Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

IV hakimiyyətin bayramı


Zahid SƏFƏROĞLU yazır


Bu gün mətbuat işçilərinin bayramıdır. Mətbuat deyəndə təbii ki, öncə bu mətbuatın əsas yükünü daşıyan yaradıcı insanlar, peşəkar jurnalistlər, istedadlı reportyorlar göz önünə gəlir. Sıraları ildən-ilə seyrəlsə də, məhz onların sayəsində Azərbaycanda pis-yaxşı azad media, söz-fikir azadlığı öz varlığını saxlayır, “4-cü hakimiyyət” simvolik də olsa öz missiyasını yerinə yetirə bilir. 

Bu gün başqa yaradıcı və qeyri-yaradıcı sahələr kimi, müstəqil mətbuatımız da problemlər yaşayır. Bu da əfsuslar olsun ki, obyektiv səbəblərdən, yəni medianın özündən daha çox, subyektiv amillərlə - Azərbaycandakı mövcud siyasi reallıqlarla bağlıdır. Xüsusən də çap mediasının imkan və arealının ondan asılı olmayan səbəblərdən ildən-ilə daralması narahatlıq yaratmaya bilməz.

Doğru, müasir dünyamızda, internet əsrində internet media, on-line xəbərçilik operativlik baxımından önə keçib. Ancaq bu, əsla o anlama gəlmir ki, yazılı mətbuata daha lüzum yoxdur və o, öz yerini bütünlüklə elektron mediaya verməlidir. Hər necə olmasa, öndə gedən demokratik ölkələrin heç birinin təcrübəsində, Avropada, ABŞ-da belə hal hələ ki, qeydə alınmayıb. 

Demək, çap mediası Azərbaycanda da yaşamalıdır və yaşayacaq. Yetər ki, onun yayımı üçün optimal şərait və şərtlər təmin edilsin, o zaman qəzetçilik təzədən virtual aləmə ənənəvi diktəsini bərpa edəcək.  

Məsələn, ölkədə çap məhsullarının yayımına süni əngəllər aradan qalxsa, metro yayımı bərpa olsa, “Yeni Müsavat” qəzetinin tirajı indikindən bir neçə dəfə çox olar. Bu yöndə kövrək də olsa ümidlər qalır. Əgər metrostansiyalarda dərman preparatlarının satışına icazə verməyə başlayıbsa, ümid edək ki, insanların mənəvi dərmanının – qəzetlərin satışına da “yaşıl işıq” yandırılar...
          
Yuxarıda ölkədəki siyasi reallıqların mövcud olmasına toxunduq. Onlardan biri də qəzetlərə münasibətdə reklam ayrı-seçkiliyinin davam etməsidir. Bu da media bazarında ədalətsiz rəqabətin qalmasına xidmət edən mühüm amillərdən biridir. Çünki belədə istənilən nüfuzlu media orqanı asanlıqla hansısa autsayder nəşrlə az qala eyni maliyyə göstəricilərinə malik olur. 

Belə ədalətsiz rəqabət mühitini durdurmağın tək yolu ölkədə siyasi ab-havanın liberallaşmasıdır. Bu sahənin mövcudluğuna cavabdeh olanlar gərək unutmasınlar ki, istənilən ölkədə azad media, müstəqil jurnalistika o ölkənin beynəlxalq aləmdə demokratik imicini formalaşdıran, onu daha güclü göstərən cəmi bir neçə faktordan biridir. 

Azərbaycanda söz-mətbuat azadlıqlarının qorunub-saxlanması, inkişaf etdirilməsi üstəlik, həm də ona görə vacibdir ki, bizim çözülməmiş Qarabağ dərdimiz var. Qarabağ probleminin həllinə isə dünyada artıq təməl insan haqları və azadlıqlarının, siyasi azadlıqların təmin edilməsi kontekstində baxılır. Söz, ifadə azadlıqları da təməl haqlarının mühüm tərkib hissəsidir. Ayrı sözlə, Azərbaycanda azad medianın, “IV hakimiyyətin” varlığı dövlətin öz varlığını, suverenliyini təsbit eləmək, düşmən ermənilərin əlindəki kontur-arqunmentləri kəsərsiz eləmək üçün vacibdir. 

Türkiyədəki son silahlı qiyam medianın cəmiyyət və dövlət üçün daha bir vazkeçilməz önəmini ortaya qoydu. Bəlli oldu ki, güclü və azad mətbuatı olan ölkədə bu ölkəni on illərlə inkişafdan geri salacaq hərbi çevriliş mümkün deyil. “IV hakimiyyət”i güclü olan ölkə basılmaz, daxildən silkələnməz, çalxalanmaz, təlatümlər yaşamaz. Zira azad mətbuat - azad cəmiyyətlərin atributudur.

Odur ki, mətbuatla, “IV hakimiyyət”lə dostluq edənlər, onun varlığı qayğısına qalanlar, onun önündə yox, yanında olanlar heç vaxt uduzmaz. Əksi – labüd məğlubiyyətdir. Həm də dövlət və cəmiyyət üçün.

Bayramınız mübarək! (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar