Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fəriddən xəbər var


Ötən gün Tovuzun Əlibəyli kəndində ermənilərin gülləsinə tuş gələn və Bakıya gətirilən dinc sakin Fərid Məmmədovdan son xəbər var


Məlumata görə, hazırda yaralı əməliyatdan sonra özünü yaxşı hiss edir. 

Bu barədə Fərid Məmmədovun həkimi Elnur Abdullayev məlumat verib.

“1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyat olunan xəstə narkozdan ayılıb və palataya köçürülüb. Çənəsini bağladığımızdan danışığa icazə verilmir. Müəyyən dövrdən sonra danışa bilər. Qida və su qəbul edir. Yaxın günlərdə tam qaydasına düşəcək. Umumi götürdükdə xəstənin vəziyyəti yaxşıdır” - deyə E.Abdullayev bildirib.

Yada salaq ki, 17 yaşlı Fərid Məmmədov əməliyyat olunmaq üçün xüsusi ambulans helikopterlə Bakıya gətirilib. 
Qeyd edək ki, ötən gün axşam saatlarında Tovuz rayonunun Əlibəyli kəndi ermənilər tərəfindən intensiv atəşə tutulmuşdu. 
Nəticədə 2 kənd sakini yaralanmışdı. Bunlar 17 yaşlı Fərid Məmmədov Nəbi oğlu və 52 yaşlı Anya Ələsgərovadır. Güllə Fəridin burun nahiyəsindən girərək çənəsində dayanmışdı (ANS).


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Ən çox oxunanalar