Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin xarici siyasət konsepsiyasını təsdiqlədi: Nələr var?


Rusiya Prezidenti Vladimir Putin ölkəsinin ABŞ, NATO və Suriya siyasəti ilə bağlı yeni xarici siyasət konsepsiyasını təsdiq edib


Axar.az xəbər verir ki, Rusiya prezidentinin rəsmi saytında yayımlanan konsepsiyada Rusiyanın silah nəzarəti ilə bağlı beynəlxalq öhdəlikləri yerinə yetirdiyi və nüvə silahının mərhələli şəkildə azaldılması məsələsində danışıqlara hazır olduğu bildirib.

Sənəddə Rusiyanın xüsusilə Yaxın Şərqdə nüvə və kütləvi qırğın silahlarından təmizlənmiş bölgə yaradılmasını dəstəklədiyi və ABŞ ilə imzalanan strateji silahların azaldılmasına yönəlik müqavilənin həyata keçirilməsinin vacibliyi qeyd edilib.

ABŞNATO ilə münasibətlərə geniş yer verilən xarici siyasət konsepsiyasında Moskvanın NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması və hərbi mövcudluğunu artırmasından narahatlıq duyduğu vurğulanıb.

Sənəddə ABŞ-ın qlobal havadan müdafiə sisteminin Rusiyanın milli təhlükəsizliyinə təhdid yaratdığı, Moskvanın qarşılıq vermə hüququnu özündə saxladığı bildirilib.

Rusiyanın ABŞ ilə əlaqələrini iki ölkənin də xeyrinə olacaq bir şəkildə inkişaf etdirməyə hazır olduğu qeyd edilir və Vaşinqtonun beynəlxalq arenada qlobal hüquq normalarına riayət edilməsinə ümid edildiyi konsepsiyada söylənilir.

Avropa Birliyinin (AB) Rusiyanın mühüm ticarət tərəfdaşlarından biri olduğu vurğulanan sənəddə Moskvanın Avropa ilə proqnozlaşdırmaq və sabit iş birliyindən yana olduğuna və buna nail olmaq üçün əngəllərin qaldırılmasının lazım olduğuna diqqət yetirilib.

Yeni xarici siyasət konsepsiyasında hüquqa uyğunluq prinsipi Rusiya xarici siyasətinin prioritetlərindən biri kimi göstərilib.

Rusiyanın Suriya böhranının həll edilməsindən yana olduğu və terrorla mübarizədə ortaq təmas qurulmasını təklif etdiyi qeyd edilməklə yanaşı, Suriyanın birlik, müstəqillik və ərazi bütövlüyünü dəstəklədiyi sənəddə öz əksini tapıb.

Növbəti mərhələdə qlobal güc hakimiyyətinin qurulması səylərinin tendensiya halına çevrildiyi, bunun BMT ilə beynəlxalq əlaqələr baxımından alternativsiz bir quruluş halına gəldiyi göstərilib.

Digər tərəfdən, konsepsiyada Rusiyanın hər hansı bir ölkə rəhbərliyinin hüquqa zidd şəkildə dəyişdirilməsi məqsədilə daxili işlərinə yönəlik xarici müdaxilə cəhdlərinə qarşı çıxacağı qeyd edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar