Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Generalın tutulan oğlu" ilə bağlı rəsmi açıqlama


Hüquq-mühafizə orqanları: Tutulan şəxsin valideynləri hüquq-mühafizə orqanlarının əməkdaşı deyil və heç bir ali xüsusi rütbə daşımırlar


Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu general oğlunun polis əməkdaşının üstünə maşın sürməsi barədə yayılan xəbərlərlə bağlı məlumat yayıb.

 AzVision.az - ın xəbərinə görə, Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında bildirilir ki, bəzi KİV-də paytaxtın Yasamal rayonu ərazisində guya valideyni hüquq-mühafizə orqanlarında işləyən və general ali xüsusi rütbəsi daşıyan şəxsin idarə etdiyi avtomobillə həmin ərazidə xidmət aparan polis əməkdaşlarının üstünə sürərək onlara xəsarət yetirməsi barədə işin hallarına uyğun olmayan informasiyalar dərc olunub.

`Belə ki, 25 iyul 2015-ci il tarixdə saat 17 radələrində Yasamal rayon sakini, 1994-cü il təvəllüdlü Hətəmov Elçin Elşad oğlu rayon ərazisində xidməti vəzifələrini yerinə yetirən Yasamal Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları Arif Qasımov və Tariyel Mahmudovun yol hərəkətinin tənzimlənməsi ilə bağlı qanuni tələblərinə tabe olmayaraq sonunculara təpik və yumruqla həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edərək xəsarətlər yetirməsində kifayət qədər əsaslı şübhələr olduğundan faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndələrinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb`.

E. Hətəmov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Göstərilənlərlə yanaşı, bildiririk ki, E. Hətəmovun valideynləri hüquq-mühafizə orqanlarının əməkdaşı deyil və heç bir ali xüsusi rütbə daşımırlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar