Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşğalçının müharibədən sığortalanmaq planı fiaskoda - özü isə təlaşda...


Qarabağla bağlı mühüm gəlişmə


İrəvan yox, Bakı deyən oldu; Sərksiyanın təmas xəttində beynəlxalq monitorinq mexanizminin tətbiqi ilə bağlı istək-tələbi gündəmdən çıxdı 

Sərkisyanın təmas xəttində beynəlxalq monitorinq mexanizminin tətbiqi ilə bağlı istək-tələbi gündəmdən çıxdı; Ermənistanın ABŞ-dan aldığı kəşfiyyat-müşahidə sistemi isə işğal rejimini cəzasız şəkildə davam etdirməyə imkan verməyəcək, çünki...

ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona budəfəki səfəri ilk baxışda əvvəlkilərdən fərqlənməsə də, hər halda, iki maraqlı detalla yadda qala bildi. Onlardan biri odur ki, Azərbaycan prezidenti İlham Əliyevin səfər öncəsi Rusiya KİV-lərə müsahibəsində Dağlıq Qarabağın mümkün statusu ilə bağlı irəli sürdüyü təklif vasitəçilərin də diqqətini çəkdi və mövzuya çevrilə bildi. 

Bu barədə amerikalı həmsədr Ceyms Uorlikin məhz İrəvanda danışması Azərbaycanın xeyrinə ikiqat təbliğati effekt yaratdı. Çünki Qarabağ məsələsində ənənəvi radikal erməni mövqeyi fonunda bir növ “qaynar başlara soyuq duş” effekti yaradaraq, eyforiyada olan erməniləri sanki ayıltdı, “göydən yerə endirdi”. Artıq Bakının ən optimal həll yolu kimi “muxtar respublika” təklifinin erməni ictimai şüurunda özünə müəyyən yer aldığını söyləmək mümkündür. 

Image result for uorlik
Uorlikin bu xüsusda İrəvandakı açıqlaması həmin yeri yəqin ki, böyüdəcək. Söz düşmüşkən, erməni mediası və ekspert dairələrində Azərbaycan prezidentinin məlum təklifi, faktiki, münaqişə ilə bağlı ən optimal “Yol xəritəsi” irəli sürməsi hələ də narahatlıqla şərh edilməkdədir ki, bu da təbliğati effekt baxımından Bakının hədəfə vurduğuna dəlalət edir. 

Xatırladaq ki, Azərbaycan prezidentinin təklifi ilə bağlı erməni jurnalistin sualına cavabında Uorlik İrəvanda erməniləri məyus edəcək tərzdə belə deyib: “Azərbaycan prezidenti İlham Əliyevin Rusiyanın ”Vesti 24" telekanalına müsahibəsində Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsinin mümkünlüyü haqda dediklərini alqışlamaq lazımdır. Çünki bu, Dağlıq Qarabağın statusuna dair polemikaları başlatmış olur. İlham Əliyevin dedikləri son qərar deyil, ancaq status məsələsində açıq diskussiyaları başlatmaq baxımından mühümdür və ən azından bu səbəbdən alqışlanmalıdır".

Göründüyü kimi, amerikalı diplomat muxtar respublika ideyasını, Bakının təklifini vurmayıb, ardınca Dağlıq Qarabağda statusla bağlı referendum keçirilməsinin zəruriliyindən də danışmayıb. Erməni tərəf, onun toplumu, mediası və siyasi elitası isə amerikalı vasitəçinin dilindən məhz bunu eşitmək istərdi...  

***** 
Vasitəçilərin səfərində Azərbaycanın xeyrinə olan ikinci qiymətli detala gəlincə, bir az əvvələ - aprel döyüşlərinə qayıtmaq lazım gəlir. Bəllidir ki, həmin vaxt rüsvayçı şəkildə hərbi uğursuzluğa tuş gələn işğalçı Ermənistanda, faktiki, panika yaranmışdı. Moskvaya yalvarışlardan sonra atəşkəsə nail olan İrəvan ardınca danışıqlara qayıtmaq üçün bir neçə absurd şərt-tələb irəli sürdü. Onlardan biri təmas xəttində bu kimi insidentlərin, atəşkəsin pozulma hallarının araşdırılması, qarşısının alınması və günahkarın cəzalandırılması üçün güclü və effektli beynəlxalq monitorinq mexanizmini yaratmaqla bağlı idi.

Image result for kreml

Belə mexanizm əlbəttə ki, ən çox Qarabağ məsələsində kompromisə gəlmək istəməyən və işğal rejimini özünə sərfəli vaxtadək uzatmağa çalışan Ermənistana sərf idi. Çünki belədə Azərbaycanın təcavüzkara zor tətbiq edib öz ərazilərini azad eləmək imkanı sıfırın yanında olacaq, əl-qolu bağlanacaq, ən betəri, zorla dəyişdirilmiş sərhədlər, təmas xətti az qala qanuni status alacaq. Cəzasızlığına əmin olan düşmən isə kiçik kompromisi belə heç vaxt yaxına buraxmayacaq.   

Həmin tələb 4 günlük aprel müharibəsindən sonra prezidentlərin Vyanada keçirilən görüşünə dair yekun bəyanatda əksini tapmışdı. Lakin yaxşı ki, elə onunla da unuduldu və ermənilərin status-kvoya hüquqi məna vermək arzusu gözündə qaldı. Ardınca reallaşan Sank-Peterburq görüşündən sonra isə prezident İlham Əliyev məsələyə nöqtə qoyaraq bəyan elədi ki, Qarabağ məsələsində real irəliləyiş olmayınca, ərazilər işğaldan azad olunmağa başlamayınca, Bakı bu mexanizmə razılıq verməyəcək. Ölkə başçısı o zaman onu da dedi ki, yalnız ATƏT-in şəxsi nümayəndəsi Anjey Kasprşikin ofisinin əməkdaşlarının sayı artırıla bilər ki, bu da tam fərqli bir şeydir.
 
*****

Image result for həmsədrlər

İki gün öncə eyni şeyi - yalnız ofis əməkdaşlarının sayı məsələsini dilə gətirməklə amerikalı həmsədr C.Uorlik İrəvanda erməniləri pərt edib. Yəni faktiki, məsələyə nöqtə qoyub, Serj Sərkisyanın aprel olaylarından sonra irəli sürdüyü tələbin fiasko olduğunu təsbit edib. 

Kəsəsi, Bakı deyən olub. Bunu həmsədrlərin bölgəyə son səfəri ilə bağlı yaydıqları bəyanat da təsdiqləyir. Orada yeni monitorinq mexanizminin tətbiqi haqda heç nə deyilmir. Bu isə o deməkdir ki, Azərbaycanın beynəlxalq hüquqa əsaslanıb işğalçını istənilən vaxt cəzalandırmaq imkanını əlində saxlayır. 

Düşməni ən çox təlaşlandıran da indi budur: sülhə gəlməsə, müharibədən - ədalətli cəzadan qaçmağın mümkünsüzlüyü! Düşmən ona görə həm də təlaş keçirir ki, müharibə ehtimalının qalması silahlanma yarışı, silahlanma yarışı isə öz növbəsində böyük xərclər, acından ölən Ermənistanın daha sürətli boşalması və orduya çağırışçı probleminin böyüməsi deməkdir. 

Bu fakt həm də konfliktin həllində ABŞRusiyanın maraqlarının nə dərəcədə toqquşduğunu göstərməklə yanaşı, işğalçı Ermənistanın sözünün və mövqeyinin kəsərsizliyini ortaya qoyur, münaqişənin həllində onun heç bir sanballı rola malik olmadığını bir daha təsdiqləyir. 

Yeri gəlmişkən, bu yaxınlarda məlum oldu ki, ABŞ RusiyaAzərbaycanın iradəsinə zidd olaraq İrəvana təmas xəttində qarşı tərəfin hərbi hərəkətlərinə müşahidəni gücləndirmək üçün gizli şəkildə C4İSR hərbi müşahidə-kəşfiyyat sistemi verib. Ancaq Amerikanın işğalçıya dəstək anlamı verən bu təxribatçı addımı da çətin ki, sonuncunu xilas eləsin. Niyə? 

Ona görə ki, AzərbaycanRusiya belə monitorinqə razılıq və zəmanət verməyib. Başqa sözlə, ermənilərin aldığı yeni hərbi kəşfiyyat - müşahidə qurğusunun nə özü, nə də nəticələri legitim sayıla bilməz. Demək, düşmən özünü güvəndə hiss edə bilməz və hər an müharibənin başlana bilməsi xofu altında yaşamaqda davam edəcək.       

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar