Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oğuzda kişi hamilə həyat yoldaşını bıçaqlayıb


Hadisə avqust ayının 1-i axşam saatlarında rayonun Bucaq kəndində baş verib


Rayon hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, rayonun Padar kənd sakini, 1986-cı il təvəllüdlü Teyub Aydın oğlu Atakişiyev həyat yoldaşı, 1992-ci il təvəllüdlü Röyalə Elman qızı Atakişiyeva ilə Bucaq kəndində yaşayan qaynatası Elman Qədirlinin evində ailə münaqişəsi zəminində mübahisə edib. Mübahisə zamanı 29 yaşlı Teyub Atakişiyev əlindəki bıçaqla həyat yoldaşı Röyalə Atakişiyevanın qarın boşluğuna bir bıçaq zərbəsi vurub. Röyalə Atakişiyeva aldığı bıçaq xəsarəti ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.
 
Oğuz RMX-dan APA-ya verilən məlumata görə, bədənin sol qasıq nahiyəsindən daxilə nüfuz etməyən kəsilmiş və deşilmiş bıçaq xəsarəti alan Röyalə Atakişiyevanın müayinəsi zamanı onun 8 aydan yuxarı hamilə olması da müəyyən edilib. Röyalə Atakişiyevanın yarası üzərində cərrahiyə əməliyyatı aparıldıqdan  sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Reanimasiya şöbəsinə yerləşdirildikdən bir qədər sonra isə Röyalə Atakişiyevada doğuş sancıları baş qaldırıb. Vəziyyət nəzərə alınaraq Röyalə Atakişiyeva Şəki RMX-nın doğum şöbəsinə göndərilib.
 
Şəki RMX-nın doğum şöbəsinin növbətçi həkimi Nəzakət Hacıyevanın APA-ya verdiyi məlumata görə, Röyalə Atakişiyeva avqustun 1-i axşam saat 22 radələrində Şəki RMX-nın doğum şöbəsinə daxil olub. Röyalə Atakişiyeva doğum şöbəsinə daxil olduqdan bir saat sonra təbii yolla 36 həftəlik, çəkisi 2 kq 600 qram olan oğlan uşağı dünyaya gətirib. Doğuş zamanı Röyalə Atakişiyevanın sol qasıq nahiyəsindən aldığı bıçaq yarasında heç bir qanaxma baş verməyib, doğuş normal keçib.
 
Hadisəni törədən Teyub Atakişiyev isə Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar