Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat yolların vəziyyətindən danışdı


Adil Əliyev yollardakı fəlakətli durumun qarşısını almağa çağırdı


Deputat Adil Əliyev paytaxtda avtomobillərin hərəkəti, xüsusilə də bir çox taksi sürücülərinin davranışının necə acınacaqlı vəziyyət yaratdığı haqqında özünün facebook səhifəsində fikirlərini yazıb, problemin həllinə yardım üçün təkliflərini irəli sürüb. A.Əliyev məktəblərdə dərslər başlayandan yollarda yenə aləmin bir-birinə dəydiyini yazır: 

“Kim hardan gəldi sürür, qarşı tərəfə keçir, yanındakı avtomobilə və yolu keçən piyadaya hörmətsizlik edir, nəticədə tıxac yaranır, nə özü düz-əməlli irəliləyə bilir, nə də nizamla hərəkət edən avtomobillərə şərait yaradır. Bir qisim avtobus və taksi sürücüsündən isə danışmağa dəyməz, sanki onlar üçün heç bir qayda mövcud deyil, tətbiq olunan cəzalar onları heç qorxutmur da, 1 və ya 5 il əvvəl necə qaydasız sürürdülərsə, sükanı bu gün də eyni kobudluqla idarə edirlər. Yollarda ayırıcı xətlərdə daş plitələr ona görə inşa edildi ki, avtomobillərin qarşılıqlı toqquşma halları baş verməsin. Ancaq bu gün internetdən də izləyirik ki, plitəni aşaraq qarşı yola çıxan avtobuslar var və sanki bu elə belə də olmalıdır...”

Deputat qeyd edib ki, bütün bunları müşahidə etdikdə “nədən yollarda bu qədər vətəndaşımızı itiririk” sualı təəccüblü səslənmir: “Hər gün ağır yol-nəqliyyat hadisəsi haqqında xəbər eşitməkdən yorulmuşuq, bunlar artıq cəbhə xəbərlərinə bənzəyir, sanki ölkədə müharibə gedir, hər il yollarda yüzlərlə vətəndaşımızı itiririk. Ağır yol-nəqliyyat hadisəsi törədən sürücülərin böyük əksəriyyətinin verdiyi ilk ifadə standart olur; ”Tələsirdim". Bu, sadəcə bəhanədir, hamı tələsir, ancaq bu heç kimə əsas vermir ki, yol qaydalarını pozsun. Sənin “tələskənliyin” mənim və ya başqa birisinin nəqliyyat vasitəsinin qəzaya uğramasına, insan itkisinə yol açacaqsa, bunun hesabı qanun qarşısında ağır olmalıdır. Görünür, bu kimi sürücülərə qarşı qanunların sərtləşdirilməsinə ehtiyac var. Əslində onlar tələsmirlər, sadəcə, qanunla maşını idarə etməyə hövsələləri çatmır. Hövsələsi çatmırsa, demək, beləsi elə şəkildə cəzalandırılmalıdır ki, gələn dəfə “hövsələsizliyini” və “tələskənliyini” içində boğa bilsin. Türkiyədə olduğu kimi, Azərbaycanda da yolların kənarında “Trafik canavarı olmayın!” reklam lövhələri vurulmalıdır ki, qayda-qanuna riayət etməyənlər həmin lövhəni görəndə özləri ilə “canavar” arasında fərq qoysunlar. Sürücülük vəsiqələrinin verilməsi prosesi də ciddi nəzarət altına alınmalı, imtahanlar şəffaflaşmalıdır ki, hər “tələskən” və “hövsələsiz” asanlıqla sürücülük vəsiqəsi əldə edə bilməsin.

Sərt qanunlarla yanaşı profilaktik tədbirlərə də ehtiyac var".

A.Əliyev təklif edib ki, sürücülərə gün ərzində dəfələrlə yol qaydaları təkrarən izah edilməli və diqqətlərinə çatdırılmalıdır: “Sürücülərin böyük əksəriyyəti yol boyu radiodakı proqramları dinləyir. Ona görə də təklif edirəm ki, radiolarda eyni vaxtda ən primitiv yol qaydaları istisnasız olaraq bütün sürücülərin diqqətinə çatdırılsın.

Deputat vətəndaşlara çağırış edib: “Qaydanı pozan sürücü qarşınızdadırsa, avtomobilin nömrəsini yazıb yol polisinin ”Qaynar xətt - 902" nömrəsinə zəng etməyi unutmayın! Bu, əsla “satqınlıq” deyil, həqiqi vətəndaşlıq borcumuzdur, qaydalara riayət etməyən sürücünün cəzalandırılması mexanizmidir. Bəlkə də bu zənglə siz hansısa vətəndaşı gələcəkdə ağır yol-nəqliyyat hadisəsindən qorumuş olursunuz".(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar