Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hüseyn Abdullayev hakimiyyəti ABŞ-a şikayət etdi


NATO Əməkdaşlıq İnstitutu Almaniyadan siyasi sığınacaq almış Hüseyn Abdullayevlə bağlı Ağ Ev başda olmaqla dünyanın bir neçə aparıcı qurumuna müraciət edib.


Bu haqda NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov facebook sosial şəbəkəsində status yayıb. F.Məmmədov Azərbaycandan köçüb Avropa ölkələrində siyasi sığınacaq alan bir sıra şəxslərin təhlükəsizlikləri ilə bağlı ciddi problem olduğuna diqqət çəkib: “NATO Əməkdaşlıq İnstitutunu narahat edən məsələlərdən biri bu gün Azərbaycandakı diktator rejimin Avropada siyasi sığınacaq alan ictimai fəal insanları təhdid və şantaj etmək məqsədi ilə beynəlxalq institutların imkanlarından qanunsuz istifadə etməsidir. Qərara gəlmişik ki, bu məsələ ilə bağlı bilgilərimizi dünya birliyinə çatdıraq. Almaniyadan siyasi sığınacaq alan keçmiş Milli Məclis üzvü Hüseyn Abdullayevlə bağlı təqiblər əldə etdiyimiz faktlardan biridir. Prosesin bu şəkildə davam etməsi beynəlxalq institutların nüfuzuna ağır zərbə vurmaqdadır. Belə hallara yol verilməməsi üçün BMT-yə, Ağ Evə, ABŞ Dövlət Departamentinə, ABŞ Konqresinə, “Freedom House” təşkilatına, Avropa Parlamentinə, Avropa Komissiyasına müraciətlər etmişik”.

Fərrux Məmmədov onu da bildirib ki, məsələ haqqında dünyanın aparıcı media quruluşlarından olan CNN, BBC, EuroNews, ABC, “Washington Post”, “New York Times”, “Spigel”, “The Guardian”dan problemi işıqlandırmaları xahiş olunub.

Milli Məclisin keçmiş üzvü Hüseyn Abdullayev facebook səhifəsində NATO Əməkdaşlıq İnstitutuna problemə obyektiv yanaşdığı üçün təşəkkür edib (musavat.com).


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar