Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Metyu Brayza vurulan helikopterdən danışdı



“Mən Dağlıq Qarabağa tez-tez səfərlər etmişəm. Orada 40 min əhali, yaxud 40 minlik hərbi qüvvə görməmişəm. Xankəndində əhali var, işğal olunmuş vilayət və regionlarda isə əhali yaşamır. Mən yalnız Laçında bir neçə nəfər görmüşəm”


Bu sözləri ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza APA-ya açıqlamasında deyib.

Ermənistan hərbi helikopterinin Azərbaycan əsgərləri tərəfindən vurulması hadisəsinə münasibət bildirən M. Brayza hesab edir ki, helikopterlərin həmin ərazidə uçuşu düzgün deyil: “Bu, provokasiyadır. Mən bilmirəm, bu hadisədən əvvəl orada nələr baş verib. Ermənistan tərəfində və Azərbaycan tərəfində nə baş verdiyini dəqiq deyə bilmərəm, ancaq onu bilirəm ki, gərginlik yaşanan zonada uçmaq olmaz. Əlbəttə, yaxşı olardı ki, Azərbaycan əsgərləri helikopteri vurmayaydı, amma bu ərazi müharibə zonasıdır. Belə təxribat törətmək olmaz. Gərgin bir vaxtda orada hərbi təlim keçirilməsi də düzgün deyil. Ukraynada baş verənlərdən sonra çoxları elə düşünə bilər ki, bu, Rusiyanın işidir və Moskva istəyir ki, ErmənistanAzərbaycan arasında destabilizasiya yaratsın. Fikrimcə, indi sakitlik lazımdır”.

M. Brayza helikopterin məhv edilməsindən sonra Ermənistanın atəşkəsi daha tez-tez pozmasının gözlənilən olduğunu vurğulayıb: “Əgər biz sülh və qardaşlıq içində - cənnətdə yaşasaydıq, təbii ki, Azərbaycan bu helikopteri vurmazdı. Aydındır ki, bundan sonra Ermənistan Azərbaycan ərazilərini atəşə tutacaq. Bu, çox təhlükəli vəziyyətdir. Mən ona görə dedim ki, yaxşı olardı ki, Azərbaycan tərəfinin helikopterə reaksiyası olmayaydı. Mən bunu məntiqi nöqteyi-nəzərindən belə deyirəm. İndi Minsk Qrupunun qarşısında duran ən başlıca məsələ vəziyyəti düzəltmək üçün iki ölkə arasında yeni etibar tədbirləri görməkdir. Bu istiqamətdə girovların dəyişdirilməsi bir addım olardı. Sonda isə AzərbaycanErmənistan prezidentlərinin görüşünü təşkil etmək olar. Bu görüşə ABŞ, Fransa, Rusiya prezidentlərini də cəlb etmək mümkündür, lakin düzünü desəm, mən Rusiyanın buna hazır olduğuna şübhə edirəm”.

M. Brayza Fransa prezidentinin AzərbaycanErmənistan prezidentlərinin görüşünü təşkil etdiyini xatırladaraq bunun sadəcə, bir addım olduğunu söyləyib: “Putinin təşkil etdiyi Soçi görüşü isə böyük şou idi. Prosesdə dönüş üçün ABŞ prezidentinin və dövlət katibinin öz fransalı həmkarları ilə birgə fəallığı lazımdır. Bu fəallığa onların rusiyalı həmkarları da qoşula bilər. Lakin indi Rusiyanın Ukraynada elədiklərindən sonra mən şübhə edirəm ki, Rusiya AzərbaycanErmənistan arasında münasibətlərdə stabillik istəsin”.

M. Brayza hazırda İstanbulda yaşadığını, Türkiyə, İngiltərə, Finlandiya və Azərbaycanda bir sıra özəl şirkətlərin direktorlar şurasının üzvü olduğunu söyləyib. O, Estoniyanın paytaxtı Tallin şəhərində fəaliyyət  göstərən Beynəlxalq Təhlükəsizlik İnstitutunun direktoru olduğunu da nəzərə çatdırıb. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar