Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağlıq Qarabağ münaqişəsinin həlli şərtləri açıqlandı

"Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan qoşunlarının çıxarılması ilə bağlı qəbul etdiyi qətnamələr yerinə yetirilməlidir"


Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “This week in focus” verilişində deyib.

Onun sözlərinə əsasən, hərbi faktor, işğal və aqressiya amilləri danışıqlar prosesindən çıxarılmalıdır: “Bundan sonra bu prosesdə sıçrayışa nail ola və regionda sülh və təhlükəsizliyi təmin edə bilərik”.

XİN sözçüsü qeyd edib ki, Azərbaycan xalqı münaqişənin indiyədək həll edilməməsi faktorundan çox məyusdur. Onun sözlərinə əsasən, Azərbaycanda qaçqınlar və daxildə bir yerdən başqa yerə keçən şəxslərin bir arzusu var – öz torpaqlarına, vətənlərinə qayıtmaq.

H.Hacıyev xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 1995-ci ildə ATƏT-in Minsk qrupu formalaşdırılıb. Lakin indiyədək danışıqlar prosesində heç bir nəticə əldə edilməyib. Nəticə isə yalnız işğalın və Azərbaycana qarşı aqressiyanın dayandırılması və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qarantiyası, eləcə də, azərbaycanlı qaçqın və məcburi köçkünlərin torpaqlarına qayıtmasının təmin edilməsi ola bilər. (trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Ən çox oxunanalar