Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlqar Məmmədovdan Zakir Qaralova müraciət etdi



Hazırda həbsdə olan REAL Hərəkatının lideri İlqar Məmmədov baş prokuror Zakir Qaralova məktub göndərib


"Turan" bildirir ki, REAL lideri məktubunda bəzi hakimlərə qarşı cinayət işi qaldırılmasını tələb edib: 

“Cinayət-Prosessual Məcəllənin 204-cü maddəsinə uyğun olaraq, yazılı şəkildə Sizi, yəni Baş prokuroru, məlumatlandırıram ki, Nəsimi Rayon Məhkəməsinin 4 fevral, 12 və 14 mart, 8 aprel, 15 may və 14 avqust 2013-cü il, Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 8 fevral, 19 və 27 mart, 15 aprel, 27 may və 20 avqust 2013-cü il tarixli qərarlarını çıxarmaqla hakimlər mənə qarşı cinayət törədib. Həmin hakimlər barəsində cinayət təqibinin həyata keçirilməsi üçün Məhkəmə-Hüquq Şurasına təqdimat vermənizi cinayətə məruz qalmış bir vətəndaş olaraq Sizdən istəyirəm”.

Xatırladaq ki, REAL Hərəkatının lideri İ.Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı hadisələri ilə bağlı həbs edilib. Məhkəmə 2014-cü il martın 17-də Məmmədovu kütləvi iğtişaşlara çağırma və hakimiyyət nümayəndələrinə qarşı zor işlətməkdə təqsirli bilərək 7 il azadlıqdan məhrum edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar