Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mən sənə ilk baxışdan aşiq oldum...


Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini təqdim edib


“Mən sənə ilk baxışdan aşiq oldum...” adlı şeiri oxucuların ixtiyarına veririk. 

Mən sənə ilk baxışdan
aşiq oldum, ay sənəm.
Saçların, dodaqların, 
baxışların bir aləm.
Mən sənə ilk baxışdan
Vuruldum... 
                 İnan ki, sən, 
Başqa cürə vurulmaq 
Mümkün deyil, biləsən.

Mən sənə bərk vuruldum!
“Nə üçün, nəyə görə?” –
bu cür yersiz suallar
qoy gəlməsin dilinə...
Mən sənə aşiq oldum
ilk baxış, ilk görüşdən.
Bəlkə ilk baxışlardır,
Məhəbbətə güc verən?!

İstəyirsən, sus, dayan
ya da bağır – 
                  duymaram.
Bircə, dodaqlarının 
tərpənişi görünər...
Mən özümü heç sənsiz 
təsəvvür eləmərəm...
Tanrıya və sevgiyə
Təkinanclı bəndəyəm...

Olsun ki, öncələr də
vurulmuşam. – Nə olsun?
İndi aşiq olmuşam,
dərd-qəmi unutmuşam,
Günün günorta çağı
Ayın əsarətindən
qurtulan Gün olmuşam...

İstərsən ağla-sızla,
mən də sənlə ağlaram.
Gülmək istəsən əgər
Yalnız və yalnız mənlə
şənlənib, gülməlisən..!
Mən sevgi şərabını
içib xumar olmuşam.
Qaranlıqdan həzz alan
Ay təki parlayıram.

Sənin incə əllərin... –
bütün bu Yer üzünün
ən gözəl əlləridir...
O əllər bir əlacdır
darıxanda, qəlbimə.
Divara çökən kölgən,
sanki bir ikonadır –
Baxıram, hey baxıram,
doymuram itaətdən...

Tanrıdan tək istəyim
Bircə bilsəydin nədir? –
Deyirəm, qüvvət versin,
səni heç itirməyim!
Ruhum sevgi doludur –
nəfəs alır, yaşayır...
Ürək təlaşa gəlir, –
Yenə, yenə də sevda 
qəza tək başa gəlir...

Mən sənə vurulmuşam
sən ki, bunu bilirsən...
amma sən bilməyirsən
gücünü bu sevginin...
Məni gündə yüz kərə
öldürüb, dirildirsən.
Yalnız  sənin yanında
Acizləşir ölüm də...

Ölərəmsə, qoy ölüm -
dizlərinin üstündə..!
Yalnız bu cürə ölüm –
diləyirəm özümə!..
Qanımla yazacağam
bunları divarlara,
Yanında olmayanda,
Oxuyasan tək-tənha...

Mən sənə ilk baxışdan
vuruldum, aşiq oldum..!
Elə o an kor oldum,
həmişəlik – ömürlük..!
Əgər istəyirsənsə
Yaşa mənsiz, nə deyim?..
Amma ki, o dünyada,
qayıt yanıma, gülüm.
Təkcə budur istəyim,
yalnız budur ümidim...(modern.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar