Neo nasistlər ABŞ müğənnisi Teylor Svifti “arı tanrısı” elan edib
PİA.AZ Türkiyə mətbuatın istinadən xəbər verir ki, Neo nasistlər internetdə Sviftin gizli bir nasist olduğuna dair xəbərlər yayıb.
Qeyd edək ki, sözü gedən cərəyanı, ağ irqin üstünlüyünü müdafiə edən bloqqer Andre Anglin “ Taylor Sviftin gizli bir nasist olduğunu və arı gündəmini dünyaya çatdırmaq üçün Donald Trampın lazım olan şəraiti yaratmağını gözləyir. Svift çox güman ki, Trampın oğlu ilə nişanlanacaq və ABŞ-ın kraliyyət tacını taxacaq”deyə bildirib.
Xatırladaq ki, Teylor Sviftin ötən həftələrdə "Wildest Dreams" mahnısına çəkilən yeni klipi tamaşaçılara təqdim olunduqdan sonra müğənni tənqid atəşinə tutulmuşdu. Hadisələrin Afrikada cərəyan etməsinə baxmayaraq, videoda bir qaradərilinin belə olmaması rasizm və müstəmləkəçilik ittihamlarına səbəb olmuşdu.
pia.az