Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazpromun ağır günləri – Təhlil


Şirkət daha Putinin dostlarına gəlirli sifarişlər verə bilməyəcək


Səriştəsiz rəhbərlik illəri və istehsalın siyasi motivlərlə genişləndirilməsi Rusiyanın “Qazprom” dövlət qaz şirkətinə çox önəmli ziyan vurub. Proqnozlara əsasən, bu il hasilatın həcmi şirkətin bütün tarixi ərzində ən aşağı həddə olacaq, qaz kəmərlərinin inşası üzrə layihələrin gerçəkləşdirilməsində bir yığın çətinliklər meydana çıxıb və şirkət Avropada - əsas bazarda olduqca aşağı göstəricilər sərgiləyir. 2008-ci ilin iyununda “Qazprom”un bazar qiyməti 360 milyard dollara çatarkən onun başçısı Aleksey Miller bildirdi ki, bu şirkət yeddi, ya səkkiz ildən sonra bir trilyon qiymətlə dünyanın ən iri müəssisəsi olacaq. 

Rusiya prezidenti Vladimir Putinlə birlikdə 1990-cı illərdə Peterburq meriyasında işləmiş Miller 2001-ci ildə şirkətn başçısı kimi vəzifəyə başladığı  andan nail olduğu göstəricilərlə fəxr edir. O, əvvəlki rəhbərlərin vaxtında şirkətin məhrum olduğu qiymətli aktivləri geri qaytardı, hasilatın həcmini artırdı və illlik gəliri 21 milyard dollardan 94 milyarda qaldırdı. Buna görə də Milleri bütün dünyanın onu ayaqları altında olması əzminə görə bağışlamaq olar.  

Lakin o, səhv etdi. Açıqlamasından yeddi il sonra “Qazprom”un bazar qiyməti 55 milyard dollar qiymətləndirilir. Hətta dünyanın ilk yüz şirkətinin sırasına da daxil olmur. Həm də daha çox dalğaların sahilə atdığı balığı xatırladır.

Rusiya İqtisadiyyat Nazirliyi bu həftə (keçən həftə-red.) belə bir proqnozla çıxış etdi ki, bu il “Qazprom”un hasilatı 414 milyard kubmetrə qədər azalacaq – bu, şirkətin bütün tarixi boyunca ən aşağı səviyyədir. Şirkət rəhbərliyi daxili istehlak və ixracatın artacağını nəzərdə tuturdu. Lakin Rusiya iqtisadiyyatındakı əksilmə ilə bağlı daxili istehlakın həcmi azaldı, ixracatın tutumu isə ixtisara düşdü. Çünki “Qazprom”un ən böyük ixracat bazarı olan Avropa enerji resursları tədarükçülərini müxtəlifyönlü etməyə cəhd etdi. 

2014-cü ildə “Qazprom”un ixracatı 2008-ci ildəkiylə müqayisədə 90 milyard kubmetr aşağı düşdü. İxracatın həcmi azalandan sonra şirkət hasilata və qaz kəmərlərinin inşasına yatırım qoymağa başladı. Rusuyanın gündəlik işgüzar nəşri “Ведомости” qeyd etdi ki, “Qazprom” Millerin vaxtında istehsalın mənasız şəkildə genişləndirilməsinə, güman ki,  2,4 trilyon rubl (40 milyard dollar) itirib. Ehtimal ki, Miller “Qazprom”un varlı podratçılarının, o cümlədən Putinin dostları – Qərbin sanksiyalarına düşmüş Arkadi Rotenberq və Gennadi Timçenkonun gəlirlərini təmin etməkdən ötrü buna qol qoyub.

Rusiyanın “Forbes” nəşrinin məlumatına görə, bu milyarderlərin şirkətləri təkcə batmış “Güney axını” layihəsində 1,9 milyard dollar qazanıb. Layihəyə görə, qaz Ukrayna ərazisindən yan keçməklə Avropanın güneyinə tədarük olunmalıydı. “Türk axını”nın inşası başa çatdırılsa, bu itirilmiş vəsaitləri hələ də geri qaytarmaq mümkündür, lakin “Qazprom”la Türkiyənin Botas qaz şirkəti arasındakı danışıqlarda yekun razılaşma hələ də əldə edilməyib.

Sürünən danışıqlar və çevrilmiş layihələr Putin Kremlinin Avropada təsirin genişləndirilməsi aləti kimi istifadə etdiyi “Qazprom” üçün ciddi maneəyə çevrilib. Avropa Ukraynanı təsir dairəsində saxlamaq üçün bu qaz nəhənginin Ukraynaya daim basqı göstərdiyini nəzərə almaqla onun bu roluna artıq çoxdan şübhə ilə yanaşır. Ukrayna enerji resurslarının tədarükçülərini müxtəlifyönlü etməyə doğru bu yaxınlarda qəti addım atdı. “Enalytica” analitk mərkəzinin məlumatına görə, o, 2013-cü ildə Avropadan qaz idxalının həcmini 8%-dən 28%-ə qədər artırıb. İdxal həcminin bu cür artırılması qismən “Qazprom”un ekspansiyası ilə izah olunur: o, Almaniya və qonşularına lazım olduğundan artıq qaz tədarük edir ki, bu da onlara Ukraynaya qaz ixrac etməyə imkan verir.

Qazprom” hazırda onu Şərqi Avropadakı müştərilər üçün qazın qiymətini yüksəltməkdə ittiham edən Avropa Komissiyası ilə mübahisə aparır. Şirkət bu bölgədə qaz tədarükünə monopoliyanı qoruyub saxlayır. “Qazprom” həmçinin öz qazını Avropaya tədarük etmək üçün digər üsullar arayır ki, 2019-cu ilə doğru Ukraynanın asılılığından azad olsun, çünki keçən il Avropa Birliyinin müqaviməti onu məcbur etdi ki, “Güney axını” layihəsini döndərsin.

Xeyli xırda və pis hadisələr “Qazprom”u təqib edir. “Qazprom”un törəmə şirkəti və ofisləri Berlində yerləşən, gəlirlərin 14%-inə sahib olan “Gazprom Germania” bu yaxnlarda dərc edilmiş 2014-cü il üçün məruzəsində bildirdi ki, 2013-cü ildə gəliri 286 milyon avroya çatdığı halda 2014-cü ildə onun xalis zyanı 31.4 milyon avro (34.5 milyon dollar) təşkil edib.

Beləliklə, Wintershall alman şirkətinin “Qazprom”un Rusiyadakı yataqlarından pay götürəcəyi, “Qazprom”un isə bu iki şirkətin ortaq müəssisəsinin səhmlər zərfini əldə edəcəyinə planlaşdırılan aktivlər svopu (svop – müxtəlif aktivlərin mübadiləsi qismində ticari-maliyyə mübadilə əməliyyatı-red.) pozuldu. Bundan başqa, Gazprom Germania şirkətinə Almaniayanın qazdoldurma stansiyalarında təbii qaz satmaq qadağan olundu və şirkət hazırda bu qərara yenidən baxılmasına nail olmağa cəhd edir.

Gazprom Germania şirkəti illik məruzəsində xəbərdarlıq edir ki, ehtimal ki, xoşagəlməzlik bununla bitməyəcək: “Nizamlayıcı qurumların enerji sektoruna cari müdaxiləsi qrupun gəlirinə ciddi şəkildə təsir edə bilər və buna görə də mühüm amil kimi nəzərdən keçirilir. Energetika siyasətinin yenilənən enerji qaynaqlarına doğru hərəkəti – xüsusən də Almaniyada – təbii qazın rəqabət qabiliyyətini əsaslı şəkildə məhdudlaşdıra bilər. Qaz kəmərlərindən istifadənin cari nizamlanması və yeraltı qaz anbarlarından istifadə qiymətlərinin mümkün nizamlanması təbii qaz ticarətinə mənfi təsir edir və ehtimal ki, Gazprom Germania-nın yatırım və layihə fəaliyyətini məhdudlaşdıracaq”.

Avropa siyasi və normativ xarakterli səbəblər üzündən “Qazprom” üçün dost bazar olmağı tərgidib. Bu Rusiya tədarükçüsü hələ də rəqabət qiymətləri ilə qaz satmağa qabil olsa da, güman etmirəm ki, Avropada inkişafa ümid bəsləyə bilər.

Bu arada Çində iqtisadi artım tempinin aşağı düşməsi “Qazprom”un bazarın müxtəlifyönlülüyü üzrə irimiqyaslı və bahalı planlarını pozub. Şirkət Rusiyanın Uzaq Şərqində Çinə sıxılmış qaz tədarük etməli olan qaz kəmərinin inşası üzrə layihəni artıq dayandırmalı olub.

Onun Altaydan Çinə haqqında bu il elan edilmiş qaz kəməri inşa etmək planları iyulda qeyri-müəyyən müddətə təxirə salınıb (lakin 2014-cü ilin mayında razılaşdırılmış başqa bir layihə hələlik qüvvədə qalır).

Keçən il Rusiyanın dövlət gəlirlərinin 9%-i “Qazprom”un payına düşüb. Bu şirkət indiyədək pul vəsaiti qaynağı olaraq qalır, lakin indiki anda dünyada qiymətlərin düşməsi, tələbatın azalması, əlverişsiz normativ dəyişikliklər və siyasətçilərin Putinə, onun dostlarına inamsızlığı ilə üzləşməklə hər tərəfdən bir yığın çətinliklərə məruz qalıb. Millerin 2008-ci ildəki arzusunu həyata keçirtməkdən ötrü xərclərin kəskin  şəkildə azaldılması, həmçinin son dərəcə əlverişsiz şəraitdə inkişaf strategiyası üzrə şirkətin plan işləyib hazırlamağı lazımdır. “Qazprom” tezliklə Putinin dostlarına gəlirli sifarişlər yağdıra bilməyəcək və siyasi oyunlara qatılmaqdan kənarda qalacq: o, mövcudluq uğrunda mübarizəyə başlamalı olacaq. (strateq.az)

 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar