Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Qəhrəmanın polis oğlu yaralandı


Bakının Nərimanov rayonunda ağır-yol nəqliyyat hadisəsi baş verib


Qəza Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki dairədə baş verib.

Paşayeva Asya Namiq qızının idarə etdiyi KİA markalı avtomobil Ziya Bünyadov prospekti ilə hərəkətdə olarkən dairədən prospektə dönmək istəyən "Lexus" markalı maşınla toqquşub. Qəza nəticəsində dörd nəfər xəsarət alıb.

Onlardan KİA-nın sürücüsü Paşayeva Asya Namiq qızı, eləcə də, "Lexus"un sürücüsü, 35 yaşlı Şükürov Sənan Şahlar oğlu və sərnişin, 36 yaşlı Sarıyev Elxan Çingiz oğlu Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Digər yaralının isə xəsarətləri yüngül olduğundan, ona hadisə yerində ilkin tibbi yardım göstərilib.

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, Sənan Şükürovun vəziyyəti ağırdır.

Qeyd edək ki, Sənan Şükürov Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin kapitanıdır. O, Milli Qəhrəman Şahlar Şükürovun oğlu, Kəlbəcər rayon İcra Hakimiyyətinin keçmiş başçısı Əvəz Şükürovun nəvəsidir.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsindən verilən məlumata görə, Sənan Şükürov təhqiqatçı vəzifəsində çalışır.(apa)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar