Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ danışıqlarına rəsmi Bakı ciddi hazırlaşır


Qarabağ probleminin həlli ilə bağlı danışıqların yeni mərhələsində masa üzərində hansı təkliflərin olacağı haqda hələlik ictimaiyyətə heç bir açıqlama verilməyib


Təbii ki, indidən bunun açıqlanması da doğru hesab oluna bilməz, çünki bu, diplomatik qaydalara uyğun deyil. Ancaq şübhəsiz ki, həm vasitəçilərin, həm də danışıqlar prosesində bu və ya digər formada iştirak edən qüvvələrin hansısa yeni bir ideya və ya təkliflə çıxış edəcəyi gözlənilir. Görünən budur ki, bu dəfə yeni təkliflərin ortaya qoyulmasını diqtə edən tərəf Azərbaycandır. 

Rəsmi Bakının həm davranışları, həm rəsmilərin dilindən səslənən bəyanatlar bütün dünyada son xəbərdarlıq kimi qəbul olunub. Yəni söhbət ondan gedir ki, Azərbaycan artıq səbrinin tükəndiyini, mövcud status-kvonun davam etməsi ilə barışmayacağını, sülh danışıqları nəticə verməzsə, müharibə yolu ilə torpaqlarını azad edəcəyini konkret olaraq ifadə edib. Avqust ayının əvvəllərində ermənilərin törətdiyi təxribatların qarşısı alınarkən Azərbaycanın nümayiş etdirdiyi əzmkarlıq  bütün dünyaya bir siqnal oldu. 

Bunu anlayan həmsədr ölkələr və beynəlxalq təşkilatlar güman ki, danışıqların yeni mərhələsində yalnız Azərbaycan tərəfinin haqlı mövqeyini özündə ehtiva edən təkliflərdən başqa çıxış yolu olmadığının da fərqindədirlər. Görünən budur ki, münaqişənin çözülməsi ilə bağlı danışıqlar prosesində iştirak edən tərəflər AzərbaycanErmənistan rəhbərlərinin təmaslarını artırmağa çalışırlar. Avqust ayının əvvəlində prezidentlərin Soçi görüşü, daha sonra ölkə başçılarının NATO sammiti çərçivəsində təmasları, ardınca Fransa prezidentinin AzərbaycanErmənistan prezidentləri ilə birgə oktyabrın sonuna görüş təyin etməsi bəlli faktlardır.  

Bu yöndə daha bir addım atılıb;  Kremlin mətbuat xidməti Rusiya prezidenti Vladimir Putinin IV Xəzər sammiti çərçivəsində sentyabrın 29-da Həştərxanda Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan prezidentləri ilə görüşəcəyinə dair məlumat yayıb. Heç şübhəsiz ki, Putinin Azərbaycan prezidenti ilə görüşündə Qarabağla bağlı da müzakirələr aparılacaq...

Belə bir ərəfədə Azərbaycanın danışıqlar mərhələsinə çox ciddi hazırlaşdığı və “hücum diplomatiyası”nı daha da gücləndirdiyi müşahidə olunur.

Son günlər xarici siyasətlə məşğul olan Azərbaycan rəsmilərinin Qarabağla və danışıqlar məsələsi ilə bağlı verdiyi açıqlamalar da buna sübutdur.

Azərbaycan bu zaman kəsiyində BMT, NATO, AŞ PA tribunalarından istifadə edərək özünün sərt və konkret mövqeyini ifadə edib.

Yeri gəlmişkən, sentyabrın 22-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirak etmək məqsədilə Nyu-Yorka işgüzar səfərə yola düşüb.
Bu çıxış zamanı XİN başçısının Qarabağla bağlı kəskin çıxış edəcəyi proqnozlaşdırılır... 
Azərbaycanın “hücum diplomatiyası”nın indiyə qədərki mərhələdə verdiyi nəticələr də göz önündədir. Azərbaycan Ermənistanı elə bir şəkildə “dalana dirəyib” ki, düşmən ölkənin oktyabrın 10-da Avrasiya İqtisadi İttifaqına üzv olmaq planlarını pozmağa müvəffəq olub.

Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistanın müxalif “Aykakan Jamanax” qəzeti yazıb.

Qəzetin yazdığına görə, Qazaxıstan XİN-in təmsilçiləri diplomatik kanallarla ErmənistanRusiyanı məlumatlandırıblar ki, ola bilsin oktyabrın 10-da Minskdə keçiriləcək görüşə qədər rəsmi Astananın Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünə dair yekun mövqeyi hazır olmasın.

Məlumata görə, Qazaxıstan XİN bildirir ki, onların yekun mövqeyi ancaq oktyabrın 15-də hazır olacaq. Bu isə o deməkdir ki, Qazaxıstan oktyabrın 10-da Ermənistanın “Putin ittifaqına” daxil olmaq planlarını iflasa uğradacaq.

Xəbərdə bildirilir ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünü hazırlamaqla məşğul olan erməni diplomatları bundan təşvişə düşərək Rusiya XİN və Putin administrasiyasının nümayəndələri ilə məsləhətləşmələrə başlayıblar. 
Rusiyanın Prezident Administrasiyasından bildiriblər ki, onlar Qazaxıstan prezidenti Nursultan Nazarbayevin mövqeyindən narahat olublar. Kremldən deyiblər ki, Rusiya rəhbərliyi Ermənistanın oktyabrın 10-da Avrasiya İqtisadi İttifaqına üzvlüyünü təmin etməkdə qətiyyətlidir.

Xatırladaq ki, bu ilin yazında Avrasiya İttifaqının təsis olunduğu Astana sammitində Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevin məktubunu elan etdi. Nazarbayev bildirdi ki, rəsmi Bakı Ermənistanın ittifaqa üzvlüyünün ancaq indiki sərhədləri çərçivəsində mümkün olduğunu bildirir. Nazarbayev digər sammit iştirakçılarını bu mövqeni diqqətə almağa çağırdı.

O zaman Nazarbayevin çıxışı Ermənistan prezidenti Serj Sərkisyanı möhkəm pərt etmişdi və sammiti izləyən jurnalistlər onun sifətinin necə əyildiyini görmüşdülər. Məsələnin mahiyyəti bundan ibarətdir ki, Ermənistan Avrasiya İttifaqına üzv olandan sonra işğal altında saxladığı Dağlıq Qarabağla öz arasında gömrük postu qoymalıdır.
Ermənistan hökuməti isə bildirir ki, sərhəddə gömrük postu qoymaq fikrində deyil. Doğrudur, Sərkisyan Ermənistanın ittifaqa Dağlıq Qarabağla birgə daxil olmasının mümkün olmadığını bildirib, ancaq sərhəddə gömrük postunun qoyulması məsələsi hələ açıq qalır. 

Qazaxıstan prezidenti Nursultan Nazarbayev isə Ermənistanın üzvlüyü məsələsində Azərbaycanın maraqlarını müdafiə edib və belə görünür ki, oktyabrın 10-da Sərkisyan Minskdə növbəti dəfə pərt olacaq və İlham Əliyevin diplomatiyasının daha bir zərbəsini üzərində hiss edəcək.
***
Bu arada Fransa prezidenti Fransua Olland da Dağlıq Qarabağ nizamlanmasına dair danışıqlara da maraqlı açıqlama verib. 

Olland Dağlıq Qarabağ nizamlanmasına dair danışıqlarda uğur əldə olunmasını arzulayır. Bu barədə Ollandın Ermənistanın dövlət başçısı Serj Sarkisyana Müstəqillik günü münasibətilə göndərdiyi təbrik məktubunda deyilir. "Trend" xəbər verir ki, məlumatı Ermənistanın “News.am” agentliyi yayıb.

Məktubda deyilir: “Arzu edirəm ki, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi cəlb olunduğu Dağlıq Qarabağ nizamlanmasına dair danışıqlar yaxın gələcəkdə uğurla başa çatsın. Bu məqsədlə sizi oktyabrın sonunda Parisdə qəbul etməyə şadam”.
Azərbaycanın apardığı siyasətin fonunda beynəlxalq miqyasda baş verən digər bir hadisə isə  Böyük Britaniya parlamentindəki Liberal Demokratların aparıcı senatoru baronessa Zahidə Mənzur azərbaycanlı məcburi köçkün və qaçqınların öz evlərinə qayıtmasını nəzərdə tutan “Many Happy Returns” (MHR) kampaniyasını dəstəkləməsidir. 
Avropa-Azərbaycan Cəmiyyətindən "Trend"ə verilən məlumata görə, baronessa bu kampaniyaya dəstək verdiyni bəyan edib.

Dəstəyini www.manyhappyreturnsidp.com vasitəsilə açıqlayan Z.Mənzur deyib: “Azərbaycanlı didərginlərin vəziyyəti ilə bağlı məlumatların tirajlanmasında MHR kampaniyasına uğurlar arzulayıram. Ümid edirəm ki, məcburi köçkün və qaçqınlar tezliklə evlərinə qayıdacaqlar”.

Qeyd edək ki, ingilissayağı təbrik mesajı əsasında adlandırılan “Many Happy Returns” kampaniyasının diqqət mərkəzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanı olan 1 milyondan çox azərbaycanlı məcburi köçkün və qaçqın dayanır. Bu kampaniya, həmçinin azərbaycanlı məcburi köçkün və qaçqınların öz evlərinə dönmək arzusuna istinad edir...
***

Dağlıq Qarabağla bağlı danışıqların yeni mərhələsi müzakirə olunduğu - başqa sözlə, mövcud həssas vaxtda Şotlandiyada keçirilən müstəqillik haqqında referendum və onun nəticələri də diqqət edilməli məsələdir. Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bununla bağlı maraqlı fikirlər səsləndirib. O qeyd edir: “Bu, ilk hadisədir ki, Ermənistanın prezidenti, xarici işlər naziri və Dağlıq Qarabağın separatçı rejiminin rəhbərliyi operativ münasibət bildirdilər. Bu, ermənilərin Şotlandiya referendumundan gözləntilərinin baş tutmaması ilə əlaqəlidir. Şotlandiya referendumunun nəticəsi Ermənistan rəhbərliyinə və dünya erməniliyinə yeni təzyiq dalğası yarada bilər: Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalmalıdır. Razılaşdırılmış referendum ssenarisi hazırlamaq olar.

Şotlandiya ilə qalan Böyük Britaniya əhalisinin sosial-iqtisadi parametrləri arasında fərq cüzidir. Ermənistanla (Dağlıq Qarabağdakı erməniləri də nəzərə almaqla) Azərbaycanın adambaşına ÜDM-ləri arasındakı fərq 3 dəfədən çoxdur.

Şotlandiyada keçirilən müstəqillik haqqında referendumda Ermənistan tərəfinin əsas “stavka”sı xalqların sərbəst şəkildə öz müqəddəratını təyin etməsi hüququnun reallaşmasınadır. Bu prizmadan Şotlandiyada keçirilən referendumun Dağlıq Qarabağda 1991-ci ilin dekabrın 10-da keçirilən və heç kəsin tanımadığı referendumla müqayisəli təhlilini aparaq:

1) Plüralistik demokratiya.

Şotlandiya referendumunda Böyük Britaniyanın tərkibində qalmaq istəyənlərlə Böyük Britaniyadan ayrılmaq istəyənlər öz mövqelərini azad və sərbəst şəraitdə ifadə etdilər.
Dağlıq Qarabağda, Ermənistanda və dünya erməniliyində heç kim bu vaxtadək Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qayıtmasının mümkünlüyü mövzusunda şərh verməyib, yazı yazmayıb, müzakirə açmayıb.

2) Referendumun subyekti.

Şotland xalqı və ya milləti mövcuddur. Rəsmi dil ingilis dili olmasına baxmayaraq şotlandların özlərinin ayrıca dili var. Şotland xalqı həm də ayrıca dini inanca malikdir.
Dağlıq Qarabağ xalqı”, “Dağlıq Qarabağ ermənisi” adlı xalq və ya millət yoxdur. Dağlıq Qarabağdakı ermənilərin dili Ermənistan ermənilərinin dilindən tərkibindəki türk-fars qarışıqlarına görə cəmi 15% fərqlənir. Din baxımından tam eynidirlər. “Dağlıq Qarabağ xalqı” ermənilərin beynəlxalq aləmi çaşdırmaq üçün yaratdıqları saxtalıqlardan biridir. Diaspor ermənilərinin dili, Ermənistan ermənilərinin dilindən 80% fərqlidir. Amma bunu “erməni xalqı” adlandırırlar. Dili 15% fərqlənən “Dağlıq Qarabağ erməniləri”ni isə ayrıca etnos kimi təqdim edirlər.

3) Qarşılıqlı münasibətlər tarixi.

Şotlandların ingilislərlə qonşuluq tarixi müharibələr tarixidir. 1200 il ərzində 30 dan çox iri müharibə baş verib. Xırda müharibələri nəzərə almırıq. Amma bu, şotlandların son 300 ildə Böyük Britaniya imperiyasının tərkibində yaşamasına zərrə qədər də maneçilik etməyib.

Ermənilərin Azərbaycan arealında mövcudluq tarixi təxminən 200 ili əhatə edir...

4) Referendumun keçirilmə şəraiti.

Şotlandiyada müxtəlif millətlərin və dinlərin təmsilçilərinə qarşı referendumda heç bir təzyiq edilmədi.

Dağlıq Qarabağda əvvəlcə yerli azərbaycanlı əhali soyqırıma məruz qaldı, deportasiya olundu, sonra referendum keçirildi. Dağlıq Qarabağ ermənilərində və Ermənistanda azərbaycanlılara qarşı ksenofobiya indiyədək mövcuddur.

5) Müstəqillik ideyasına münasibət.

Şotlandiyada keçirilən referendumda müstəqillik məsələsi təbii, səmimi və könüllü qoyulmuşdu.

Dağlıq Qarabağ erməniləri üçün müstəqillik məcburi ideyadır: Dağlıq Qarabağ erməniləri həmişə azərbaycanlılara düşmənçilik mövqeyində dayanıblar. Osmanlı imperiyasında və İranda öz günahları ucbatından başlarına açılanlar əsasında uydurma tarix yaradıblar. Həmin uydurma tarixi ermənilər özləri ilə birlikdə Azərbaycan ərazisinə daşıdılar. Ona görə Dağlıq Qarabağ ermənilərinin o dövrdəki aktivliyində antiazərbaycançılıq əsas istiqamətlərdən biri idi. Sonradan Dağlıq Qarabağ erməniləri Azərbaycandan ayrılıb Ermənistanın tərkibinə keçmək fikrinə düşdülər... Dağlıq Qarabağ erməniləri birbaşa Ermənistana birləşməyin mümkün olmadığını anladılar. Ona görə müstəqillik ideyasından sui-istifadə etdilər.

Ermənistanda və Dağlıq Qarabağda keç kim gizlətmir ki, Dağlıq Qarabağ erməniləri müstəqillik əldə etdikdən dərhal sonra Ermənistanın tərkibinə birləşmək haqda qərar qəbul edəcək.

6) Obyektiv nəticəli referendum.

Demilitarizə olunmuş Dağlıq Qarabağda ermənilər və azərbaycanlıların 10 il birgə yaşamasından sonra obyektiv nəticəli referenduma ümid etmək olar. Bunun üçün əvvəlcə Serj Sarkisyan Dağlıq Qarabağ erməniləri və azərbaycanlıların görüşünə qoyduğu qadağanı aradan qaldırmalıdır.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar