Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya Trampla davam edəcək


“Narazı kəsimin Trampı prezident kimi həzm etməkdən başqa yolu qalmayacaq”


Amerikanın yeni dövlət başçısı Donald Trampın prezident seçilməsinin legitimliyinə olan şübhələr noyabrın 29-da tam olaraq aradan qalxdı.

Viskinson, Miçiqan və Pensilvaniya ştatlarında qanun pozuntusu olduğunu iddia edərək, həmin ştatlarda səsləri yenidən saydıran Hillari Klintonun qərargahı sonda nəticələrlə barışmağa məcbur oldu. Miçiqanda D.Trampın qalibiyyətinin elan olunması dünyanın Trampla davam edəcəyini qətiləşdirdi. 

Seçkilərdən sonra Amerika demokratiya sisteminə sarsıdıcı zərbələr vuran qanun pozuntusunun olması barədə iddialar dünya gündəminə də oturub. Ekspertlər dünyaya demokratiya dərsi keçməkdə müəllim funksiyasını daşıyan ABŞ-ın dövlət imicinə də ciddi zərbə dəydiyini qeyd edirlər.

Politoloq Şahin Cəfərli dekabrın 13-də səslərin yenidən sayılması mərhələsinin başa çatacağını söylədi: “Donald TrampHillari Klintonun bir-birinə çox yaxın miqdarda səs topladığı 3 ştatda - Viskonsin, Miçiqan və Pensilvaniyada səslərin yenidən sayılması təşəbbüsünü Yaşıllar Partiyasının prezidentliyə namizədi olmuş Jill Stein irəli sürüb. O, artıq bunun lazım olan məbləği ianələr yolu ilə toplamağa başlayıb və Viskonsində səslərin yenidən sayılması üçün ştatın seçki komissiyasına 3,5 milyon dollar köçürüb. Maraqlıdır ki, Jill Stein son bir neçə gün ərzində seçki kampaniyasında topladığı miqdardan daha çox (6,5 milyon dollar) ianə toplayıb. Bu isə onun arxasında demokratları dəstəkləyən sponsorların, məsələn, Corc Sorosun dayandığı barədə söz-söhbətin yayılmasına səbəb olub. Hillari Klintonun qərargahından bildiriblər ki, onlar səslərin yenidən sayılması prosesində iştirak edəcəklər, lakin buna baxmayaraq, nəticələrin dəyişəcəyinə inanmırlar. Məlum olduğu kimi, xanım Klinton öz məğlubiyyətini etiraf edərək Trampı təbrik edib. 

Səslərin sayılması dekabrın 13-nə qədər yekunlaşmalıdır. Səslərin yenidən sayılması nəticələrlə bağlı bütün şübhələrə son verməklə 2016-cı il seçki kampaniyasına nöqtə qoyacaq. Nəticələrdən ciddi narazı qalan kəsimin Trampı prezident kimi həzm etməkdən başqa yolu qalmayacaq. Onu da qeyd edim ki, artıq demokratlar daxilində 2020-ci il seçkiləri üçün namizəd seçimi barədə diskussiyalar başlayıb və bir neçə nəfərin adı hallanmağa başlayıb”.

Politoloq ABŞ seçki sisteminin ideal olmadığını da qeyd etdi: “ABŞ-da yalnız bu ölkə federalizminə xas olan unikal seçki sistemi mövcuddur. Ölkə üzrə vahid seçki qanunu, vahid seçici siyahısı, vahid seçki bülleteni yoxdur. Seçki proseduralarını hər ştat öz qanunvericiliyi çərçivəsində özü müəyyən edir. 

Çox vaxt elə namizədlər olur ki, bütün ölkə miqyasında deyil, bir neçə ştatda seçkiyə qatılırlar. Hətta son seçkidə cəmi 1 ştatda, Yutada seçkiyə qatılan prezidentliyə namizəd də var idi. Seçki sisteminin əsas özəlliyi odur ki, dövlət başçısının seçilməsi prosesində əhalisi az olan kiçik ştatlar da söz sahibi olur. Digər dünya ölkələrində olduğu kimi, prezident birbaşa ümumxalq səsverməsi yolu ilə müəyyən olunsaydı, qalibi iri ştatların nəticələri müəyyən edəcəkdi. Məsələn, son seçkidə Hillari Klinton əsasən Kaliforniya, Nyu-York kimi iri ştatların hesabına ölkə üzrə daha çox səs alıb. Lakin Tramp daha çox ştatda qalib gəlib və bunun nəticəsində prezidenti müəyyənləşdirən seçicilər kollegiyasına daha çox nümayəndə göndərib. ABŞ-ın seçki sistemi təbii ki, ideal deyil və arxaikdir, onun 200-dən çox yaşı var. Bu səbəblə, sistemi dəyişmək və seçicilər kollegiyası (electoral college) yerinə, ümumxalq səsverməsi (popular vote) üsuluna keçmək məsələsi dəfələrlə gündəmə gəlib. 

Son seçkilərdən sonra demokrat senator Barbara Bokser seçicilər kollegiyası sisteminin ləğvi haqında Senata qanun layihəsi təqdim edib. Lakin seçki sistemini dəyişmək çox çətindir, bunun üçün Konstitusiya dəyişikliyi tələb olunur, ABŞ-da isə Konstitusiya dəyişikliyi nadir rast gəlinən hadisədir. Konstitusiyanı dəyişmək üçün Konqresdə xüsusi qanun qəbul olunmalı və daha sonra 7 il ərzində həmin qanun ştatların azı dörddə üçü tərəfindən təsdiqlənməlidir. Bu, qeyri-mümkün yol kimi görünür, çünki kiçik ştatlar ölkənin taleyində oynadıqları rolun əllərindən alınmasına çətin ki, razı olsunlar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar