Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İmamverdi İsmayılovun aforizmləri...


Etibar Əliyev yazır


Sizə haradan deyim, böyük Azərbaycan şairi, deputat Musa Urudun jurnalist-deputat İmamverdi İsmayılovun 60 illik yubileyinə “Bizim ellər yerindəmi” başlıqlı bir şedevr yazmasından…

Siz pəncərədən baxın, görün elə indicə göydən yerə daşdan-qumdan yağmır ki?!

Image result for imamverdi İsmayılov.

Mənsə həmin şedevrdən sitat yağdırım: “Hörmətli qələm dostumun və həmkarımın bədii yaradıcılığından danışarkən bir istiqaməti hökmən qeyd etməliyəm. Bu İmamverdi İsmayılovun aforizmləridir. Xalq yaradıcılığına dərindən bələd olan, ana dilimizin gözəl bilicisi İmamverdi müəllim lakonik və sərrast fikirlərin – aforizmlərin müəllifi kimi də orijinaldır, təzədir, düşündürəndir, yol göstərəndir. İmamverdi müəllimin aforizmləri həyatdan gələn, günümüzün, məişətimizin reallığından doğan həyat həqiqətləridir”.

Gözəl ata misalımız var: “Düzəlmişdi hər yarağı, qalmışdı saqqal darağı”.

Görün cəmiyyəti nə yerinə qoyublar. Şeiri, publisistikanı böyrü üstə qoydular, indi də keçiblər aforizmə.

Almanların 5-dən artıq şairinin adını çəkmək mümkün deyil. Höte, Heyne, Novalis, Hölderlin və s. Amerikanların şairləri də elə bu qədərdir. Almanlar sanki Hötedən, amerikanlar isə Uolt Uitmendən sonra şeir yazmaq istəmədilər. Bizdə isə Zəlimxan Yaqub, Musa Urud, Paşa Qəlbinur, Hamlet İsaxanlı da daxil olmaqla, şairləri sayıb qurtarmaq olmaz. Həkim-şair, kimyaçı-şair, riyaziyyatçı-şair, fizik-şair… Şeir istedadsızların sığınacaq yerinə çevrilib.
Məşhur “Britannica” lüğətində yazılır. “Aforizm iti ağılın, dərin müdrikliyin üzə çıxmasını ehtiva edir”. Belə çıxır ki, bundan sonra aforizm düzəldən bu kişiyə müdrik İmamverdi İsmayılov da demək olar. Əslində böyük Azərbaycan şairi Musa Urud bəlkə də bilərəkdən İmamverdi İsmayılovu rüsvay edib. İndi gəlin İmamverdi müəllimin bəzi aforizmlərini oxuyaq:

- Ey, qapını döyən kimdir?! Bax, bu… Tale suallarıdır – hazırsanmı?

- Gözləmədiyin halda gördüyün etibarsızlıq səni balta kimi doğrayacaq…

- Əlin qabarı ayrıdır, ayağın qabarı ayrı.

- Dolanışıq qayğıları insanı çox dolandırar, çox fırladar.

- Abırsız adamın dərisi də qalın olar.

- Gözünün acısını töküb yüngülləşərsən, dilinin acısını boşaldanda isə peşman ola bilərsən.

- Biri çöldən iylənər, biri içəridən – axırıncısı daha qorxulu və daha fəlakətlidir…

- Hər çiçəkləyən Ağac bar verməz…

- Sənin çörək verdiyin bəndəyə də bu çörəyi Allah verir…

- Hər qapını açana ürəyini açma…

- Başına qaxınc edilən yaxşılığı yeməsən yaxşıdır…

- Belini əyən Taleyin yüküdür.

- Sən bilirsənmi mən səni neçə görürəm?

- Əmim deyərdi ki, bala, Allah kişinin axırını xeyir eləsin!…

- İnsanın uzanması yox, enlənməsi qorxuludur…

- Pərdə örtülü qalsa, yaraşıqlı və urvatlı olar…

- Səninlə bərabər kədərlənən kimdir, sevinən kim?!

…Necədir? Pəncərədən baxmaqda davam edirsinizmi, kəsmədi hələ yağan daş-kəsək?

Cuşa gələn böyük Azərbaycan şairi Musa Urud isə sonra görün nə yazır: “Zatən aforizmlər yazan bir kişinin çox danışmağa ehtiyacı da yoxdur. Tez-tez çıxış etməsə də, onun bir fikri, bir cümləsi, bir sözü, adətən qərar qəbul edilməsi anında həlledici olur”.

Bu, doğurdan da parlamenti ələ salmaqdır. Yəni bir söz, bir cümlə ilə parlamentdə qərar qəbul olunur?

Davam edir: “İmamverdi müəllim Milli Məclisin plenar iclaslarında arxa sırada otursa da, parlamentin hər yerindən görünür və eşidilir! Milli Məclisdəki müzakirələr çox zaman Məclisin çayxanasında da qızğınlıqla davam edir. Bu müzakirələrdə də əsas söz sahiblərindən biri İmamverdi müəllimdir”.

Görünür və eşidilirsə, onda bu kişini ən baş yerə niyə çıxarmırsınız? Ümumiyyətlə, bununla nə demək istəyirsiniz, Musa Urud? Bizə çayxana müzakirələrinizin daha maraqlı olduğunumu söyləmək istəyirsiniz? Müzakirəmi, məzhəkəmi?

Aforizm söyləmək ənənəsi Qədim Yunanıstanda meydana çıxıb. İlk aforizm söyləyənlərin sayı 7 nəfər olub. Lindli Kleobul, Spartalı Xilon, Korinfli Periandr, Metilenli Pittak, Afinalı Solon, Prienli Biant və yaxşı tanıdığınız Miletli Fales. Müdriklərin adlarına əlavə olunan “Miletli”, “Afinalı” təyinləri onların yaşadıqları şəhəri, ölkəni müəyyənləşdirir. Siz deyin, Zəngilanlı İmamverdini 8-ci müdrik saymaq olarmı?

Musa müəllimin bu yanğılı cümləsi də ürəkləri dağlayır: “İmamverdi müəllim torpaq işğalının ağrısını, obasız ellərin, elsiz obaların dərdini öz həyatında görən, öz içində çəkən adamdır. Mənə elə gəlir ki, o hər dəfə “Bizim ellər yerindəmi?” soruşanda, bu dərdi bölüşməyə həmdərd axtarır”.

Bəli, “bizim ellər yerindədir”, Musa Urud və İmamverdi İsmayılov. Siz yerinizdə olmadığınızdan ellərimizin harada olduğunu görmürsünüz. (azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Paşinyan Araiki Azərbaycana verəcək - Şok iddia

Nobel paradoksları: Bizdə yazıçı oğlunun yazıçı olduğu kimi…

Müğənnilər Novruzda da bizi maarifləndirməkdə davam etdilər

Ən çox oxunanalar