Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göyçayın sabiq icra başçısı Almaniyada müalicəyə hansı pulla gedib?


Göyçay payon İcra Hakimiyyətinin sabiq başçısı Mübariz Ağayev vəzifəsindən azad edildikdən sonra mətbuatda onun barəsində müxtəlif fikirlər yayıldı


Hətta yayılan məlumatların birində deyilirdi ki, guya M.Ağayev daha yüksək vəzifəyə - kənd təsərrüfatı nazirinin müavini postuna göndərilib. 

Nazirlik isə bu məlumatı təsdiqləmədi. Eyni zamanda sabiq başçı da məsələ ilə bağlı açıqlamasında bildirdi ki, yayılan xəbərlər yalandır və  o, vəzifədən öz istəyi ilə gedib. Lakin onun bu açıqlaması da ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. 

Sabiq başçı bildirib: “Bu yalan və məni istəməyən insanların uydurmasıdır. Mən öz istəyimlə işimdən uzaqlaşdırılmışam. Cənab prezidentdən xahiş etdim ki, məni vəzifəmdən azad etsin. Səhhətimdə problemlər var. Üç gün sonra Berlinə gedirəm, əməliyyat olunacam. Allah cənab prezidentin canını sağ eləsin, məni başa düşdü və dedi ki, get müalicə olun, sən bizə sağlam lazımsan. Üç dəfə Almaniyada əməliyyat olunmuşam. Hər dəfə gedəndə rayon sahibsiz qalırdı, belə olmazdı. Əməliyyat olunub qayıdım, inşallah, hər şey yaxşı olar”.

İctimaiyyətdə sual doğdu ki, aylıq maaşı 800 manat civarında olan Mübariz Ağayev Almaniyaya getmək üçün bu qədər pulu haradan alıb?

Öncə onu qeyd edək ki, Almaniyada müalicə olunmaq Azərbaycanda çoxlarının arzusu olsa da, bunu hər kəs gerçəkləşdirə bilmir. Çünki Almaniyada müalicə digər yerlərlə müqayisədə çox bahadır. 

Məlumat üçün onu da deyək ki, ölkənin bir çox müxalifət nümayəndələrindən harada müalicə almaları ilə bağlı sorğular keçirmişik. Həmin sorğuya əsasən deyə bilərik ki, müxalifət nümayəndələri əsasən ölkədə, çox az bir qismi isə zərurət yarandıqda İran və Türkiyədə müayinə və müalicə olunurlar.

Mövzu ilə bağlı musavat.com-a politoloq Natiq Miri danışıb. O, bildirib ki, ölkə əhalisinin böyük əksəriyyəti, nəinki Almaniya, heç İranda da müalicə almaq imkanında deyil: “İranda müalicə digər yerlərlə müqayisədə nisbətən ucuz olsa da, toplumun əksəriyyəti bundan da məhrumdur. Rayon icra hakimiyyəti başçılarının aldıqları əmək haqları Almaniyaya gedib-gəlmək xərcini belə, ödəmədiyi halda, dəfələrlə ora müalicə üçün səfər etmələri göstərir ki, başqa maliyyə mənbələri və təminatdan söhbət gedir. Çünki Almaniyada müasir tibblə müalicə olunmaq, çox baha başa gəlir. Bu da Azərbaycan vətəndaşlarının imkanları xaricindədir. O baxımdan icra başçılarının, xüsusilə də, Avropanın həm istirahət, həm də müalicə-tibb müəssisələrini bu cür “su yolu”na döndərməsi, təbii ki, cəmiyyətdə  müəyyən suallar yaradır. 

Əgər cəmiyyətin hər hansı bir sıravi üzvü bunu edə bilmirsə, icra başçısının özünün və ailəsinin dəfələrlə qeyd olunan yerlərə getməsi, toplumda bir çox  məsələlərin normal olmadığının göstəricisidir. İcra başçıları əgər dövlət səviyyəsində müalicə alırlarsa, bu  yöndə də konkret informasiyalar olmalıdır ki, heç bu da mövcud deyil. Demək ki, onlar öz hesablarına bunu edirlər. Məsələ də elə budur. Bu şəxslərin bizneslə məşğul olmaları da qanunvericiliklə qadağan olunur. Bizneslə məşğul olmayan icra başçısının ürəyi istədiyi zaman Avropa ölkələrinə, bahalı tibb müəssisələrinə yollanması təbii ki, hüquq-mühafizə orqanlarında da sualların yaranmasına səbəb olmalıdır. Buna görə də hesab edirəm ki, bu cür məsələlər normal  hal deyil. Sıravi Azərbaycan vətəndaşı özü ilə icra başçısını müqayisə edərkən ictimaiyyətdə hakimiyyət adına heç də xoş təəssürat yaranmır”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar