Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Günvurmadan qorunmaq üçün əsas qaydalar


Həkim gələnə kimi bunları etmək həyati vacib şərtdir...


Son günlər davam edən anormal isti hava şəraiti bəzən insanlara həyatı bahasına başa gəlir. Günvurma halları bu yay əvvəlki illərə nisbətən çoxalıb. Hətta günvurmadan həyatını itirənlər də var. Maraqlıdır, isti yayın bu bəlasından qorunmaq üçün nə edək? Günvurma zamanı özümüz özümüzə ilkin tibbi yardım göstərə bilərikmi?

Tibbi mütəxəssislərə görə, günvurma başın birbaşa gün şüalarının təsiri altında həddindən artıq qızması nəticəsində kəskin ağır vəziyyətin yaranmasıdır. Bu zaman beyin qan damarları genişlənir və beyinə güclü qan axını baş verir. Bəzən xırda beyin qan damarlarının qırılması baş verir ki, bu da mərkəzi və periferik əsəb sisteminin pozulmasına gətirib çıxarır. 

Günvurmanın əsas əlamətləri qızarmış sifət, dəhşətli baş ağrısı və başgicəllənməsidir. Bu əlamətlərdən sonra gözlərin qaralması, ürək bulanması və müəyyən hallarda isə qusma baş verir. Bəzən burundan qanın axması və görmə qabiliyyətinin pozulması da olur. Yardım göstərilmədikdə xəsarət alan huşunu itirir, təngnəfəs olur, nəbzi sürətlənir, ürək fəaliyyəti pozulur. Günvurma dəri yanması ilə də müşahidə olunur: buna misal olaraq qızartı, suluq və s. göstərmək olar. Günvurmanın əsas səbəbləri başın örtüksüz, bədənin açıq və qorumasız halda Günəş şüası qəbul etməsidir. İsti aylarda qara rəngli geyimlərdən, duzlu yeməklərdən uzaq durmaq lazımdır. Həmçinin günvurmaya bürkü və küləksiz hava, çimərliklərdə spirtli içkilərin qəbul edilməsi, həddindən artıq yemək, Günəş şüası qəbul edən zaman yatmaq səbəb olur. 

Günvurma ağırlıq dərəcəsinə görə 3 yerə bölünür: yüngül, orta və ağır. Yüngül günvurma ürəkbulanma, göz bəbəklərinin genişlənməsi, təngnəfəslik, nəbzin döyünməsinin sürətlənməsi, baş ağrıları ilə müşahidə edilir. Orta günvurma kəskin baş ağrıları, qaytarma-qusma, qulağın batması, son dərəcə halsızlıq, bədəndə temperaturun artması, huş itirmə halları ilə müşahidə olunur. Ağır günvurma isə ölümlə nəticələnir. Günvurmanın ağır forması hətta ölümlə nəticələnə bilər. Kəskin halsızlıq, temperaturun 40 dərəcədən yuxarı qalxması, nəcis və sidiyin qeyri-iradi şəkildə xaric olması, qarabasmaların gözə görünməsi, koma ilə müşahidə olunur. 

Günəş şüasından qorunmaq üçün bir sıra qaydalara əməl etmək lazımdır. Məsələn, günün ən isti saatlarında 10:00-16:00 radələrində insanlar məcbur qalmadıqca çölə çıxmamalıdır. Bu saatlarda dənizə girilməməlidir. Açıq havada olan insanlar açıq rəngli, yüngül, geniş və sıx toxunmuş parçalardan hazırlanan paltarlar geyinməlidir. Həmçinin, baş örtüyü olaraq kənarları geniş və hava dəlikləri olan şapka geyinillməlidir. Bu geyimlər Günəşin ultrabənövşəyi şüasının bədənə daxil olmasının qarşısını alır. Mütəmadi idmanla məşğul olanlar isti havalarda bunun üçün səhər və axşam saatlarını seçməlidirlər. İdman zamanı isə hər bir saatdan bir ən azı 2-4 stəkan maye qəbul edilməlidir. Bədən hərarətinin yüksəlməməsi üçün tez-tez duş almaq lazımdır. Bu mümkün olmayanda isə ayaqlar, əllər, üz və peysər soyuq su ilə isladılmalı və ya yaş dəsmalla silinməlidir. Qızartma və qovurma yerinə isə suda bişirilən, öz buxarında bişən yeməklərə üstünlük verilməlidir. 

Mütəxəssislər günvurma zamanı təcili müalicə alınmazsa, onun qalıcı fəsadlarının ola biləcəyini deyir. Müalicə edilməyən Günəş çarpması sürətlə beyin, ürək, böyrək və əzələlərə ziyan verə bilər. Zədə ciddi ağırlaşmalara səbəb olub daha uzun müalicələr tələb etdiyi kimi, ölüm riskini də artırır. Özünüzdə günvurma halını hiss edirsinizsə, dərhal kölgəli bir yerə keçin və ya qapalı sahədə bədəninizi soyutmaq üçün kondisioner və ya sudan istifadə edin. Bol maye - su, ayran və s. için. Geyiminizi çıxararaq bədənin soyumasını təmin edin. Hamama getmək imkanınız varsa, mütləq soyuq suda duş alın. Təcili tibbi yardım gələnədək soyuq su doldurulmuş vannada gözləyin. 

İstivurma isə gün vurmaya nisbətən daha tez baş verir.  İsti vurma üçün gün əsas şərt deyil, hava buraxmayan isti paltarda səylə işləmək və yaxud bir neçə saat havasız, pis ventilyasiya olan yerdə qalmaq kifayət edir ki, siz bu hala düçar olasınız. 

İstivurma bədən hərarətinin həddindən artıq qızması nəticəsində kəskin ağır vəziyyətin yaranmasıdır. İstivurmanın əsas əlamətləri - ümumi zəiflik, daim mürgüləmə, baş ağrısı, başgicəllənmədir. Sonra isə sifət qızarması, bəzən bədən hərarətinin 40 dərəcəyə kimi artması, dispepsiya (mədə fəaliyyətinin pozulması) - ishal, qusma baş verir. Əgər bu vaxta qədər bədən hərarətinin həddindən artıq qızmasının səbəbləri aradan qaldırılmayıbsa, xəsarət alanda hallüsinasiya, sayıqlama, sonra isə xəsarət alanın özündən getməsi, sifət rənginin solması, dərinin soyuq və hərdən göyərməsi, tər ifrazatının yüksək olması, ürək döyüntüsünün pozulması, nəbzin tez və zəif olması halları baş verir. Belə vəziyyətdə xəsarət alana təcili tibbi yardım edilməzsə, o, ölə bilər. İstivurma zamanı da ilkin tibbi yardım günvurmada olduğu kimidir. Xəsarət alanı dərhal təmiz havaya, kölgəyə, sərin və normal ventilyasiya olan yerə çıxartmaq, paltarının yaxasını açmaq, yaxşısı isə soyundurmaq və başı azca qaldırılmış vəziyyətdə kürəyi üstə uzatmaq lazımdır. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar