Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elçin Sadıqovdan ona yönələn ittihamlara cavab


“Allaha şükür, peşə satqınlığımız yoxdur”


Vəkil Elçin Sadıqov facebook statusunda barəsində səslənən ittihamlara dolayısı ilə cavab verib. Ad çəkməsə də, iki həmkarını ona qarşı qarayaxma kampaniyasında iştirakda ittiham edən E.Sadıqov statusunda belə yazıb: 

“Bu aralar FB-də barəmdə qarayaxma kampaniyasında xüsusilə iki vəkilin fərqləndiyini gördüm. Ölkədə deyildim, internetə çatım imkanım da az idi. Necə deyərlər, "dərə yiyəsiz, tülkü bəy". Bu vəkillərdən biri Əvəz Zeynallının vəkillərindən biri olub (görüntü vəkil). İndi o vəkildən soruşsan heç Əvəz Zeynallıya qarşı irəli sürülən ittihamının mahiyyətini də bilmir, Əvəz Zeynallının neçə məhkəmə işinin olduğundan, onların nə vaxt tükəndirildiyindən belə xəbəri yoxdur. Ona görə ki, bu vəkil 10 iclasdan 1-inə ancaq gəlirdi. Daha sonra heç gəlmədi. Belə vəkillə kim yola çıxar?”

E.Sadıqov həmçinin digər vəkil haqda da ilginc fikirlər söyləyib: “Digəri isə öz müştərisini deyil, xüsusi xidmət orqanını müdafiə etməsinə görə ondan imtina edilmişdi. Belə vəkillərin hansısa vəkili siyasi baxışına görə xüsusi canfəşanlıqla qarayaxma kampaniyası aparmalarına gülməyim tutdu sadəcə... Allaha şükürlər olsun ki, bizim peşə satqınçılığımız və görüntü vəkil obrazımız yoxdur”.

Bu statusa ilk şərh yazan isə “Xural” qəzetinin həbsdəki baş redaktoru Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı olub. Məlahət xanım aşağıdakıları yazıb: “Bizə sanballı müdafiə lazımdır, Elçin bəy, belə söz-söhbətlər yox”.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar