Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məntiqi itirmiş Ərdoğan


Onun axırıncı bəyanatı məni lap təəccübləndirdi və bir az da dilxor etdi


Türkiyənin baş naziri R.T.Ərdoğan bildirdi ki, bundan sonra beynəlxalq türk dili olimpiadaları keçirilməyəcək. Bundan bir qədər əvvəl isə tvitterə yasaq qoyulduğu haqda xəbərlər gəldi.Mən bilmirəm, o, kiminlə mübarizə aparır, bəlkə nurçularla və yaxud da gülənçilərlə? Bunun mənim üçün elə bir əhəmiyyəti və mənası yoxdur. Bu qruplarla bağlı məlumatım da o qədər də çox deyil. 

Mən bir şeyi başa düşə bilmirəm. Türk dili olimpiadalarının nə günahı var? Və yaxud da tvitterin...

Bu adamı bir siyasətçi kimi lap əvvəldən xoşlamamışam. Ona görə ki, siyasətdə dini təmayüllü qrupları heç vaxt sevməmişəm. Din siyasətdən də, dövlətdən də ayrı olmalıdır.
Amerikada bir dəfə yazıblar ki, Konqress heç bir din təsis etmir. Bu yolla da gedirlər. 
İndi bir həftə sonranı gözləmək lazım gələcək. Martın 30-də Türkiyə bələdiyyə seçkilərini keçirməlidir. Bizdə bu seçkilər o qədər urvatsızdır ki, bunu oxuyan deyər ki, bələdiyyə seçkisi nədir ki, o nəyi də həll etsin? Amma Türkiyədə belə deyil. Orada belə formalaşıb ki, bələdiyyələr böyük çəkiyə malikdir.

R.T.Ərdoğan da demişdi ki, onun partiyası bələdiyyə seçkilərini uduzsa o, öz postundan istefa verəcək. İndi qalıb bir Allaha və bir də Türkiyə seçicilərinə dua etmək. Türkiyəli müşahidəçilərin fikrincə, Ərdoğan seçkini yalnız əyalətin hesabına uda bilər, böyük şəhərlər onun partiyasına səs verməyəcək. 

İstanbulda ilk etirazlar baş qaldıran zaman artıq demişdilər ki, bu şəhər daha baş nazirin partiyasını müdafiə etməyəcək.

Nə isə. Çox qabağa qaçmağın da mənası yoxdur. Bir həftədən sonra hər şey bilinəcək. İndi məlum olan budur ki, Ərdoğan hiss olunacaq dərəcədə avtroritarizmə meyl edir. Onun tvitterə qoyduğu yasaq hətta A.Gülü narahat etmişdi. İndi də olimpiadalar... 
Bu adam ölkəni təcrid etməyə başlayıb, ona görə də siyasətdən getməlidir. Əvvəllər də o, radikallığı və M.K.Atatürkə öz sayğısızlığı ilə seçilirdi. Bəli, o, özünü hansısa səbəbdən A.Menderəsə bənzətməkdən də çəkinmir. 

Bu adam “qonşularla sıfır problem” siyasəti yürütməyə, Türkiyənin guya ki, Osmanlı dövründəki nüfuzunu qaytarmağa cəhd etdi. Amma hər şey fiaskoya uğradı. 

Onun üz tutduğu ərəb dövlətlərilə ölkə indi gərgin münasibətlər yaşayır. O, bir tərəfdən ərəb dövlətlərində nüfuzunu artırmağa, digər tərəfdən isə İsraillə daha sərt davranmağa başladı. Amma bu, mənasız siyasət idi. Avtoritar və ya monarxist ərəb dövlətləri biri-biri ilə yola getmirlər, ondan qala ki, Türkiyə ola. Bilmək lazımdır ki, ərəb dövlətlərinin düşünən beyni Misirdir. Ortalıqda bir ərəb millətçiliyi, panərəbizm tendensiyası da var. Bu tendensiya heç bir vaxt imkan verməz ki, müsəlman dünyasının beyni və ürəyi Türkiyə olsun. Həm də bundan sonra Türkiyə xilafət rolunu oynaya bilməz. Ən azı ona görə ki, xilafət M.K.Atatürkün dövründə, türkiyəlilərin öz təşəbbüsü ilə ləğv edilmişdi. 
Türkiyə üçün real böyümək yolu türk dünyasına üz tutmaqdır. Amma bir çox səbəblərdən bu, alınmır. Güman edirik ki, bunun iki səbəbi var. 

Birinci səbəb odur ki, Türkiyə avanqard olmaq üçün özündə güc görmür. Bunu üçün həm maliyyə imkanları, həm də hərbi-siyasi güc lazımdır. Bunları isə Türkiyə özündə tapa bilmir. Elə Ərdoğanın ərəb ölkələrinə üz tutmasının da səbəbi bu dövlətlərin maliyyə imkanlarıdır.

Digər səbəb isə odur ki, türk dövlətlərində çox hiyləgər avtoritar rejimlər bərqərar olub. Türkiyə də müəyyən mənada bu avtoritar rejimlərə dəstək verir. Ona görə ki, onun üçün əsas şərt türk dövlətlərində sabitliyin olmasıdır. Bəli, unutmaq lazım deyil ki, 21 ildir Azərbaycana zülm edən hakimiyyəti də bizə sırıyan Türkiyə olmuşdu. 

Biz hər şeyi elə Rusiya ilə bağlamağı sevirik. Halbuki S.Dəmirəlin son müsahibələrində bu vaxta qədər qaranlıq olan bir çox mətləblər açıqlandı. Elə indi də Azərbaycanda keçirilən bütün saxta seçkiləri tanıyan ilk dövlətlərdən biri Türkiyə olur. 

Bəli, ola bilər ki, bu, xoş məramdan doğur. Amma rusların bir məsəli var ki, cəhənnəmə aparan yol da bəzən xoş məramlardan keçir. Bəlkə belə deyil?..


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Qazaxıstan hadisələri haqda üç ehtimal, bir nəticə...

Niyə hamının gözünə yalnız media görünür?..

Elə ölkə varmı ki, özümüzü onunla müqayisə edək?

Paşinyan siyasi səhnəni nə vaxt tərk edəcək...

Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..

Ən çox oxunanalar