Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"İpoteka kreditləri 75-80 min manata qədər qaldırılmalıdır"


“Geniş təbəqənin mövcud gəlirləri ipoteka şərtlərinə uyğun gəlmir”


İlin əvvəlindən ölkədə ipoteka kreditlərinin verilişində azalma baş verib. İpoteka kreditlərinin həcmi və əhali tərəfindən marağın az olması ümumiyyətlə  son 2 ayda isə banklar ipoteka kreditlərinin verilməsini dayandırmasına gətirib çıxarıb

Xatırladaq ki, konkret olaraq cari ilin 7 ayında ipoteka kreditləşməsinin həcmi 62,2 mln manat olub. Halbuki ötən ilin eyni dövründə bu rəqəm 64,2 mln manat təşkil edib. MKT-lar tərəfindən verilən kreditlər də azalıb. Məsələn, ötən ilin altı ayında 42434.0 manat məbləğində, bu ilin müvafiq dövründə isə 39905.4 manat  kredit verilib.

Sosial ipoteka kreditləri uzrə büdcədən ayrılan vəsaitlərin qrafiki də diqqət çəkib. Belə ki, bu ilin mart ayında 20 milyon manatlıq kredit verilib. Büdcə hesabına maliyyələşən bu kreditlər üzrə daha 20 milyon manatın nə zaman ayrılacağı bəlli deyil.

-İpoteka krediti şərtləri hansı problemləri  yaradır və ümumiyyətlə ipoteka almaq vətəndaşlar üçün niyə sərf etmir? 

PİA.AZ-ın bu və digər suallarını iqtisadçı-ekspert Ramil Osmanlı cavablandırıb:

-Bankların ipoteka kreditlərini dayandırması haqqında konkret açıqlaması limitlə bağlıdır. Yəni, İpoteka Fondunun ayırdığı limitin bitməsi əsas gətirilir. Amma mənim mövqeyim bundan ibarətdi ki, Azərbaycanda iqtisadi vəziyyətin bir qədər gərginləşməsi müşahidə olunur. Neftin qiymətinin ucuzlaşması, iri infrastruktur layihələrinin yekunlaşması ilə bağlı həyata keçirilən tədbirlər və s. fonunda büdcə kəsirlərinin meydana çıxması müşahidə olunur. Buna görə də bu cür sosial layihələrin həyata keçirilməsində problemlər ortaya çıxır.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin keçən ilki  "Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi haqqında fərmanına əsasən, sosial ipoteka çərçivəsində kreditin maksimum məbləği 35 min manatdan 50 min manatadək artırılıb. Hazırda AİF-in şərtlərinə görə, Azərbaycanda adi ipotekanın verilməsinin maksimum həddi 50 min manat təşkil edir və səkkiz faiz dərəcəsi ilə 25 il müddətinə verilir. Sosial ipoteka 50 min manat təşkil edir və dörd faiz dərəcəsi ilə 30 il müddətinə verilir. Güzəştli kreditlər üçün ilkin ödəniş 15 faiz, adi kreditlər üçün isə 20 faiz təşkil edir.
 Ramil bəy Azərbaycanda  50 min manata ev almaq mümkündür?

-Xeyr. Belə ki, mövcud ipoteka şərtləri bazardakı iqtisadi tendensiyalara adekvat deyil. Mənzillərin qiyməti durmadan artır, buna baxmayaraq ipotekanın maksimum ödəniş rəqəmi 5 ildən çoxdur ki, 50 min manat həddində saxlanılır. Düşünürəm ki, bu rəqəm 75-80 min manata qədər qaldırılmalı. Faizlər aşağı salınmalıdır.  İlkin ödənişlər  isə  aradan qaldırılmalıdır.

-Güzəştli şərtlər şəhid, Milli qəhrəmanlar və məcburi köçkün ailələrinin üzvlərinə, ən azı üç il iş təcrübəsi olan dövlət qulluqçularına, elmlər namizədləri və doktorluq dərəcəsi olanlara, idman sahəsində xüsusi xidmətləri olan şəxslərə, həmçinin maksimum üç il xidmət stajı olan hərbiçilərə şamil edilir. Yəni kifayət qədər  geniç spektora malikdir. Amma onun da catışmayan  tərəfləri az deyil. 

-Güzəştli kreditlərə hər il büdcədən 14 milyon manat vəsait ayrılırdı. Bu vəsait ötən il 20 milyona qaldırıldı. Eyni zamanda maksimum həddi də 35 min manatdan 50 min manata çatdırıldı. Geniş təbəqəni əhatə etməsinə edir, amma bu geniş təbəqənin mövcud gəlirləri ipoteka şərtlərinə uyğun gəlmir. Buna görə də həmin təbəqə hələ ki, ipotekadan tam yararlana bilmir.

Ülviyyə Bəylər


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar