Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ savaşına düşən “atom bombası”


Beynəlxalq Atom Enerjisi Təşkilatının Ermənistana heç olmasa araşdırıcı missiya göndərməməsi təəccüb doğurur


Ermənistan rəhbərliyində təmsil olunan bəzi şəxslərin bu ölkədə nüvə silahının, o cümlədən “çirkli bomba”nın mövcudluğu ilə bağlı iddiaları beynəlxalq  səviyyədə keçirilən tədbirlərdə də müzakirə mövzusu olaraq qalmaqdadır. 

Qeyd edək ki, aprel döyüşlərindən sonra ermənilər davamlı şəkildə hələ SSRİ dövründən atom silahına malik olduqları barədə iddialar səsləndirməyə başlayıb. Ermənistanın keçmiş baş naziri və fəaliyyətdə olan parlament üzvü Qrant Baqratyan, o cümlədən general-mayor Arkadi Ter-Tadevosyan və bu ölkənin siyasi və hərbi rəhbərliyinin digər nümayəndələri dəfələrlə Azərbaycan əleyhinə hərbi əməliyyatlarda radioaktiv silahdan istifadə etmək niyyətlərini bildiriblər. Q.Baqratyanın “Ermənistanın atom silahı var”-bəyanatını İrəvanda heç kim təkzib etmədi. Bu mənada illərdir İranda axtarmadığı yer qalmayan Beynəlxalq Atom Enerjisi Təşkilatının Ermənistana heç olmasa araşdırıcı missiya göndərməyə lüzum görməməsi təəccüb doğurur. 

Bugünlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Andorra Knyazlığında keçirilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VIII Ali Səviyyəli toplantısındakı panel iclasında da bu məsələyə diqqət çəkilib. Prezident Administrasiyası rəhbərinin müavini  Novruz Məmmədov bildirib ki, Varşava Paktı və SSRİ-nin süqutundan sonra meydana gələn konfliktlər beynəlxalq münasibətlərdə ədalətin yoxluğu səbəbindən baş verib.

Apreldə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ordusu ilə təmas xəttində həyata keçirilən hərbi təxribatlara toxunan N.Məmmədov diqqətə çatdırıb ki, aprel döyüşlərində Ermənistan tərəfi fosfor bombalardan istifadə edib, diplomatik korpusun hərbi attaşeləri də bunun şahidi olub. N.Məmmədov ermənilərin nüvə bombası ilə hədə-qorxu gəldiklərini də vurğulayıb.

N.Məmmədov Metsamor Atom Elektrik Stansiyasının bağlanmasının zəruriliyini diqqətə çatdırıb və bildirib ki, beynəlxalq cəmiyyət bu cür məsələlərə vaxtında reaksiya göstərməlidir, lakin işğalçı Ermənistana heç bir təzyiq göstərilmir, sanksiya tətbiq edilmir. 

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın həm keçmiş, həm indiki rəhbərliyi belə məsuliyyətsiz bəyanatları verəndə bir neçə məqsəd güdürdü: “Onlardan biri təbii ki, Azərbaycanı və regionu qorxu içində saxlamaqdır. İkincisi, Metsamor AES-i sökmək üçün Avropa İttifaqından külli miqdarda vəsait almaq niyyətindədirlər. Üçüncüsü isə Sərkisyanın əleyhinə işləyən belə bəyanatla onu hakimiyyətdən uzaqlaşdırmaq idi. Lakin necə deyərlər, bu, bir bumeranq effekti verdi və Azərbaycan bundan məharətlə istifadə etmək şansı qazandı. Bundan sonra Ermənistanın adı kütləvi qırğın silahlarının komponentlərinin qaçaqmalçılığı ilə hallandı, çirkli bomba məsələsi gündəmə gəldi. Bir sözlə, artlıq ”cin öz cürdəyindən çıxıb"". 



A.Nağıyev beynəlxalq aləmdəki ikili standartlara diqqət çəkdi: “Təsəvvür edin ki, belə bəyanatlara görə Səddam Hüseyni asdılar, İran beynəlxalq sanksiyalarla üz-üzə gəldi və hələ də iqtisadiyyatını nizama sala bilmir. Təbii ki, bu məsələnin beynəlxalq miqyasda müzakirəsi gözlənilən idi və gedişat göstərir ki, bu, heç də Ermənistanın xeyrinə bitməyəcək. Bu məsələnin Beynəlxalq Atom Agentliyindən də asılı olan məqamları var və Azərbaycan da bütün rıçaqlardan istifadə etməklə buna nail olmalıdır”.

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov da məsələyə münasibət bildirdi: “Azərbaycanda belə bir deyim var ki, ”bir dəli quyuya daş atdı, min ağıllı onu çıxarda bilmədi". Ermənistanın sabiq baş naziri sərsəm bir bəyanat səsləndirdi, indi aləm dəyib biri-birinə. Mən keçmiş SSRİ Zaqafqaziya Hərbi Dairəsinin məsul zabitlərindən biri kimi Azərbaycanın, Gürcüstanın və Ermənistanın həm o vaxtkı, həm də indiki hərbi gücü ilə əlaqədar demək olar ki, bütün məlumatlara malik olmuşam. Amma ilk dəfə idi ki, guya Ermənistanın hansısa atom silahına sahib olması ilə bağlı məlumata rast gəlirdim. Aydındır ki, bu silahla bağlı erməni tərəfinin səsləndirdiyi sərsəm iddia onların aprelin əvvəllərində yaşadıqları çətin və məşəqqətli əzabların, çoxsaylı itkilərin və Ermənistan cəmiyyətinin necə panik, qorxu içində olmasının göstəricisi idi". 



Ü.Cəfərov beynəlxalq səviyyədə Ermənistanın özbaşınalığına, həmçinin cinayətlərinə göz yumulmasına da etirazını bildirdi: “Andorra Knyazlığında keçirilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VIII Ali Səviyyəli toplantısında Azərbaycan Respublikasının Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da bu məsələyə toxunaraq onu qeyd etmişdi ki, aprel döyüşlərində Ermənistan tərəfi fosfor bombalarından istifadə edib, diplomatik korpusun hərbi attaşeləri də bunun canlı şahidi olmuşdular. Hələ üstəlik bədnam qonşularımız bizə nüvə bombası ilə hədə-qorxu gəlməyi də unutmamışdılar. 

Çox maraqlıdır ki, bu faktın üzərindən əksər ölkələr, hətta münaqişənin həllinə birbaşa cavabdehlik daşıyan ATƏT-in Minsk Qrupu sükutla keçməyə üstünlük verdi. Sanki söhbət regiondan deyil, hansısa uzaq qalaktikadan gedir. Həqiqətən bu məqamın özü də onu bir daha sübut edir ki, işğalçı Ermənistana heç bir təzyiq göstərilmir, sanksiya tətbiq edilmir. Əgər bu hal ölkəmizlə bağlı səsləndirilsəydi, ən yüksək səviyyəli beynəlxalq qurumlar ”gül ağızlarını" açıb bizi ittiham edərdilər. Ancaq söhbət ermənilərdən getdiyinə görə hamı susur. Biz durmadan beynəlxalq təşkilatların üzərinə getməliyik ki, onlar işğalçı dövləti başa salsınlar, onu sivil yaşam qaydalarına məcbur etsinlər. Belə olmazsa, biz hələ Ermənistan adlı adı “müstəqil”, özü isə formal havadarlarının əlində az qala oyuncağa çevrilmiş dövlətdən  çox başağrısı çəkəcəyik". (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar