Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MTN polkovnikin qətlində Səfər Əbiyevlə bağlı ilginc detallar - Video


Gədəbəyin Şınıx bölgəsində mina partlayışı zamanı həlak olan əfsanəvi komandir, polkovnik Cahangir Rüstəmovun ölümü ətrafında bir müddət əvvəl başlayan müzakirələr, araşdırmalar davam edir


Polkovnikin həyatına ermənilərin, yoxsa onunla düşmənçilik aparan özümüzünkülərin sui-qəsd etdiyinə dair müxtəlif iddialar, fikirlər səslənir.

Rəsmi açıqlamalarda polkovnikin ermənilər tərəfindən öldürüldüyü bildirilir. Düşmənin böyük itki verdiyi Başkənd əməliyyatının uğurla başa catmasında xüsusi rolu olan Cahangir Rüstəmovun başına ermənilərin pul qoyduğuna dair iddialar var. Elə ona qarşı sui-qəsdin də məhz erməni kəşfiyyatı tərəfindən qisas almaq məqsədilə həyata keçirildiyi ehtimal olunur.

Ancaq bu yeganə ehtimal deyil. Polkovnikin daxili düşmənləri tərəfindən aradan götürüldüyünə dair şübhələr olub və bu gün də var. Bu şübhələrin yenidən müzakirə mövzusuna çevrilməsinin səbəbi isə, Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun adının “Lamiyə işi” ilə bağl gündəmə gəlməsi oldu.
“Lamiyə işi” ilə bağlı adı bir sıra qanunsuzluqlarda hallanan Aslan Aslanovun, istədiyini edəcək gücdə olması, əməllərinin cəzasız qaldığı iddiaları səsləndi və bu, onun sabiq müdafiə naziri Səfər Əbiyev tərəfindən himayə olunması ilə əlaqələndirildi. Bundan sonra Əbiyev-Aslanov tandeminin fəaliyyətində araşdırılmas tələb edilən ciddi qanun pozuntularının, “icraatların”, hətta ağır cinayətlərin olduğuna dair iddialar irəli sürülməyə başlanıldı.

3qq

Belə iddialarla çıxış edən şəmkirli iş adamı Elpərəst Həsənli isə bir qədər də irəli gedərək, Aslan Aslanovu 6 ölüm işində suçladı. “Yeni Müsavat”a açıqlama verən iş adamı, Gədəbəy batalyonunun komandiri Cahangir Rüstəmova sui-qəsdi də məhz Aslan Aslanovun adı ilə bağladı. Hətta bunda Əbiyevin də “əlinin” olduğuna işarə vurdu. E.Həsənli iddia etmişdi ki, sui-qəsddən əvvəl C.Rüstəmova 10 kiloqram qızıl müqabilində Şınıx bölgəsindəki mövqelərdən çəkilməsi təklif olunub. Lakin komandir bu təkliflə yanına gələn şəxsi qovub.
Həmin yazıdan sitat: “Cahangir sayılıb-seçilən komandirlərdən idi, Aslanovun onun işlərinə qarışmasına imkan vermirdi. Onun maşınını Nəbi adlı şəxsin vasitəsilə minaya saldılar. Cahangir öldü, sürücüsü sağ qaldı. Bu məsələni araşdıran müstəntiqi də öldürdülər”.

3ff

C.Rüstəmovun oğlu Faiq Rüstəmov, Tovuz özünümüdafiə batalyonunun sabiq komandiri Etibar Əmiraslanov da bu iddialarla bağlı “Yeni Müsavat”a müsahibə verərək, alay komandirinə sui-qəsd edildiyini bildiriblər.
Polkovnikin oğlu Əbiyevdən şübhələndiyini dilə gətirib. Sitat : “Atama sui-qəsdin üstündən 21 il ötüb, bizi zərərçəkən kimi tanıyıb cinayət işi ilə tanış etməyiblər. Atama sui-qəsddə ən çox şübhələndiyim şəxs Səfər Əbiyevdir. Atamı zəhərlədilər, istədiklərinə nail olmadılar. 4 ay sonra atamı öldürdülər. Onu sui-qəsd nəticəsində öldürüblər. Mən buna əminəm”.”
Tovuz özünümüdafiə batalyonunun sabiq komandiri Etibar Əmiraslanov isə polkovnikin bildiklərini açıqlamaması üçün öldürüldüyünü demişdi: “Cahangir Rüstəmov yanına gəlib ”qoşunları geri çək, əvəzində nə istəsən verək” deyən adamları tanıdığını demişdi, həmin sözdən sonra onu məhv etdilər…”

44dd

C.Rüstəmovun komandanı olduğu alayın bölüklərindən birinin komandiri olmuş Faiq Mahmudov da oxşar fikirlər səsləndirib. Sitat: “Cahangir Rüstəmovun korpus komandiri təyin olunması söhbəti çıxandan sonra o dövrdə briqada komandiri olan Səfər Əbiyevlə münasibətləri korlanmışdı. İcra başçısı Aslan Aslanov həmin dövrlər qərargaha gedib-gəlirdi. Cahangir Rüstəmova sui-qəsddən sonra hamı bu işin arxasında Səfər Əbiyevin olduğunu deyirdi”.

200981ad0213-300x225

Partlayışdan 3 gün əvvəl – 1994-cü il martın 25-də C.Rüstəmova müvəqqəti sürücü təyin olunmuş Saleh Əliyev də polkovnkin Aslan Aslanovla münasibətlərinin yaxşı olmadığını bəyan edib: “Cahangir Rüstəmov Səfər Əbiyevə əvvəl korpus komandiri, sonradan isə müdafiə naziri, Aslan Aslanova icra başçısı kimi münasibət göstərirdi. Hər ikisi ilə vəzifə müstəvisində münasibət saxlayırdı. Aslan Aslanov onun işinə müdaxilə etmək istəyəndə, Cahangir müəllim dərhal etirazını bildirirdi. Deyirdi ki, hər kəs öz bildiyi işlə məşğul olmalıdır! Cahangir Rüstəmov öz işini bilən insan idi”.

Göründüyü kimi, həmin vaxt Cahangir Rüstəmovun ətrafında olmuş insanlar rəsmi versiyanın əksinə olaraq, polkovnikə sui-qəsdin onun daxildəki düşmənləri tərəfindən təşkil olunduğunu iddia edirlər. Bu zaman əsas şübhələr isə Aslan Aslanov və Səfər Əbiyevin üzərinə yönəldilir.
Əlbəttə, bu fikirlərin qəsdən ortaya atıldığını düşünənlər də az deyil. Səfər Əbiyevin nazir postundan götürülməsindən, Aslan Aslanovun vəzifəsini itirməsindən sonra onları “tam bitirmək” istəyənlərin bu cür fikirləri ictimai rəyə qəsdən yeritdikləri fikrini irəli sürənlər də var.
22cvAncaq araşdırmalar üzə çıxarır ki, bu fikirlər heç də yeni – Səfər Əbiyevin vəzifədən götürülməsindən sonra ortaya çıxmayıb. Belə ki, Cahangir Rüstəmovun ölümündən dərhal sonra sui-qəsdin arxasında Əbiyev-Aslanov cütlüyünün dayandığına dair fikirlər dövriyyəyə buraxılıb. Hətta bununla bağlı 1996-cı ildə həbs olunan Cahangir Rüstəmovun silahlanma üzrə müavini olmuş mayor Dilqəm Əliyevdən, MTN-də istintaq altında olarkən, ifadə alınmağa cəhd edildiyinə dair məlumatlar var. O dövrün mətbuatında da bu haqda yazılıb. 

22cv

Məsələn, “AzPolitika.info”ya daxil olan sənədlərdən görünür ki, 27.07. 1996-cı ildə “Hürriyət” qəzetində “Müstəntiq general S.Əbiyevn zərərinə faktlar toplamaq istəyir” başlıqlı məqalə dərc olunub (Aşağıdakı fotoya bax-red). Milli Qəhrəmanlar M.Abdullayev və M. Həsənovun, eləcə də Gədəbəy rayon sakinləri K.Abdullayev və A. Tağıyevin “Hürriyət” qəzetnə göndərdikləri məktub əsasında yazılmış məqalədə MTN-in o vaxtkı müstəntiqinin Cahangir Rüstəmovun sursat üzrə müavini olmuş Dilqəm Əliyevdən belə bir ifadə almağa cəhd etdiyi qeyd 6KKolunub. Sitat: “Anlaşılmayan səbəblərdən müdafiə naziri Səfər Əbiyevi də bu işlərə qatmağa çalışan müstəntiq N.Kərimov, bu “gedişləri” etməkdə mayor Əliyevdən istifadə etməyə çalışmışdır. Müdafiə naziri general S.Əbiyevin bu silah satışında, eləcə də 1994-cü il oktyabr çevrilişində əli olduğu barədə Dilqəmdən izahat almağa çalışan müstəntiq istəyinə nail ola bilməmişdir. Həmçinin, Gədəbəydə ŞÜBHƏLİ şəkildə minaya düşüb həlak olan polkovnik Cahangir Rüstəmovun da, Səfər Əbiyev tərəfindən öldürtdürüllməsi haqda ondan “yalançı” faktlar toplamağa cəhd göstərib. Həm də müstəntiq bu faktları rəsmi izahat vərəqində yox, ayrıca kağızda yazmağı tələb edib. Müstəntiqin hansı səbəb və maraqlardan müdafiə nazirinin “zərərinə olan” faktlar toplamaq istəməsi qaranlıqdır.”


