Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Demokratiya öldü? Yaşasın demokratiya!


Rusiya və ABŞ arasında müşahidə olunan açıq qarşıdurma avtoritar rejimlərə hava nəfəsliyini açdı. Qərbin demokratiya tələbləri Kremlin işğalçılıq siyasəti fonunda eşidilməz oldu


Artıq dünya Avropanın ən böyük diktatoru Putinin daha hansı ağlasığmaz addımlar atacağını təhlil etməklə məşğuldur. Qərb Rusiyanı çökdürməyin yollarını arayır və odur ki, özünə müttəfiqlər seçir. Bu mərhələdə Qərbə geosiyasi tərəfdaşlar lazımdır. Avtoritar rejimlərdən Rusiyaya qarşı addımlarda sıralarını müəyyən etmək tələb olunur, demokratiyaya əməl etmək və insan haqlarını qorumaq heç kəsin yadına belə düşmür. Geosiyasi maraqlar yenidən Qərb üçün prioritet hesab edilir. Demokratiya və insan haqları prinsipi isə arxa plana atılır. Maraqlıdır ki, “demokratiya paytaxtları” zaman-zaman neft, yoxsa demokratiya, geosiyasət, yoxsa insan haqları dilemması qarşısında qalıblar. Vaxtaşırı simpatiyalar dəyişib və bununla da Azərbaycan kimi ölkələrdə demokratik təsisatlar iflasa uğradılıb.  Qərb Azərbaycanla bağlı tələblərində heç bir zaman ardıcıl olmayıb. Vaşinqton və digər “demokratiya paytaxtları”nın səbatsız siyasi kursu avtoritarizmin möhkəmlənməsinə səbəb olub. Lakin Qərb heç bir zaman öz əsas silahından - “demokratiya dəyənəyi”ndən bu qədər uzaq düşməyib.

Siyasi məhbuslar, söz azadlığı problemi rəsmi Bakı üçün həmişə baş ağrısı yaradıb. Lakin Qərb prioritetlərini müəyyən edərkən öncə enerji maraqlarına, daha sonra sabitlik məsələlərinə, bütün bunlardan sonra isə demokratiya tələblərinə üstünlük verib. Bütün bunlara baxmayaraq, Qərb Azərbaycanda siyasi məhbusların azad olunması, mətbuatın boğulmasının qarşısının alınması istiqamətində real addımlar atıb. Qərbin belə sərt tələbləri nəticəsində bir sıra siyasi məhbuslar azad edilib, ölkənin Şimali Koreyaya çevrilməsinin qarşısını alınıb.

Bu gün Qərb geosiyasət, enerji daşıyıcıları maraqları, antirusiya koalisiyasında yer almaq kimi məsələlər barədə Bakı ilə əməkdaşlığa hazır olduğunu nümayiş etdirir, bölgədə sabitliyin qorunub saxlanılmasını arzu edir, demokratiya ilə bağlı tələblərini isə birmənalı şəkildə dondurur. Bir sözlə, Qərb Rusiya ilə arasında yaşanan “soyuq müharibə”də yalnız və yalnız öz maraqlarından çıxış edir. Demokratiyanın və insan haqlarının, söz azadlığının durumunu görmək belə istəmir.

Böyük siyasi maraqlar olduğu zamanda demokratiya tələblərinin arxa plana keçirilməsi anlaşılandır. Lakin demokratiyanın qəbirə qoyulması eyni zamanda Qərb dəyərlərinin məhvini labüdləşdirir. Artıq  ölkədə Qərbə inananların sayı durmadan azalır. Bu isə gec partlayan mina effektini yaradır.

Geniş mənada ABŞRusiyanın daha zəif ölkələrə münasibətlərində ciddi bir fərq mövcud deyildi. Hər ikisi hərbi gücünə arxalanır. Lakin ABŞ demokratiya silahı ilə silahlandığından daha cəlbedici idi. Bu gün Qərb demokratiya tələblərini unudursa, deməli, öz siyasətini ruslaşdırır. Bu isə elə Qərbin özü üçün arzuolunmazdır.

İstənilən halda Azərbaycanda dəyişikliklərin olması zamana bağlı məsələdir. Lakin bunun Yaxın Şərqdəki kimi qanlı, yaxud Gürcüstandakı kimi məxməri olacağı bəlli deyil. Qərb ideoloqları ciddi şəkildə düşünməlidirlər - Azərbaycanda siyasi kataklizmlər başlanacağı təqdirdə onların maraqlarına hansı zərbələr dəyə bilər? Ölkədə demokratik təsisatların məhvi marginal qrupların qol-qanad açmasına şərait yaradır.

Azərbaycanda seçki islahatının aparılması, müxalifətə efir vaxtının ayrılması, sərbəst toplaşmaq azadlığının təmin edilməsi, siyasi məhbusların azad olunması, iqtidarın rəqiblərinə qarşı inzibati üsullardan istifadəsinin qarşısının alınması istiqamətində ABŞ heç bir əməli addım atmaq istəmir. Qərb üçün Rusiya ilə savaşda rəsmi Bakı gözəl tərəfdaşdır. Elə buna görə də Vaşinqton avtoritar rejimlərin müttəfiqi simasında çıxış edir.
Seçkilər öncəsi vurğulamışdıq ki, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar özünü Azərbaycan prezidentinin yüksək dərəcəli siyasi texnoloqu adlandırır. Bu, Qərbin özünün geosiyasi müttəfiqi olan Azərbaycan hakimiyyətinə siyasi rəqiblərini əzmək üçün verilən kart-blanş hesab oluna bilər.

Son aylar dünyada yaranan reallıqlar isə Bakının önəmini artırır və iqtidar proseslərdən faydalanaraq, demokratiyanı birdəfəlik dəfn etməyə hazırlaşır. Demokratiya gündəminin yoxa çıxması da bunun bir xəbərçisidir...(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar