Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Şura Cahangir Hacıyevin pullarına “qarmaq atır”


Cəmil Həsənlinin həbsdəki bankirin məhkəməsində iştirakı haqlı suallar yaradıb; Mirmahmud Mirəlioğlu “müdafiə etdiyimiz insan da insan olmalıdır” deyir...


Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev və digərlərinin davam edən məhkəməsi ictimaiyyət tərəfindən maraqla izlənilir. 

Milli Şura sədri Cəmil Həsənlinin ötən həftə keçirilən məhkəmə prosesində iştirakı isə bəzi haqlı suallar yaradıb. Doğrudur, hakimiyyətdə təmsil olunmuş, lakin sonradan həbsə düşmüş iri ranqlı məmurların əksəriyyətini müxalifət əvvəllər də müdafiə edib, hətta qapılarını onların üzünə açıblar da. 

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və hazırda həbsdə olan, bu günlərdə isə əlavə cinayət maddələri ilə ittiham edilən sabiq səhiyyə naziri Əli İnsanovu buna misal göstərə bilərik. Amma C.Hacıyevə Milli Şura sədri tərəfindən bu cür diqqət yeni nüansdır və diqqət cəlb edir. Hazırda kredit şəkildə dağıtdığı pulların hesabını verən C.Hacıyev niyə Milli Şuranın marağına səbəb ola bilər ki? Çünki hakimiyyətdə təmsil olunmuş bu tipli şəxslərin həm dəstəkləyənləri  və maliyyə imkanları olur ki, bu da daim maliyyə sıxıntısı ilə üzləşən Azərbaycanın müxalifət düşərgəsi üçün cəlbedici görünə bilər.

Ümid Partiyasının sədri İqbal Ağazadə Beynəlxalq Bankın sabiq rəhbəri ilə bağlı işin mahiyyətindən xəbərsiz olduğunu söylədi: “Bu, təkcə məhkəmə müstəvisi ilə bağlı olan məsələ deyil. Bütövlükdə hakimiyyətdaxili məsələlərdir. Bu baxımdan bu məsələdə iştirak etməyə və ya mövqe ifadə etməyə maraqlı deyiləm. Hüquqları pozularsa, məhkəmə ədalətsiz keçirilərsə, mövqe bildirə bilərik. Bu da bizim prinsipimizdir. Bütün insanlara qarşı vicdanlı yanaşmanın və ədalətli mühakimənin tərəfdarıyıq. Məhkəmədə iştirak etmək bu gün nə mənim, nə də cəmiyyətin marağında deyil”.

KXCP sədri Mirmahmud Mirəlioğlu hesab edir ki, belə məsələlərdə hər kəsin mövqeyinin necə olması onun şəxsi işidir: “İnsan haqlarını müdafiə etmək hər bir təşkilatın, fərdin özəl haqqıdır. Amma bizim müdafiə etdiyimiz insan da insan olmalıdır. O müdafiəni haqq etməli, özü müəyyən dərəcədə müdafiəni bizdən istəməlidir. İnsanlar var ki, iqtidar və müxalifətdə olmağından asılı olmayaraq, müdafiəni haqq etmirlər. Cahangir Hacıyevin nə özü, nə də əməlləri ilə tanış deyiləm. Medianın yaydığı məlumatlar əsasında bu və ya digər dərəcədə məlumatlıyıq. Hər halda, məlumatlarımız əsas verir ki, bu şəxsi müdafiə etməyək.Kimsə onu müdafiə edirsə, bu onun haqqıdır. Hər kəs bu məsələdə sərbəstdir. Kimisə də müdafiə etməyə məcbur etmək olmaz”.

AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, ölkə müxalifəti ənənəvi üsullarından istifadə edib belə şəxsləri müdafiə etsə də, sonda həmin şəxslər müxalifətə yaxın gəlmirlər: “Bu tipli adamlar müxalifətin verdiyi dəstəyin qarşılığını vermirlər. Fərhad Əliyev, Akif Muradverdiyev və digər şəxsləri misal göstərmək olar. Düşünürəm ki, Cahangir Hacıyevin əvvəl təmsil olunduğu hakimiyyəti ifşa edən faktlarından müxalifət istifadə etməlidir. Amma qətiyyən bunlar ona müdafiə şansları qazandırmamalıdır. Onun bu gün tutduğu mövqe zamanında etdiyi əməllərə bəraət qazandırmır. Xalq bilməlidir ki, zamanında bu şəxs xalqa zərbə vuran məmurlardan biri olub. İndi pul yeyintisinə görə hakimiyyətin qəzəbinə gəlibsə, bu ona mələk donu qazandırmır. Həm öz adımdan, nə partiyamız adından deyə bilərəm ki, Cahangir Hacıyevi müdafiə etmək niyyətində deyilik. Özü-özünü müdafiə etsin”.

Qeyd edək ki, ölkənin hüquq müdafiə təşkilatları da sabiq məmuru müdafiə etmirlər. 

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı “Yeni Müsavat”a açıqlamasında bunları dedi: “Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevlə bağlıdır. Onun məhkəmə prosesində  yüksək vəzifə sahiblərinin ünvanına ciddi ittihamlar səslənir, mesajlar göndərilir. Uzun müddətdir ki, o, böyük korrupsiya əməlində suçlanır. Bu da təbii ki, müəyyən maraqlı qurumlar, şəxslər tərəfindən ona qarşı formalaşdırılan siyasətin nəticəsidir. Ancaq hal-hazırda gedən məhkəmə prosesində cəmiyyətdə yeni fikir formalaşmağa başlayıb. Bu məhkəmə prosesi hüquq müdafiəçiləri, jurnalistlər və maraqlı tərəflər tərəfindən izlənilir. Düşünürəm ki, bu prosesdə Cahangir Hacıyevin nə dərəcədə günahkar olub-olmadığı cəmiyyətə aydın olacaq”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar