Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hər 10 kişidən biri prostat xərçəngidir



Araz Bayramov: “Erkən mərhələdə aşkar olunsa, prostat xərçəngi tam aradan qaldırılır”


“Bu gün ABŞ-da hər 6 kişidən, Azərbaycanda isə 10 kişidən biri prostat xərçəngi ilə üzləşir. PSA adlanan testlə xərçəng növünün ilkin mərhələsini müəyyən etmək olur. Lakin təəssüflər olsun ki, Azərbaycanda bu qan testinin yoxlanılması 45 yaşdan yuxarı kişilərdə mütəmadi olaraq həyata keçirilmir”.

Bu sözləri TƏBİB.AZ-a danışan Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa təhsilli uzman, uroloq-anrdoloq Araz Bayramov söyləyib.

“Prostat xərçəngi erkən dövrdə aşkarlanarsa, cərrahi yolla onu tam aradan qaldırmaq mümkündür” deyən Araz Bayramovun sözlərinə görə, əksər hallarda xəstələr gecikmiş halda həkimə üz tutur:


“Prostat xərçəngi əsasən 45 yaşından yuxarı kişilərdə prostat vəzinin periferik zonasında yaranır. İlkin dövrlərində qanda PSA və adi barmaqla müayinə ilə aşkar edilir. Biopsiya yolu ilə transrektal ultrasəs müayinəsində təsdiqlənir. Erkən mərhələdə prostat xərçəngi laporoskopik üsulla, radikal prostatektomiya əməliyyatı ilə tam aradan qaldırılır”.

“45 yaşdan yuxarı kişilər ildə bir dəfə qanda PSA, peşəkar uroloq tərəfindən adi barmaqla müayinə və transrektal ultrasəs müayinəsindən  keçməlidir” söyləyən uzman-uroloq bildirdi ki, hazırda MTN-nin Hospitalı nəzdində fəaliyyət göstərən Uroloji Mərkəzdə prostatit, prostat adenoması və prostat xərçənginin ən müasir üsullarla müalicəsi həyata keçirilir:

“Statistikaya görə erkən aşkarlanan prostat xəstəliklərinin, o cümlədən bəd xassəli şişlər 90 faiz hallarda müalicəyə tabe olur. Biz prostat xərçənginə zəmin rolunu oynayan prostat adenomasını Avropa protokollarına uyğun ən müasir üsulla, XXI əsrin qızıl standartı olan – Plazma Kinetik TUR sistemi ilə müalicə edirik. Bu üsulla prostat adenoması və sidik kisəsi poliplərinin müalicəsi kəsiksiz, endoskopik üsulla həyata keçirilir. Bu üsul toxumalarla daha incə və az invaziv rəftar etməyə imkan verir. Bu da öz növbəsində xəstənin əməliyyatdan sonra ən qısa zamanda iş qabiliyyətinin bərpa olunmasına şərait yaradır. Digər üstünlük isə həmin üsulla prostat adenomasının kəsiksiz üsulla çıxarılması, cinsi fəaliyyətə zərər dəymədən həyata keçir”.

Qeyd edək ki, Araz Bayramov Fransada təhsil alıb və uzun müddət Fransanın məşhur Eduard Heriot adına Mərkəzi Xəstəxanasında uroloq-cərrah kimi çalışıb.


Dünyanın məşhur “Amerikan” və “Klivlend” klinikaları ilə əməkdaşlıq edən uzman Dr. Araz Bayramov hazırda MTN-nin Hospitalında uroloq-anroloq kimi fəaliyyət göstərir.

O, ölkəmizdə ilk dəfə olaraq laporokopik uroloji əməliyyatları, laporoskopik parsial nefrektomiya, ikitərəfli böyrək daşlarının eyni anda müalicəsini gerçəkləşdirib.

Onun anadangəlmə böyrək ləyəni-sidik axarı darlığının laporoskopik üsulla pieloplastikası əməliyyatı nəinki ölkəmizdə, dünyada həyata keçirilən unikal əməliyyatlar siyahısındadır.


Eyni zamanda prostat adenomasını XXI əsrin qızıl standartı – Plazmakinetik üsulla müalicəsini ilk dəfə Azərbaycanda O, həyata keçirib.(TƏBİB.AZ)

Dr. Araz Bayramovla əlaqə: 050-234-55-60

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar