Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makronun Çin səfərinin məqsədi - Təhlil


“Səma imperiyası” ilə fransızları nə birləşdirir?


Jan Pinatel

“Le Figaro” qəzeti, 10 yanvar 2018

 

8-10 yanvar Çinə səfəri çərçivəsində Emmanuel Makron (Emmanuel Macron) yeni beş illik mandata daha azsaylı hökumətlə başlayan Si Tsinpin (Xi Jinping) ilə görüş keçirəcək.

Bundan sonra Tsinpin ən sadiq yeddi silahdaşından ibarət Daimi Komitə ilə birgə bu böyük ölkəyə rəhbərlik edəcək. Makronu 2013-cü il sentyabrda Qazaxıstanda Çinin gələcək inkişafı ilə bağlı dəqiq və geniş strategiya təqdim edən liderlə görüş gözləyir. Yaxın 20 il ərzində ölkənin həll etməli olacağı böyük problemlərin yükü altında Si Tsinpinin əyilməməsini sədrin xidmətləri cərgəsinə aid etmək olar. Bu problemlərə müsbət tərəfdən yanaşan ölkə başçısı onları vahid konseptual layihə çərçivəsində bir yerə toplayıb. Əfsanəvi “İpək yolu” ilə səsləşən bu layihə “Bir qurşaq, bir yol” adlanır.

Öz növbəsində ÇXR və ABŞ arasındakı həm strateji, həm iqtisadi, həm də texnoloji gərginlik fonunda Fransa-Çin münasibətlərinə təkan vermək üçün Emmanuel Makronun əlində güclü kartlar var.

ABŞ və Çin münasibətləri

Ötən il dekabrın 18-i yeni milli təhlükəsizlik strategiyasını təqdim edən Tramp (Donald Trump) Çini də Rusiya ilə eyni kateqoriyaya aid edib: prezident hər iki ölkəni “revizionist dövlət” və “Amerika dəyərləri və maraqlarına uyğun gəlməyən dünya” formalaşdırmağa çalışan “düşmən rəqiblər” adlandırıb. “Çin və Rusiya Amerika hökuməti, nüfuzu və maraqlarına meydan oxuyur, ölkənin təhlükəsizliyini və tərəqqəsini pozmağa çalışırlar”, – sənəddə deyilir.

İqtisadiyyata gəldikdə isə Tramp hakimiyyətə Amerikanın orta sinfinə “Amerikanı yenidən qüdrətli edək” vədi sayəsində gəlib. Orta sinif durğunluq ilə barışmaq istəmir və yaranmış vəziyyyəti milli sənayenin xaricə, əsasən, Çin, Kanada və Meksikaya sızması ilə əlaqələndirir. İqtisadi vətənpərvərlik müdafiəçisi kimi çıxış edən Tramp prezident seçildikdən sonra Kanada və Meksikanı Şimali Amerika azad ticarət zonası haqqında sazişə dəyişikliklər etməyə məcbur edib.  Ötən il iyunun 1-də isə bildirib ki, planeti çirkləndirmə mənbələri üzrə ikinci yerdə gələn ABŞ Paris İqlim Sazişindən çıxmağa hazırlaşır. Qeyd edək ki, sənəd 2015-ci il dekabrda demək olar bütün ölkə nümayəndələri tərəfindən imzalanmışdı. Ötən il noyabrın 10-u Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığının (APEC) Vyetnamda keçirilən sammitində Tramp ikitərəfli əlaqələrin inkişafı naminə Sakit Okean tərəfdaşlığından imtina etdiyini təsdiqləyib. Nəhayət, dekabrın 1-i ABŞ rəsmi şəkildə Ümümdünya Ticarət Təşkilatını (ÜTT) məlumatlandırıb ki, Çinə bazar iqtisadiyyatı statusunun verilməsi ilə razı deyil (bu, onlara bir sıra Çin məhsullarına yüksək gömrük rüsumlarının saxlanılması üçün imkan yaradacaq).

Texnoloji sahəyə gəldikdə, Tramp avqustun 14-ü Çində Amerika texnologiyalarının verilmə şərtləri və əqli mülkiyyətin müdafiəsi üzrə araşdırma başlamaq haqqında sərəncam verib.

Bu cür hərtərəfli təzyiq Çin ali rəhbərliyini əsəbləşdirir. Rəsmilər ikitərəfli yanaşma və beynəlxalq siyasi sazişlərə əsaslanan narahatlıqlarını mənimlə bölüşüblər. Çin rəsmiləri ticarət müharibəsi riski haqqında danışsalar da, onlar yenə də Trampın eqosuna ayaq uydurmaq və oyuna qayıtmağa üstünlük veriblər. 8-9 noyabr Çinə baş tutan birinci səfər zamanı Tramp 253,4 milyard dollar məbləğində ticarət sazişi imzalayıb.

Bərabərsizlik və həyat keyfiyyəti

Əhali sıxlığına görə dünya lideri olan Çin son 25 il ərzində presedentsiz iqtisadi artım tempi nümayiş etdirib. Dünya Bankının məlumatlarına əsasən 1990-cı ildə adambaşına düşən ÜDM 1000 dollar olduğu halda, 2016-cı ildə bu göstərici 15000 dollara çatıb. Bu dövr ərzində ölkənin 700 milyon vətəndaşı yoxsulluq səviyyəsindən çıxa bilib. 1985-2012-ci illər ərzində sutkalıq 1,25 dollardan az məbləğə yaşayan Çin vətəndaşlarının payı 85%-dən 11%-ə kimi azalıb.

Belə bir təsirli iqtisadi inkişaf böyük şəhərlərin sakinləri üçün dözülməz çirklənmə və üçlü bərabərsizlik artımı ilə müşayiət olunub:

— ən varlılar və ən kasıblar arasında;

— sahilboyu şərq əyalətləri və qərbi kontinental regionları arasında;

— şəhərlər və kəndlər arasında.

Çin rəhbərliyi bu problemlərin və bərabərsizliyin iqtisadi artımı ləngitdiyini və onu qeyri-sabit etdiyini başa düşür. Ona görə hakimiyyətə gələn kimi Si Tsinspin aktiv şəkildə vəziyyəti düzəltməyə başlayıb.

Çin dünyada karbon dioksid tullantılarının əsas mənbəyi olaraq qalsa da, ölkə 2015-c il nümayiş etdirdiyi 1398 teravatlıq göstərici ilə bərpa edilə bilən enerji sahəsində lider olub, ABŞ (568 teravat), Braziliya və Kanadanı geridə qoya bilib. ÇXR başçısı milli sahədə bərpa edilə bilən enerjinin payını 15%-dək yüksəltmək istəyir və bunu qarşısına məqsəd qoyub. Bundan başqa, Çin qazıntı ehtiyatlarından asılılığını mümkün olduğu qədər tez bir zamanda azaltmaq istəyir. Ekspertlər isə bu asılılığın 2025-2030-cu ilədək artmaqda davam edəcəyini bildirir. Ötən il noyabrda Çinə on günlük səfərim zamanı Pekin, Sian, Semen və Şanxayda yeni “İpək yolu” ilə məşğul olan şəxslərlə görüşmək imkanı əldə etdim. Çinin qlobal istiləşməyə təsirini azaltmaq və energetikanı nəzarət altına almaq cəhdləri sözün əsl mənasında gözə çarpır. Emmanuel Makron bu mühüm məsələdə çox asanlıqla qarşılıqlı anlayışa nail ola və Çin lideri ilə əməkdaşlığın əsaslarını qoya biləcək.

Varlılar və yoxsullar arasında bərabərsizliyə gəldikdə isə Si Tsinpin kiçik məmurlar arasında əhali tərəfindən bərabərsizliyin əsas səbəbi sayılan korrupsiya ilə aktiv mübarizə aparır. O, dəfələrlə “təmiz partiya və hökumət” istəyindən bəhs edib. Qüdrətli Çin lideri bunu “partiya və ölkə üçün ölüm-dirim məsələsi” hesab edir.

Öz növbəsində “Bir qurşaq, bir yol” layihəsi eyni zamanda digər iki bərabərsizliyi aradan qaldırmalıdır, yəni Mərkəzi Asiya və Avropaya çıxışla qərb regionlarının inkişafını təmin etməli, həmçinin insanların kəndləri tərk etməsinin qarşısını almalıdır. ABŞ ilə düşmən rəqabət şəraitində üçqat tapşırığın uğurla həyata keçirilməsi üçün Çin enerji daşıyıcıları, həm sənaye, həm də kənd təsərrüfatı xammalından asılılıq şəklində olan zəifliyini aradan qaldırmalıdır. Hökumətin işə saldığı təşəbbüs, həmçinin idxal mənbələrini genişlətməli və onların etibarlığını artırmalıdır.

Enerji daşıyıcıları və kənd təsərrüfatı xammalından asılılıq

Çin 2015-ci ildə ölkəyə lazım olan neftin 60%, qazın 30% və kömürün 5,5%-ni idxal edib. 60% neft hələ də Yaxın Şərq və Afrikadan daxil olur.

Bundan başqa, dünyada olan kənd təsərrüfatı torpaqlarının 20% -dən çoxu Çinin payına düşür. ÇXR, həmçinin kənd təsərrüfatı məhsullarının əsas idxalçısıdır. Həyat səviyyəsinin yaxşılaşması ilə əlaqədar tələbatın dəyişdiyini nəzərə alsaq, bu asılılıq yalnız artacaq. Bu da ərzaq təhlükəsizliyinə əsl problem yaradacaq.

Alınan məhsulların yarıdan çoxu soya və bitki yağının payına düşür (soyanın dünya satışının 40% və hətta 65%-i Çinin payına düşür). Virtual baxımdan idxal ölkənin malik olduğu kənd təsərrüfatı torpaqlarının sahəsini təqribən 50% artırır. Çin taxıl sarıdan özünü təmin etmək üçün kənd təsərrüfatını müasirləşdirir, habelə artıq on ildir bütün dünya üzrə, ilk növbədə Flippin, İndoneziya, Laos və Afrika (burada onun 60 milyon hektardan çox torpaq sahəsi var) becərilən torpaqların əldə edilməsi və icarəsi ilə bağlı aktiv siyasət həyata keçirir. 

Bu həyati vacib tədarüklərin etibarlılığını təmin etmək üçün Çin təchizat mənbələrinin və tədarük yollarının genişləndirilməsi ilə bağlı siyasət yürüdür. Hazırda dəniz kanalının payına Çin idxalının 80%-i düşür. Kanal böyük rol oynasa da, təhlükəsizliyi ilə seçilmir.

Məhz bu səbəbdən Çin "mirvari boyunbağı", daha bayağı şəkildə desək, hərbi dəniz bazalar şəbəkəsi yaratmağa çalışır. Birmada və Pakistanda yerləşən limanlar birbaşa Çinlə əlaqəlidir və yeni “İpək yolunun” ilk iki quru marşrutunu formalaşdırır.

Digər marşrut tarixi "İpək Yolu"nun xəritəsini təkrarlayır. Yol başlanğıcını hazırda Makronun səfərdə olduğu, 1974-cü ildə isə Sin sülaləsi imperatorunun mavzoleyində terrakota ordusunun aşkar edildiyi Siandan götürür. Yol Qırğızıstan, Özbəkistanda Səmərqənd və Buxaradan keçməklə Türkmənistanda Mərv şəhərinə kimi uzanır. Oradan isə marşrutun bir qolu Türkiyə və Avropaya, o biri isə İran və Yaxın Şərqə istiqamət götürür.

Nəhayət, sonuncu marşrut dəmir yol və avtomagistral əlaqəsinə aiddir. Bu da Sinaydan start götürür, Sinszyan, Qazaxıstan, RusiyaPolşadan keçməklə, Çinlə şimali Avropanı birləşdirir.  Belə ki, 2016-cı il yanvarın 18-i 18 gün, 12000 kilometrlik yol qət etdikdən sonra İudan (Çjetszya əyaləti) çıxan ilk yük qatarı Londonun Barkinq əyalətinə çatıb.

Bu  nəhəng infrastuktur layihəsi nəinki strateji rol oynayır, həmçinin Mərkəzi Asiya, Yaxın Şərq, RusiyaAvropa istiqamətində açıqlığı sayəsində Çinin bütün qərb hissəsinin inkişafına səbəb olmalıdır. Çin rəsmiləri yorulmadan təkrar edirlər ki, infrastruktura yatırılan ÜDM-nin 1%-i əhatə etdiyi ölkə və bölgələrdə ən azı 1,5%-lik əlavə iqtisadi artım verir. Bundan başqa, hazırda Amerika ikitərəfli qaydada razılıq əldə etməyə çalışır. Çin isə bu nəhəng layihəni bank pulları vasitəsilə maliyyələşdirmək üçün dövlətlər, həmçinin regional və beynəlxalq maliyyə institutları ilə  çoxtərəfli əməkdaşlığa can atır.

Texnoloji məsələlər

Prezident Makron Fransa elminə və yeni texnologiyaların tədqiqinə təkan vermək istəyir. Bu da Çin liderini maraqlandırmaya bilməz. Amerika mənbəyi potensial olaraq tükənib. Ona görə Çinin qərb texnologiyalarına böyük ehtiyacı var.

Nəhayət, həm Çin, həm də Fransa qarşısında radikal islam problemi durur. Ölkədə 60-100 milyon sünni yaşayır (San Diyeqo Universitenin Beynəlxalq Demoqrafiya Mərkəzinin məlumatına əsasən, Çində 65,3 milyon müsəlman yaşayır, halbuki “BBC”-nin saytında bu rəqəmin 20-100 milyon olduğu göstərilir, bu isə əhalinin 1,2-7,5% deməkdir). Sünnilər əsasən şimal-qərb (xuey) və qərbdə (uyqurlar, qazaxlar, taciklər, dunqane) məskunlaşıblar. 2013-cü ildən Çində bir sıra böyük terror aktları baş verib ki, bu hadisələrin də əsas mənbəyi uyqurlar olub. Çinin xüsusi təyinatlı orqanları Türkiyənin bu işdə əli olduğunu bildirib: Ankara Çindən cihadçıların Suriyaya getməsini asanlaşdırıb. Bundan başqa, “İpək yolu” marşrutlarının keçdiyi Pakistan və Özbəkistan da radikal islam problemi yaşayır.

Çin də Fransa kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür , maliyyə, iqtisadi və qismən hərbi baxımdan bütün Yaxın Şərq və Afrika oyunlarında iştirak edir. Qeyd edək ki, bu oyunlar Fransanın təhlükəsizliyi və inkişafına bilavasitə toxunur. Xüsusilə bu, Cibutiyə aiddir. Burada Çin bazası bütöv bir briqada (7 000-dən 10 000 nəfərədək) yerləşdirmək iqtidarındadır.

Xalqının qarşısında duran problemlərin həllində ən aktiv şəkildə iştirak edən liderlə Makron görüş keçirəcək. Hazırkı geosiyasi vəziyyət isə Fransaya sərf edir.

Beləliklə, Emmanuel Makron və Si Tsinpin hər iki ölkə qarşısında duran bir sıra məsələləri – iqlim, bərpa edilə bilən enerji, elmi, texniki və ticarət sahəsində tərəfdaşlıq, xüsusilə Yaxın Şərq və Afrikada radikal islamla bağlı olan təhlükəsizlik məsələlərini müzakirə etməli olacaqlar. (strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar