Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnkvizisiya tonqalları


“Haçansa qədim zamanlarda Səməndər quşu adlı bir səfeh quş yaşayarmış. Hər yüz ildən bir o özünü tonqalda yandırardı. Yəqin o insanlara qohum imiş. Ancaq yanandan sonra bu quş hər dəfə küldən yenidən doğularmış. Biz, insanlar bu quşa bənzəyirik. Lakin bizim ondan üstünlüyümüz var. Biz, hansı səfehliyi elədiyimizi bilirik. Biz, min illər, ondan da qabaq hansı axmaqlıqları törətdiyimizi bilirik. Əgər bunu biliriksə, bunlar hamısı yazıya alınıbsa, biz geriyə baxıb keçdiyimiz yolu görərik, ümid var ki, o zaman biz bu axmaq dəfn tonqallarını qurmaqdan və alovun içinə atılmaqdan əl çəkərik”


(Rey Bredberi, “Farengeyt üzrə 451 dərəcə” romanından)

Azadlıq prospektindəki o faciəli binanın üzlənməyə başlaması indiyə qədər yadımdadır, çünki təsadüfən o ərazidən keçirdim. Hardasa 2-3 il öncə olardı. Binanı tikinti hasarına alıb ətrafına çoxlu sayda sarı bir material tökmüşdülər. İlk dəfə belə material gördüyüm üçün maraqlı gəldi, yaxınlaşıb kənara düşmüş iri bir parçasına baxdım, ayağımla vurdum. Yadımdadır ki, materialın çox yüngül olmasına heyrətlənmişdim. Qaldırıb baxanda isə bunun sintetik köpük, soyuducu, televizor və sairənin daşınmasında istifadə edilən zad (bunun penoplast, poliuretan kimi dəbdəbəli adlar daşıdığını sonradan biləcəkdim) olmasını öyrənib lap heyrətlənmişdim. Yaşayış binasını sabun köpüyü ilə üzləyirdilər. Əl çatan, uşaq-muşağın dırnaqlayıb qopartması mümkün olan hissəni deyəsən daşdan üzləyirdilər, qalan 15 mərtəbə sintetika idi. Özü də qəribədir ki, bu material öncə sarı idi, divara vurulandan sonra isə bozardı. Bunu necə elədilər, hələ bilmirəm.

O vaxtdan bəri dəfələrlə yazdıq-pozduq ki, yaşayış binasını tezalışan süni materialla üzləmək cinayətdir. Hətta allahın Qazaxıstanında belə yaşayış binalarına bu tip üzlüklər çəkilməsi 2006-cı ildən qadağan edilib. O vaxt qazaxların Nəqliyyat Nazirliyinin binasına çəkilən alukobonid üzlük göz qırpımında yanıb kül olmuşdu.

Əslində bu üzlüklərin yanmasına “kül oldu” demək də düz çıxmır, çünki bunlar tamamilə yanır, zəhərli qaz şəklində havaya uçur, yerində demək olar heç nə qalmır. Azərbaycanın hər yerini bu qablaşdırma materialı ilə üzləyib vətəndaşlarımızı ölümə daşıyırlar. Bakının əksər rayonlarında binalar bu materialla üzlənir. Bu işdə icra başçıları rekord qırıblar. Nəticə isə gördüyünüz faciələrdir.

Yeri gəlmişkən, yanan binanın yerləşdiyi Binəqədi rayonu ərazisində çoxlu zibilyığanlar görürsən. Onlar əllərində iri torbalar dolaşır, yerdən polietilen zənbil, günabaxan tumu qabları tipli zibilləri toplayırlar. Paradoks da elə budur: polietilen zibilləri yerdən yığıb o zibillərdən yaşayış binalarına üzlük çəkirlər. “Zibildən çıxıb daha böyük zibilə düşmək” - bunun adı belədir.

İnsanlar da bir az təşəbbüskar olmalıdır, öz həyatlarına, uşaqlarının gələcəyinə diqqət göstərməlidir. Mən hələ indiyə qədər bir yerdə də görmədim ki, hansısa bina sakinləri toplu halında küçəyə çıxıb etiraz eləsinlər, “bizim binaya niyə yanar üzlük çəkirsiniz?!” deyə icra nümayəndələrini qovsunlar. Elə bil səni gözgörəsi tonqalda yandırmağa aparırlar, sən isə həzin səslə, sevinclə çığırırsan: “Nə qəşəng tonqaldır! Odunlara görə icrabaşıya minnətdaram!”

Əslində normal, sivil dövlətlərdə yaşayış binalarının, məhəllələrin, şəhərlərin görkəmini orda yaşayan sakinlər, həmin sakinlərin seçdiyi bələdiyyələr, meriya müəyyən edir. İcra hakimiyyəti niyə bina üzləməlidir? Niyə Bakının hələ də meriyası yoxdur? Bakının bütün Avropada mer seçkisi keçirilməyən yeganə paytaxt şəhəri olduğunu bilirsinizmi? Hətta formal, saxta mer seçkisini də bakılılara qıymırlar.

Yanğın anlarında mən hadisəni Biləcəri tərəfdən izləyirdim, qara tüstü «Heydər» məscidinin minarələri arasından, məscidin fonunda görünürdü. Özümü Yaxın Şərqin hansısa ölkəsində hiss elədim. Sanki Suriyada idim. Etiraf edim ki, çox mənfi təəssürat idi.

Nə qədər gec deyil, nə qədər faciələr artmayıb qalan binalardakı penoplast üzlükləri sökün. İcra hakimiyyətini gözləmək lazım deyil, vətəndaşlar özləri söksünlər, çünki bu üzlüklər tam qanunsuz vurulub. Bəzəmək elə vacibdirsə qoy öz villaları kimi daşla, mərmərlə, qranitlə üzləsinlər. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar