Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kaspşikdən Ermənistan və Azərbaycana çağırış



“Həmsədrlər mümkün olan hər şeyi edirlər”


ATƏT-in indiki sədri Minsk qrupunun həmsədri və digər ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri atəşkəs rejiminə ciddi riayət etməyə çağırıblar. 

Mən bu xəbərlərdən çox narahatam. Hər ölüm xəbəri atəşkəs rejiminə tam olaraq riayət ediləcəyi halda qarşısı alınması mümkün olan faciədir.

Oxu.Az xəbər verir ki, bu barədə “Novosti Armeniya”ya verdiyi müsahibəsində ATƏT-in cari sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Dağlıq Qarabağda cəbhə xəttində gərginlik barədə suallara cavab verərkən bəyan edib.

Onun sözlərinə görə, atəşkəs barədə razılaşma tərəflər arasında danışıqların və onların siyasi iradəsinin sayəsində qüvvədədir.

ATƏT-in cari Sədrliyi, Minsk qrupunun sədrləri və mən atəşkəs rejiminin möhkəmləndirilməsi və hadisələrin nəticələrinin bir qədər yumşaldılması üzərində işləyirik. Amma atəşkəsə riayət edilməsinə dair əsas məsuliyyət tərəflərin üzərinə düşür”, - diplomat deyir.

Kaspşikin fikrincə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin başqa yerlərdə baş verən hadisələrin fonunda kölgədə qalmaması vacibdir.  

“Cari sədr və həmsədrlər, eləcə də Minsk qrupunun iştirakçıları olan dövlətlərin XİN rəhbərləri bu məsələ ilə məşğul olmağa davam edirlər və bu münaqişənin dinc yol ilə həll olunması üçün mümkün olan hər şeyi edirlər. 2014-cü ildə həmsədr ölkələr tərəfindən yüksək səviyyədə üç görüş təşkil olunub və hər cari sədr bu prosesin dəstəklənməsi məqsədi ilə müntəzəm olaraq regiona səfər edir. Amma son nəticədə sülh razılığı münaqişənin tərəfləri üzərinə düşür, ATƏT-in bütün strukturları dəstəkləyir. Həmsədrlər daima tənzimlənmə prosesinin irəliləməsi üçün tərəflərə ideya təqdim etmək üzərində işləyir”- o qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar