Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həsən və Gözəl qruplaşması AXCP-ni çökdürür


Azərbaycan Xalq Cəbhəsi Partiyasının daxilində mövcud olan qarşıdurma özünün pik nöqtəsinə çatıb. Partiya daxilindən əldə edilən son məlumatlar göstərir ki, intellektual kəsim bu təşkilatı tərk etmək üzrədir


Xatırladaq ki, AXCP daxilində yaşanan gərginlik 2013-cü ildə Asəf Quliyevin partiyanı tərk etməsi ilə başlayıb. 

Belə ki, buna qədər A.Quliyev heç bir qruplaşmada təmsil olunmayıb və bu da imkan verib ki, qruplaşma üzvləri Rəyasət Heyətinin toplantılarında üz-üzə gəlməsin. Bu zaman rəhbərliyin iclasında daha çox Asəf Quliyev sərt çıxışlar edib, bu da narazı qrupu qane edib. 

Lakin Quliyev AXCP-dən gedəndən sonra qruplar arasında mübarizə pik həddə çatıb. Nəticədə partiyadan müəyyən istefalar baş verib. 

Belə ki, Asəf Quliyev partiyadan istefa verdikdən az sonra bir zamanlar AXCP-də şöbə müdiri olan Şahin Həsənov istefaya gedib. Ancaq bu şəxs partiyanı səs-küysüz tərk edib. Səbəb də mövcud durumla razılaşmamaq olub. Şahin Həsənovdan sonra daha bir neçə şəxs də AXCP-dən səssiz gedib. Məhz bundan sonra Rafiq Daşdəmirli və digərləri partiyada şöbə müdiri təyin olunub. 

Əli Kərimli Əbülfəz Qurbanlının Rəyasət Heyətində çıxışına etiraz edib 

Partiya daxilindəki mənbə son hadisələrlə bağlı da maraqlı fikirlər işlədib.

Bildirib ki, AXCP sədrinin müavini Əbülfəz Qurbanlı partiyadan getməzdən əvvəl sədr Əli Kərimli ilə müəyyən danışıqlarda olub. Qurbanlı qeyd edib ki, partiya daxilində qruplaşmalarla bağlı baş verən hadisələrə dair Rəyasət Heyətində çıxış edəcək, bu məsələni qaldıracaq. Əli Kərimli isə buna qəti etiraz edib, Əbülfəz Qurbanlını partiya daxilində gərginlik yaratmamağa çağırıb və əlavə edib ki, Gözəl Bayramlı Həsən Kərimovla barışsın. Əbülfəz Qurbanlı isə bu təkliflə razılaşmayıb. Bu da ciddi psixoloji gərginliyə səbəb olub. Sonda isə Əbülfəz Qurbanlı partiyadan istefa verdiyini elan edib...

Daha kimlər Əbülfəz Qurbanlı ilə gedib? 

Əldə etdiyimiz məlumata görə, Əbülfəz Qurbanlı AXCP-dən istefasını elan etdikdən sonra bir qrup gənc də istefa vermək qərarına gəlib. Lakin Qurbanlı onların çoxundan xahiş edib ki, istefa verməsinlər. Mənbə qeyd edib ki, Qurbanlı AXCP Gənclər Komitəsinin sədri olub və bir çox gənclər ona bağlıdır. Əldə etdiyimiz xəbərə görə, Qurbanlının istefasından dərhal sonra Bəyim Həsənli istefa verib və bu haqda sosial şəbəkədəki profilində yazıb. 

Lakin AXCP sədri Əli Kərimli onunla əlaqə saxlayıb, bildirib ki, statusunu silsin, əgər istefa verirsə, bunu səs-küysüz həyata keçirsin. B.Həsənli isə statusu siləcəyini və artıq partiyadan getdiyini sədrə bildirib. Mənbə bildirib ki, daha bir neçə nəfər gənc də partiyadan istefa verib, lakin bu istefalarını ictimailəşdirməyiblər. 

"Saxta profilləri yığışdırın" təklifi... 

Daha bir maraqlı məqam AXCP daxilindəki saxta profillərlə bağlıdır. Mənbə qeyd edib ki, hazırda bu məsələ ciddi mübahisə mövzusudur. Vaxtilə partiyadan gedənlərdə təklif ediblər ki, saxta profillərdən imtina edilsin. Çünki məhz bu profillər vasitəsilə insanlar təhqir edilir, barələrində yalanları yazılır. Ancaq bu təklifə nə AXCP sədri, nə də, Bayramlı-Həsənov qruplaşması müsbət yanaşmayıb. Bu da ciddi mübahisəyə səbəb olub. 

Kimlər gedəcək?

Mənbə qeyd edib ki, partiyadan istefalar davam edəcək. İstefa verəcək şəxslər daha çox AXCP-də zəifləyən qruplaşma üzvlərindən olacaq. Bu sırada ilk olaraq İlham Hüseynin adı çəkilir. Qeyd olunur ki, iqtisadçı İ.Hüseyn də partiyadakı bu durumdan ciddi narazıdır. 

Onunla yanaşı Sahib Kərimli də narazıdır, sadəcə, Ağaşirin Tanrıverdioğlu ilə aralarındakı son dava onu bir qədər geri çəkilməyə məcbur edib. 

Arzuman Məcidli də açıq-aşkar Gözəl Bayramlının əleyhinə danışır. Nemət Əliyev də məhz bu mövqedə olan şəxslərdən hesab olunur. Yeri gəlmişkən, həbsdə olan Seymur Həzi də bu durumdan narazıdır. Hətta partiya rəhbərliyinə xəbər göndərib ki, üzvlərlə bu cür rəftar doğru deyil. 

AXCP və Müsavatdan narazı qalan gənclər bir araya gələcək 

Mənbə daha sonra söyləyib ki, artıq AXCP 3-4 il bundan əvvəlki AXCP, gənclər isə əvvəlki gənc fəallar deyillər. Əgər bir neçə il əvvəl gənclər yuxarıdan gələn istənilən sözə dərhal əməl edirdilərsə, indi bəzən bu göstərişlərin səhv olduğunu elan edirlər. Bu isə partiya rəhbərliyinin xoşuna gəlmir. Gənc fəallar isə diktatura rejimi altında fəaliyyəti artıq istəmirlər. Bu səbəbdən mütəmadi olaraq problemlər yaranır. Daha bir maraqlı xəbər isə Müsavat və AXCP-dən narazı olan gənclərin bir araya gələ bilmə imkanlarıdır. 

Mənbə qeyd edib ki, hazırda Müsavatdan Tural Abbaslı, AXCP-dən isə Əbülfəz Qurbanlı faktiki olaraq gedib. Bu iki şəxsin ətrafında müəyyən qədər gənc var. Tural Abbaslı artıq blok yaradıb. Mümkündür ki, son məqamda hər iki partiyadan narazı olan gənclər bir araya gəlsinlər. Mənbə iddia edib ki, hətta bu istiqamətdə konkret təklif olmasa da, dostcasına təmaslar baş verib. Bu reallaşsa, şübhəsiz ki, bu təşkilatlardan istefalar daha da sürətlənəcək. (mediaxeberleri.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar