Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Donald Trampın mediaya qarşı elan edilməmiş müharibəsi...


Onu Riçard Niksonun taleyi gözləyə bilərmi?


Donald Tramp elə ilk mətbuat konfransında mətbuatla hansı münasibətləri quracağını açıq şəkildə nümayiş etdirdi. 

Trampın ABŞ-ın nüfuzlu kanalı CNN-in müxbirinin suallarına cavab verməkdən imtina etməsi bunu göstərir. KİV-lə münaqişə gələcək prezidentin hakimiyyətinin leytmotivlərindən birinə çevrilə bilər.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Trampın qələbəsi ilk öncə mətbuat çevrələrində şok yaradıb.

Lakin KİV nəticələri qəbul etmək əvəzinə seçilən prezidentin üzərinə gəlməkdə və onunla informasiya müharibəsi aparmaqda davam edir.

Bu isə Trampın onlara qarşı reaksiyasını daha da sərtləşdirir.

New York Times qəzeti qeyd edir ki, CNN-in jurnalistinə sual vermək hüququ tanımamaqla Tramp jurnalistləri loyal və qeyri-loyal kateqoriyalarına ayıraraq KİV-in daxilində müharibəyə start vermiş olub. “Belə görünür ki, Donald Tramp bütün mətbuat konfranslarında ancaq “öz” jurnalistlərinə və Fox News kimi onun siyasətini dəstəkləyən kanalların müxbirlərinə sual haqqı tanıyacaq”, - qəzet yazır.

Ağ Ev müxbirləri onları çətin dövrləri gözlədiyini etiraf edib. Onlar Trampın mətbuatla münasibətdə özünü Putin kimi apardığını bildirirlər.

Yeni prezidentin mətbuata hücumları bir sıra iri liberal nəşrlərdə də daxili senzura siyasətinin tətbiq etməsinə gətirib çıxaracaq. “Onlar könülsüz də olsa öz reportajlarının tonunu dəyişdirməli olacaqlar”, -ekspertlər qeyd edir.

Lakin Trampın bu hərəkəti ABŞ-da jurnalistlərin hüquqlarını müdafiə edən qurumları da hərəkətə keçirib. ABŞ-ın nüfuzlu “Beynəlxalq press klub təşkilatı” bununla bağlı xüsusi bəyanat yayıb:

Prezidentlər reportyorların hansı suallarına cavab verəcəklərini seçə bilməzlər”, - bəyanatda deyilir.

Hollivudun məşhur aktrisalarından, qatı-Tramp müxalifətçisi Meril Strip də jurnalistlərin hüquqlarının müdafisəsinə qalxıb: “Onlar bizə irəli getmək üçün, bizlər isə həqiqətin müdafiəsi üçün onlara lazımıq”.

Məsələ ABŞ-da jurnalisltlərin birləşdiyi təşkilat kimi tanınan “Jurnalistlərin müdafiə komitəsi”nin diqqətindən yayınmayıb. Qeyd edilir ki, 1981-ci ildə ABŞ müxbirlərinin bir qrupu tərəfindən təsis edilən təşkilat əsasən dünyada KİV nümayəndələrinin hüquqlarının müdafiəsi ilə məşğul olub və bu günə qədər ABŞ-ın daxili siyasi situasiyası barədə mövzulara toxunmayıb. Lakin ilk dəfə komitə bu ənənəni pozaraq Donald Trampı “Azad mətbuata qarşı dünya tarixində görünməyən ən böyük təhdid” adlandırıb.

Ekspertlərin prezident və KİV- arasındakı müharibənin bundan sonra daha maraqlı xarakter alacağını qeyd edirlər. Onların fikrincə, mətbuatla diplomatik davranmaq əvəzinə ayrı-ayrı jurnalistlərin təhqir edən, onları hər kəsin gözü önündə əzən və şayiələr yayan yeni prezidentə KİV-in “marağı” daha da artacaq və fəaliyyəti əvvəlki dövrlərdən daha sıx şəkildə müşühidə altında tutulacaq.

Lakin bəziləri Trampın mətbuatın üzərinə getməsində uyğun zamanı seçdiyini də qeyd edir. Belə ki, son sorğular ABŞ cəmiyyətinin KİV-ə olan inamının sarsıldığını göstərir. Gallup-ın keçirdiyi son rəy sorğusunda bu rəqəm ABŞ-ın mətbuat tarixində ən aşağı səviyyəsini göstərib -32%. Mətbuat özünün ən nüfuzlu çağını 1976-cı ildə yaşayıb -72%. Həmin vaxt isə Vyetnam müharibəsinin getdiyi , habelə Riçard Niksonun istefasına səbəb olan Uotorgeyt işi ilə bağlı skandallarla yadda qalmışdı.

Картинки по запросу trump nixon

Kim bilir, Trampı da Niksonun taleyi gözləyə bilərmi?....

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar