Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ danışıqları yenidən durğunluq dönəminə qayıdır?


Ekspertlərə görə, Ermənistandakı son olaylar Sərkisyan rejiminin sülh prosesini məqsədli şəkildə ləngitməsinə hesablanıb; Rusiya rəsmisi: “Türkiyə münaqişənin həllinə konstruktiv töhfə verə bilər...”


Ermənistan prezidenti Serj Sərkisyan əleyhinə İrəvanda radikal müxalifətçilərin etirazları və girov saxlama əməliyyatı davam edir. 

Silahlı qrupun istefa tələbləri erməni cəmiyyətində artıq müəyyən tərəfdar toplayıb ki, bu da radikal qüvvələri daha da şirnikləndirməkdədir. 

Baş verənlər hakimiyyəti qəti addımlar atmaq zorunda qoyur. Lakin maraqlıdır ki, Sərkisyan hökuməti qarşısına faktiki əlcək atmış, bir polis polkovnikini öldürmüş silahlı müxalifətçilərə qarşı hakimiyyət kəskin addımlar atmağa tələsmir. Bu da siyasi təhlilçilərdə hadisələrə hakim qüvvə tərəfindən məqsədli şəkildə rəvac verilməsi qənaətini yaradıb. 
Güman edilir ki, hakimiyyət bununla ölkədə Qarabağ məsələsi ilə bağlı hansı kəskin ovqatın və narazılığın mövcud olduğunu dünyaya, öncəliklə də vasitəçi dövlətlərə, Rusiyaya nümayiş etdirməklə özünü qaçılmaz güzəştlərdən sığortalamaq istəyir. Yəni Sərkisyan faktiki şəkildə yeni sülh təşəbbüslərini sıfırlamaq istəyir.   

***

“Sərkisyan müəyyən millətçi, xüsusilə Dağlıq Qarabağdan olan qruplaşmalar vasitəsilə ölkədəki ümummilli etirazın silahlı üsyanla nəticələnəyi haqda səfeh təəssüratlar yaratmaq istəyir”. Bu barədə Ermənistandakı hadisələrə münasibət bildirən politoloq Qabil Hüseynli bildirib (axar.az). Lakin sabiq dövlət müşaviri deyib ki, belə kiçik proseslər Qarabağ prosesinə kölgə sala bilməyəcək: “Sərkisyan Rusiyaya nümayiş etdirir ki, Moskva İrəvana təslimçi sülhü sırıya bilməyəcək və Ermənistan istədiyi vaxt ölkədə siyasi istiqaməti dəyişə bilər. Ermənistanda baş verənlər nəinki qurama, bəlli ssenarilər üzrə işləyir. İrəvanda ümummilli hərəkatın başlaması üçün ilk növbədə Qarabağ klanı devrilməlidir. Buna qədərki cəhdlər isə uğursuzluqla nəticələnib. Ermənistandakı ”olaylar" boş hay-küylərdən başqa bir şey deyil. Əks təqdirdə, rus əsgəri ermənilərin müqavimətini dəf etmək üçün hər an əmrə hazır dayanıb".

Politoloqun fikrincə, İrəvanın əsas qorxusu Moskvanın Bakı ilə yaxınlaşmasıdır: “Ancaq Moskvanın maraqlarında hələ ki, Dağlıq Qarabağla bağlı Azərbaycana hər hansı güzəştlərin edilməsi özünü büruzə vermir”. Q.Hüseynli eyni zamanda İrəvan və Moskva arasında son vaxtlar müzakirə olunan vahid hərbi birlik məsələsini də şərh edib: “Rusiya ordusunun Baş Operativ və Taktiki İdarəsinin nümayəndə heyəti Ermənistana əbəs yerə səfər etməyib. Çox güman ki, Rusiya Ermənistana yeni silahların verilməsini və bu ölkənin ordusunun təlimlərinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Beləliklə, böyük qardaş kiçik qardaşına müəyyən yollar göstərəcək” .



***

“Mən düşünürəm ki, bu radikal qrup hətta axırıncı beyin zərrəciyindən də məhrumdur. Belə bir axmaq addım üçün bundan betər məqam tapmaq mümkün deyildi”. Musavat.com-un məlumatına görə, bu fikri erməni əsilli rusiyalı politoloq Andranik Miqranyan İrəvandakı son hadisələri və girovgötürmə olayını şərh edərkən deyib.

“Mən bilmirəm bu adamlar kimdir, onların hətta elementar siyasi fəhmi belə yoxdur. Onlar ümumiyyətlə, normal düşüncədən məhrumdurlar. Hətta bizim düşmənlərimiz də beynəlxalq arenada Ermənistana belə ziyan vura bilməzdilər” - politoloq qeyd edib.

“Bəs mövcud situasiyanın həlli üçün nə etmək lazımdır” sualına Miqranyan belə cavab verib: “Əgər Ermənistanda başqa bir prezident olsaydı, bu polis məntəqəsinə çoxdan hücum olmuşdu. Polisin hərəkətləri nəticəsində 10-20 nəfər öldürələcəkdi, bununla da iş bitəcəkdi. Ancaq əlbəttə, çətin ki, bu silahlı qrup başa düşsün ki, bu, ona görə baş verməyib ki, ölkənin rəhbərliyi, o sırada prezident hesab edir ki, belə balaca bir ölkədə bu cür olaylar qan tökülməsinə və ölümlərə gətirə bilər”.




*** 

Ermənistandakı son olaylar istər-istəməz Qarabağa dair sülh prosesinə öz neqativ təsirini göstərməkdədir. Hər necə olmasa, Serj Sərkisyan bu olayların fonunda Qarabağ məsələsində  indi əvvəlkindən daha ehtiyatlı hərəkət eləmək məcburiyyətindədir. Onun vəziyyətdən necə çıxacağı isə çox maraqlıdır. Ona görə ki, aprel döyüşlərindən sonra işğal altındakı ərazilər mövzusu daha böyük ciddiliklə gündəmə gəlib. Bu yöndə hər hansı pozitiv irəliləyişin olmaması avtomatik şəkildə yeni müharibə riskinin artmasına işləyir.   
    
Söz yox ki, bunu hamıdan yaxşı Rusiya bilir və müharibəni önləmək üçün preventiv tədbirlər görməyə çalışır. Bu tədbirlərin qayəsində də sülh danışıqlarının canlanması görüntüsünü yaratmaq dayanır. Guya proses gedir və Putinin müşaviri Sergey Markovun dediyi kimi, ilin axırına kimi hətta köçkünlər öz yurd yerlərinə qayıtmağa başlayacaqlar.



“Lavrov planı” deyilən planın da məhz buna xidmət elədiyi iddialar arasındadır.
Amma hələ ki bu iddia və bəyanatlar söz olaraq qalır. Üstəlik, Türkiyədəki məlum olaylardan sonra onlar daha da unudulmuş kimidir. Hərçənd həmin hadisələrədək rəsmi Ankaranın da nizamlama prosesinə fəal şəkildə cəlb ediləcəyi haqda məlumatlar yayılmaqda idi. ATƏT-in Minsk Qrupu həmsərdlərinin qiyam cəhdinə görə Türkiyəyə təxirə salınan səfərinin də eyni məqsədə xidmət etdiyi deyilir.



Bu, əlbəttə, Azərbaycan üçün müsbət bir gəlişmədir ki, qardaş ölkə, əsas təbii müttəfiqimiz sülh prosesinə qoşulur. Çünki Türkiyənin Qarabağ nizamlanmasında yaxından iştirakı danışıqlar masası arxasında ölkəmizin özünü daha inamlı və arxalı hissi eləməsi, vasitəçilikdə balansın işğalçı tərıfin xeyrinə inkişafını əngəlləmək deməkdir.
“Türkiyə rəsmi nümayəndələrinin Dağlıq Qarabağ münaqişəsinin müsbət həlli üzrə əlavə təklifi varsa, bu, heç bir problem yarada bilməz”. 

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bir neçə gün öncə keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllinə konstruktiv töhfə verə bilər.

“Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə indi həyata keçirilən səylər, o cümlədən Rusiya Federasiyasının səyləri, intensiv şəkildə aparılan proses dinamikasını itirməyəcək. Bunun həqiqətən irəliləyişə səbəb olacağına ümidvarıq”, - deyə, M.Zaxarova bildirib.

*** 

Göründüyü kimi, Türkiyənin Qarabağ məsələsində rolu və təsiri rəsmi Moskva tərəfindən də etiraf olunur. Qalır onun praktik cəhətcə həyata keçməsi. Böyük ehtimalla, qardaş ölkədə hərbi çevriliş cəhdinin yaratdığı siyasi tozanaq yatandan sonra Ankara bütün ciddiliyə ilə Qarabağ prosesinə qoşula biləcək. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Akif Çovdarov yenidən hakim qarşısında: 30 milyonluq əmlakın taleyi necə olacaq?

Ən çox oxunanalar