Əlbəttə, məktubda qeyd olunanların nə qədər həqiqəti əks etdirdiyini söyləmək çətindir. Ancaq bu, Cahangir Rüstəmovun qətlində Səfər Əbiyevin adının polkovnikin ölümündən az sonra hallandırılmağa başlandığı həqiqətini dəyişmir. Bunun səbəbi kimi isə 2 ehtimal var.

1ca

Birincisi, hakimiyyət daxilində Əbiyevin müdafi naziri postuna yiyələnməsindən narazı olan və ya onu təsir altına almaq istəyən qüvvələr bir sıra cinayətləri, o cümlədən polkovnikin qətlini ona “bağlamaq” istəyiblər. Bunun üçün də həm Rüstəmovu tanıyanların, ətrafının “qulağına” günahkarın Əbiyev olduğunu pıçıldayıblar, həm də bu istiqamətdə qeyri-rəsmi olaraq sübut toplayıblar. Başqa sözlə, Əbiyevin əleyhinə kompramat yığıblar.

İkincisi, polkovnik Cahangir Rüstəmovun qətlində Səfər Əbievdən və dostu Aslan Aslanovdan şübhələnməyə əsas yaradan ciddi məlumatlar olub. Bu məlumatların nə qədər əsaslı olub-olmadığını araşdırmaq, əlbəttə, hüquq-mühafizə orqanlarının işidir. Hər halda, Rüstəmovun ətrafında olan insanlar polkovnikin qətlinin üstünün açılmadığı düşüncəsindədirlər…

Ancaq bununla belə, onların dediklərinin də tam olaraq həqiqəti əks etdirdiyini iddia etmək mümkün deyil. Belə ki, mətbuatda çıxış edən polkovnik Cahangir Rüstəmovun oğlu və yaxın ətrafı partlayışa səbəb olan minanın maşına yerləşdirildiyini iddia ediblər. Hətta sürücüsü saat mexanizmli bombanın maşının alt hissəsinə bərkidildiyi versiyasını irəli sürüb. Partlayış zamanı maşının arxa təkərinin oxdan ayrılmasını da bununla izah edib.
Eyni zamanda qeyd olunur ki, əgər mina torpaqda olsaydı, partlayış baş verəndə dalğası Cahangir Rüstəmovun olduğu maşını götürüb yoldan kənara atardı.
Partlayış zamanı baş verən yanğın isə maşına əlavə benzin dolu qabların qoyulması ilə izah edilir. Bunun qəsdən edildiyi bildirilir.

cahangir_02

Həmin gün Cahangir Rüstəmovun sürücüsü olmuş S.Əliyev, maşında cəmi 2 kanistr əlavə benzin olduğunu, qalan qabların boş olduğunu söyləyib. Ancaq həmin 2 kanistrin partlayışdan az sonra müdafiə naziri Səfər Əbiyevin köməkçisi təyin olunmuş o vaxt Rüstəmovun qərargah rəisi olan Nadir Qasımovun istəyi ilə qoyulmasını deməsi, şübhələri bir qədər də artırır. Sitat: “Hadisə günü maşında benzin yox idi. Yanacaqdoldurma məntəqəsinə gedəndə Nadir Qasımov dedi ki, 2 kanistr də mənim maşınım üçün doldur. Birdən harasa gedərəm, yolda qalmayım. Doldurub gətirmişəm. Çox çəkməyib ki, Cahangir Rüstəmov gəlib və biz tərpənmişik. Maşında əlavə benzin olmayıb. Boş kanistrlər vardı…”

Cahangir Rüstəmovun qətlinin “daxildəki dümənləri” tərəfindən təşkil olunduğunu və ört-basdır edildiyini iddia edənlər, işi araşdıran müstəntiqin – Qazax qarnizonu hərbi prokurorluğunun əməkdaşı Səbuhi Lütfi oğlu Xasiyevin də eyni üsulla aradan götürüldüyü qənaətindədirlər. Yəni, onun da maşınına bomba qoyularaq partladıldığı iddiasını irəli sürürlər.

Əlbəttə, bu iddiaların doğru olub-olmadığın iddia etmək ciddi araşdırma tələb edir. Elə hadisənin canlı şahidləri tərəfindən “AzPolitika.info”ya verilən məlumatlar və hadisədən 1 gün sonra çəkilmiş VİDEO KADRLAR da bunu deməyə əsas verir.

Belə ki, adının çəkilməsini istəməyən hadisənin şahidlərindən biri mətbuata danışanlardan fərqli olaraq, həm Cahangir Rüstəmovun, həm də onun qətlini araşdıran müstəntiqin torpağa basdırılmış tank əleyhinə minanın (PM 62) partlaması nəticəsində həlak olduğu fikrini irəli sürür. Onun sözlərinə görə, hər ki şəxsin maşını TANK ƏLEYHİNƏ MİNAYA düşüb: “Tank əleyhinə mina partlayarkən, çox yüksək dərəcədə istilik yaranır və yuxarı doğru püskürür. Cahangir Rüstəmovun da oturduğu maşının arxa təkəri bu minaya düşdüyündən, arxa hissəsi tamamilə yox olmuşdu. Qabaq hissəsi isə nisbətən salamat qalmışdı”, deyə hadisənin şahidi bldirir.
Hadisədən sonra heç bir qəlpənin tapılmaması da, Cahangir Rüstəmovun maşınının tank əleyhinə minaya düşməsi ilə izah edilir. Bu mina partlayarkən, çox yüksək dərəcəli istilik yarandığından, qəlpələr əriyərək yox olur.

9PO

“AzPolitika.info”nu bilgiləndirən mənbə də Cahangir Rüstəmovun sui-qəsd nəticəsində öldürüldüyü qənaətindədir. Onun iddasına görə, məhz bu məqsədlə Cahangir Rüstəmov keçəcəyi əraziyə şahmat şəklində mina düzülüb. Bu zaman minalardan qaçmaq mümkün deyil – birinə düşəcəksən.

Hadisə baş verməzdən bir müddət əvvəl ərazidən bir traktor keçdiyini və heç bir partlayışın olmadığını deyən mənbə, bunu minaların Cahangir Rüstəmov həmin ərazidən keçməzdən az əvvəl yerləşdirilməsi ilə izah edir. Yeri gəlmişkən qeyd edək ki, bu fikri sürücüsünün dediyi sözlər də təsdiqləyir: “Cahangir Rüstəmova qəfil zəng gəldi. Məncə, zəng edən rəhbərlikdən idi. Başqasının sözü ilə Cahangir Rüstəmov geriyə qayıtmazdı…”.

Yəni istisna deyil ki, Cahangir Rüstəmovu çağıranlar onun keçdiyi ərazini də minaladıblar. Hətta C.Rüstəmovun ölümündən sonra bu minalardan birinin tapılıb çıxarıldığı və Qazax hərbi qarnizonunun müstəntiqinə təhvil verildiyi, lakin sonradan o minanın gizlədildiyinə dair iddialar da var. Tapılan bu minanın vəziyyətindən aydın görünüb ki, o torpağa yeni basdırılıb.

Mənbə Cahangir Rüstəmovun ölüm işini araşdıran müstəntiqin də şahmat şəklində basdırılmış bu minalardan digərinə düşdüyü qənaətindədir. Müstəntiqin minaya Rüstəmovun maşının partladığı yerdən 60-70 metr aralıda düşməsi də bu versiyanı gücləndirir.
Əlbəttə, bunlar versiyalardır və ciddi araşdırılması tələb olunur. Deyilənlər və irəli sürülən başqa iddialar birmənalı olaraq polkovniki “daxildəki düşmənlərinin” aradan götürdüyünü söyləməyə əsas vemir. Çünki həmin minaların erməni kəşfiyyatı tərəfindən yerləşdirilməsini də istisna etmək olmaz (Bu versiya aşağıda təqdim etdiyimiz videoda da hərbçilərdən biri tərəfindən dilə gətirilir).

“AzPolitika.info” polkovnik Cahangir Rüstəmovun və müstəntiq Səbuhi Xasıyevin avtomobillərinin partlamasından dərhal sonra hadisə yerindən çəkilmiş kadrları təqdim edir.

pia.az







Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar