Ukrayna Prezidenti Pyotr Poroşenko Polşa parlamentinin bu gün qəbul etdiyi soyqırım qərarına münasibət bildirib
Axar.az xəbər verir ki, siyasətçi bu haqda rəsmi Feysbuk səhifəsində yazıb:
“Polşa parlamentinin aşağı palatasının çıxardığı qərara təəssüf edirəm. Bilirəm çoxları bu qərardan siyasi spekulyasiyalar üçün istifadə etməyə çalışacaq. II İohann Pavelin əmri qayıtmalıdır: bağışlayırıq və bağışlanmağı diləyirik”.
Xatırladaq ki, Polşa parlamentinin aşağı palatası bu gün Sovet Ukraynası ordusunun Volında polşalılara qarşı törətdiyi cinayətlərin (1943-1944 ) soyqırım kimi tanınması üçün qərar çıxarıb.
pia.az