jet Üs Komandanlığından 28 nəfərlik qrupla prezident Rəcəb Tayyib Ərdoğanın Marmarisdə qaldığı otelə hücum təşkil edən general-mayor Gökhan Şahin Sönmezateşlə bağlı olub. Hücum qrupunun başında olan general-mayor Sönməzateşin çevrilişçilərin siyahısına MİT Məsləhətçisi olaraq qeyd olunduğu diqqət çəkib. Şırnak Çakırsöğüt Komando Briqadası Komandiri Əli Osman Gürcan isə siyahıda Təhlükəsizlik Müdiri olaraq göstərilib. Çevrilişçilərin Xalq Bank Baş Direktorluğuna general Xalid Günbatarı, Mərkəzi Bank rəhbərliyinə general Əli Suat Aktürkü, Türksat Baş Direktorluğuna polkovnik Yıldıray Xıdırı, Türk Telekom Baş Direktorluğuna polkovnik Adəm Durakı, Vəqflər Bankı Baş Direktorluğuna Qərargah polkovniki Yaşar Anarı təyin etdikləri də məlum olub. MGK (Milli Güvenlik Kurulu) Baş katibi olaraqsa general-mayor Oğuz Karamanın adı qeyd olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar