Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kerri və Colidən müsəlmanlara təbrik: ABŞ əsgəri azan oxudu - Video


ABŞ-ın dövlət katibi Con Kerri və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi nümayəndəsi, məşhur aktrisa Ancelina Coli Dünya Qaçqınlar Günü münasibəti ilə biraraya gəliblər


Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kerri və aktrisa, dünya qaçqınlar günü münasibətilə müsəlman cəmiyyətinin (ADAMS) təşkil etdiyi iftar proqramında çıxış ediblər.

Aktrisa Qərb dünyasının üstün görülməsinin doğru bir fikir olmadığını, hər kəsin eyni hüquqlara malik olmasını qeyd edib: "İnsanlar bərabər doğulmuş və hər kəs bərabər hüquqlara malikdir. Bəzi insanların digərlərindən dəyərli və üstün olduğunu düşünmək demokratik ölkələrə yaraşmaz".

Daha sonra çıxışa Con Kerri davam edib. Çıxışına "Salamu-Aleykum" deyərək, başlayan dövlət katibi Ramazan ayı münasibəti ilə bütün müsəlmanları təbrik edib.

C.Kerri qaçqınların ölkə üçün təhlükəli olmağından da danışıb: "ABŞ-a sığınan qaçqınlar ölkəmiz üçün hər hansısa bir təhlükə deyil. Bu insanların bir təhlükə olması barədə heç bir dəlil yoxdur. Mühacirlər cəmiyyətimizin içində olan hər hansı bir radikal qrupdan daha təhlükəli deyil".

C.Kerri insanları doğulduqları ölkələrə və dini inanclarına görə ayırmağın ABŞ-ın dəyərlərinə uyğun olmadığını və şiddətlə qınadığını söyləyib.

Dövlət katibi müsəlmanlara qarşı nifrətin terrorçuların xeyrinə olmasından da danışıb: "Müsəlmanlara nifrət qusmaq, onları hədəf halına gətirmək terrorçu qrupların xeyrinə işləməkdədir. ABŞİslam dünyası arasında sanki bir döyüş varmış havası oyandırmağa çalışırlar və bu, doğru deyil. ABŞ müsəlmanların tam azad yaşaya biləcəyi bir ölkədir".

Qeyd edək ki, sonda fərqli dinlərin nümayəndələrinin qatıldığı iftar proqramında, axşam azanını ABŞ ordusunun əsgərinin oxuması da diqqəti çəkib.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar