Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lütfi Zadənin dəfninin təşkili Abutalıbova tapşırılıb


“Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin nəşi gələn həftənin sonuna Bakıda olacaq”


Bu barədə Lütfi Zadənin ailə dostu, Azərbaycan Texniki Universitetinin hazırda Amerikada olan professoru Şahnaz Şahbazova deyib. 

O, bildirib ki, Lütfi Zadənin nəşinin Azərbaycana gətirlməsi ilə bağlı sənədləşmə işləri də artıq başa çatıb.

“Çatdırılma məsələsi gələn həftənin ikinci günü həyata keçiriləcək və bundan sonra morq mənə çatdırılmanın yerinə yetirilməsini təsdiq edən sənədi göndərəcək. Həmin sənəddə çatdırılmanın dəqiq vaxtı və saatı qeyd olunacaq. Sənədləşməyə əsasən, Lütfi Zadənin nəşinin Azərbaycana gətirilməsini morq xidməti həyata keçirəcək”.

Şahnaz Şahbazova qeyd edib ki, Lütfi Zadənin Bakıda dəfn olunmasının təşkili məsələlərinə rəhbərlik Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırılıb.

“Lütfi Zadənin nəşi Heydər məscidinə aparılacaq və orada cənazə namazı qılınacaq. Daha sonra onunla Milli Elmlər Akademiyasında vida mərasimi keçiriləcək və I Fəxri Xiyabanda dəfn olunacaq”.

Qeyd edək ki, sentyabr ayının 6-da dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə dünyasını dəyişib. O, ölməzdən öncə Azərbaycanda dəfn olunmağını vəsiyyət edib. (Modern.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar