Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan yeni çaxnaşma ərəfəsində


Sərkisyanın rəqiblərinin mövqeyi güclənir


Düşmən ölkə post-aprel sindromundan çıxa bilmir; Türkiyə ilə sərhədlər məsələsinin gündəmə qayıtması işğalçı ölkədə siyasi həyəcanı, hakim rejimə qarşı isə şübhələri daha da artırıb; erməni politoloq: “Ermənistan cərrah stolu üzərindədir...” 

Ermənistanda polis binasının silahlı qrup tərəfindən ələ keçirilməsindən sonra yaranan kritik vəziyyət davam edir. Bir polis zabitinin qətlı yetirilməsi, bir neçəsinin isə yaralanmasına gətirən bu olay ölkədaxilli situasiyanın qəliz və həssas, hakimiyyətə etimadın nə dərəcədə kövrək olduğunu üzə çıxarıb. 

Son məlumatlara görə, silahlı müxalifətçilər girov götürdükləri polis əməkdaşlarını azad eləsələr də, binaya nəzarəti əldə saxlayırlar və hakimiyyətə ünvanlı əsas tələblərini dəyişməyiblər.

Yada salaq ki, qonşu ölkədə davam edən dramatik olaylar iyunun 22-də radikal mövqeli “Təsis parlamenti”nin nümayəndəsi Jirayr Səfilyan həbsindın az sonra başlayıb. Rəsmi məlumata görə, Səfilyan qanunsuz silah saxlamaq və gəzdirmək ittihamı ilə tutulub. O da qeyd olunurdu ki, o, bir qrup şəxslə birlikdə bir sıra dövlət qurumlarını, o cümlədən poçt-rabitə binalarını, həmçinin İrəvan teleqülləsini ələ keçirməyi planlaşdırırmış. 



Bu barədə yazan “Joxovurd” qəzeti onu da xatırladır ki, Jirayr Səfilyan həbs olunmamışdan öncə teleqüllə ciddi nəzarət altına alınıb, onun və daha bir neçə nəfərin həbsindən sonra teleqülləyə nəzarət edənlər adi iş rejiminə qayıdıbmışlar. Lakin 17 iyulda bir qrup silahlının Jirayr Səfilyana azadlıq tələbi ilə polis alayını ələ keçirməsi və vəziyyətin gərginləşməsindən sonra hüquq-mühafizə orqanları teleqülləni yenidən ciddi nəzarət altına alıblar (virtualaz.org).



Silahlıların əsas şərti Səfilyanın azad edilməsi və Qarabağ məsələsində heç bir güzəştə gedilməməsidir (Az öncə Sərkisyanın istefa tələbi də səslənmişdi). Bununla bağlı Sərkisyan hökumətinə faktiki surətdə ultimatum verilib. Serj Sərkisyan isə bina boşaldılandan və terrorçular təslim olandan sonra Səfilyanı Prezident Aparatına görüşə dəvət edəcəyinə söz verib.

***

Analitiklərə görə, Sərkisyanın qanunsuz silahlı qrupla bunca dözümlü, loyal davranmasının iki əsas səbəb ola bilər: 1. Bu qrupa cəmiyyətdə dəstəyin ciddi olması üzündən  radikal üsullarla vəziyyəti daha da gərginləşdirməmək istəyi. 2. Qarabağ və güzəştlər məsələsində erməni toplumundakı radikal ovqatı dünyaya, həmsədr ölkələrə nümayiş etdirib kompromislərdən yayınmaq.

“İllər ərzində Ermənistanda narazılıq yığılmışdı və bu narazılıq nəhayətdə partlayışa gətirdi”. Bu sözləri İrəvanda keçirdiyi mətbuat konfransında politoloq Arutyun Mesropyan polis alayı binasının tutulma səbəblərindən danışarkən söyləyib. Onun sözlərinə görə, idarəçilik nöqteyi-nəzərdən silahlı qrupun üzvləri əsl işi artıq görüblər. “Onlar faktiki şəkildə irinli yaranın üstünü açıblar. Biz indi cərrah stolu üstündəyik. Bu proses isə xüsusi qavrayış tələb edir” - erməni ekspert əlavə edib. 

Bu arada Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinin təzədən gündəmə gəlməsi işğalçı ölkədəki mürəkkəb daxili ictimai-siyasi duruma yeni çalarlar qatıb, cəmiyyətdə narazılığı, hakim Sərkisyan rejiminə qarşı isə inamsızlığı artırıb. Paralel surətdə radikal müxalifətin, hərbi partiyanın əlinə hakim qüvvəni ittiham eləmək üçün əlavə kozır keçib. 



Yada salaq ki, Türkiyədəki “Hürriyet” qəzetinin köşə yazarı, xarici işlər naziri Mövlud Çavuşoğlunu son Bakı səfərində müşayiət eləmiş Fatih Çekirge səfər zamanı aparılan danışıqlarda Türkiyə-Ermənistan sərhədinin açılması məsələsinin də müzakirə edilidyini bildirib. Bu məlumatı nazir Çavuşoğlu artıq təsdiqləyib. 

“Türkiyədə baş vermiş hərbi çevriliş cəhdindən əvvəl Ermənistanla münasibətlərin normallaşması prosesinə yenidən başlamaq imkanları Bakıda müzakirə olunub” - “Haberturk” kanalına müsahibəsində Çavuşoğlu belə deyib. XİN başçısının sözlərinə görə, məsələ ilə bağlı Ermənistanla birbaşa müzakirələr olmayıb, ancaq müxtəlif beynəlxalq forumlar zamanı o, erməni həmkarı ilə danışıb. Nazir onu da deyib ki, Ankara Qarabağ məsələsində Azərbaycanın tərəfində çıxış edir və Bakının təklif etdiyi bütün həll variantlarını müdafiə edəcək.

*** 



Məsələ ilə bağlı erməni siyasi şərhçilərindən biri - Naira Ayrumyan “Erməni-türk münasibətlərində həyəcanlı xəbərlər” başlıqlı məqaləsində yazır: “Güman ki, Türkiyə Ermənistanla sərhədləri yalnız RusiyaAzərbaycanla ortaq maraqlar kontekstində aça bilər. Bu kontekstə isə yəqin ki, Qarabağ məsələsi də daxildir. ”Lavrov planı"na daxil olan ərazilərin Azərbaycana qaytarılması məsələsi də böyük ehtimalla, sərhədlərin acılama üçün əsas şərtdir - hansı ki, Bakı da buna razıdır. Bağlı qalan sərhədlər regionun dünyaya absorbsiyası yolunda əsas əngəldir. Qərb Qarabağ şərti olmadan sərhədlərin açılmasını tələb edir. Rusiya isə əksinə, ərazilərin qaytarılması kimi ön şərti yerinə yetirməkdə Ermənistana “kömək” təklif edir. Çavuşoğlu deyir ki, hələlik Ermənistanla danışıqlar aparmayıb, hərgah, öz həmkarı ilə qarşılaşıb və onunla salamlaşıb. Ancaq İrəvan öz xarici siyasət qərarları ilə bağlı hüququnu bütünlüklə Moskvaya veribsə, o zaman Çavuşoğlunun Ermənistanla danışıq aparması nəyə gərəkdir, onun elə Lavrovla danışması kifayətdir".

Sonda erməni şərhçi hakim rejimə ünvanlı suallar qoyur: “Ermənistan XİN aşağıdakı ekzistensional suallara cavab verməlidir: sərhədlərin aşılması ilə bağlı Türkiyə ilə danışıqlar aparılırmı və bu danışıqlar Qarabağla bağlı ön şərtlə nə dərəcədə əlaqəlidir? Türk-erməni danışıqlarında RusiyaAzərbaycanın rolu nədən ibarətdir?”

*** 

Erməni təhlilçilərin də şərhlərindən göründüyü kimi, Türkiyə ilə sərhədlərin açılması məsələsinin gündəmə gəlməsi işğalçı ölkədə daxili həyəcanı, Sərkisyan rejiminə qarşı isə şübhələri artırıb. Bu da o deməkdir ki, ölkə yeni siyasi təlatüm ərəfəsindədir. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar