Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail baş nazirinin Bakı və Astana səfərindən gözləntilər


İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana səfər edəcək


Bu barədə daha əvvəl yerli mediada xəbər verilib. 

İki ay əvvəl Afrikaya səfəri zamanı Netanyahu jurnalistlərə AzərbaycanQazaxıstana səfər edəcəyini bildirib. Baş nazirin Azərbaycana səfər edəcəyini bugünlərdə İsrailin Xarici İşlər Nazirliyinin sözçüsü Emmanuel Naxşon da Azərbaycandan gedən jurnalistlərə açıqlamasında təsdiqləyib.

Yeri gəlmişkən, qeyd edək ki, hazırda bir qrup azərbaycanlı jurnalist İsraildə səfərdədir. Azərbaycanlı media nümayəndələrinə brifinq verən İsrail XİN sözçüsü münasibətlərin yaxşı olmasına toxunub, İsraildə çoxlu sayda azərbaycanlının yaşadığını bildirib. Eyni zamanda o, Azərbaycan və İsrail arasında bir sıra sahələrdə, xüsusilə də energetika sektorunda yaxşı əlaqələr mövcud olduğunu, bu əlaqələrin İsrail üçün çox vacib önəm daşıdığını bildirib.

Qeyd edək ki, İsrail baş nazirinin AzərbaycanQazaxıstana səfərinin oktyabr ayında baş tutacağı gözlənilir. Bu barədə redaksiyamıza diplomatik mənbələrdən məlumat daxil olub. İsrail mediasının ehtimallarına görə, Netanyahunun Azərbaycana və Qazaxıstana səfərinin əsas məqsədi Fələstin məsələsi ilə bağlı diplomatik dəstək toplamaqdır. Çünki həm Azərbaycan, həm də Qazaxıstan İsraillə yaxşı əlaqələrə malik region ölkələridir. Eyni zamanda Qazaxıstan BMT TŞ-nin qeyri-daimi üzvüdür. 

Yeri gəlmişkən, İsrailin prezidenti Şimon Peres AzərbaycanQazaxıstana səfər edib. Bu hadisə böyük diqqət toplayıb. İsrail rəhbərliyinin AzərbaycanQazaxıstanı seçməsinin bir sıra xüsusi səbəbləri var. İlk növbədə hər iki ölkə müsəlman-türk respublikasıdır, postsovet ölkəsidir. Hər iki ölkədə güclü yəhudi lobbisi mövcuddur, hər iki ölkə MDB-də nüfuzlu ölkə sayılır, həmçinin böyük neft-qaz ehtiyatlarına və paralel olaraq böyük maliyyə imkanlarına malikdir. Bu sadalanan faktorlar İsraillə AzərbaycanQazaxıstan arasında münasibətləri isti qalmasının səbəblərini müəyyən mənada aydınladır. 

Digər tərəfdən, hər iki ölkə regionun açar dövlətlərindən biridir, Azərbaycan strateji olaraq İranRusiyanın ortasında, Qafqazın önəmli bölgəsində yerləşir. Uzun illərdir Azərbaycan və İsrail arasında hərbi və kəşfiyyat sahəsində yaxın əməkdaşlıq mövcuddur. Bundan başqa, İsrail Azərbaycan neftinin - BTC ilə ötürülən neftin əsas alıcılarından biridir.
İsrail üçün hər iki ölkəni daha cəlbedici edən amil zəngin enerji ehtiyatları və maddi imkanlarıdır. Azərbaycan İsrail silahlarının əsas alıcılarından biridir. BMT-nin silah embarqolarına məhəl qoymayan İsrail Azərbaycana son illərdə böyük miqdarda silahlar satıb. Hətta bir ara İsrailin Azərbaycanda ortaq silah istehsalı müəssisəsi yaradacağı haqda məlumatlar yayıldı. Digər tərəfdən, Azərbaycanın İsrailə ehtiyacı olduğu qədər, İsrailin də ərəb-müsəlman dünyasında danışıqlarda vasitəçi olaraq Qazaxıstan və Azərbaycan kimi neytral, bütün qütblər tərəfindən qəbul olunan müsəlman ölkələrinə ehtiyacı var. Bu mənada Netanyahunun Bakı və Astanada danışacaq çox sözünün olduğunu deyə bilərik. 

Azərbaycan isə yəqin ki, İsraildən yeni silahların alınması, kəşfiyyat və informasiya mübadiləsi, eləcə də yəhudi lobbisinin Qərblə münasibətlərdə dəstəyini almaq üçün Netanyahunu Bakıda qarşılamaqda maraqlıdır. Məlum olduğu kimi, uzun illərdir Azərbaycan məhz müsəlman ölkələri ilə həmrəylik nümayiş etdirərək İsraildə səfirlik açmır. 

Netanyahu kimi İsrail rəhbərliyi müsəlman dövlətlərinə nadir hallarda səfər edirlər. Gözləniləndir ki, açıq olmasa da, qapalı qapılar arxasında Tehran öz narazılığını bildirəcək, amma bu yəqin ki, o qədər də böyüdülməyəcək. Çünki daha əvvəl bu vəziyyətin doğurduğu nəticələr hər kəsə məlumdur. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar