Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb-İslam qarşıdurmasını istəyən dairələrin ilginc hədəfi



Rusiya-Qərb qarşıdurmasını Qərb-İslam qarşıdurması müstəvisinə keçirmək istəyən çevrələrin israrı arxasında nə durur, müsəlman dünyası doğrudanmı beynəlxalq hüquqa meydan oxuyan işğalçı Rusiyadan daha qorxulu imiş?...


Parisdə 7 yanvar terror aktı ilə başlayan, əslində isə illərdir altdan-altdan körüklənən bir proses ətrafında vəziyyət mürəkkəb olaraq qalır.

Vəziyyətin ən təhlükəli cəhəti isə baş verənlərin sivilizasiyalararası toqquşma, dinlər və mədəniyyətlərarası konfrontasiya kimi təqdim eləməyə, qan qoxulu prosesi məhz bu kontekstdə israrla qızışdırmağa səy edən dairələrin mövcudluğudur.

Son  ehtimal barədə indi artıq ən ciddi ekspertlər və təhlilçilər də danışmağa başlayıblar. Fransa prezidenti Fransua Olland yaşanan faciəvi hadisələrin dinlərarası münasibətlərə, konkret olaraq islama dəxli olmadığını söyləsə də, hər halda analitiklərin əhəmiyyətli hissəsi indiki tendensiyaların qayəsində ilk öncə məhz islam (müsəlman) faktorunun, islamdan (müsəlmandan) yeni və əcaib “xoxan” düzəltmək məramının dayandığına əmindirlər.



“Karikatura müharibəsi”ni Qərbin yeni “Səlib (Xaç) yürüşü”nün təzahürləri kimi qəbul edənlər də az deyil. Burada incə bir detal odur ki, yuxarıda haqqında danışılan məkrli çevrələr təməl (söz-ifadə) azadlıqları ilə inanc azadlığını, ümumiyyətlə, azadlıqlarla dəyərləri məqsədli şəkildə qarşı-qarşıya qoymaqla öz iyrənc və uzaqgedən hədəflərinə bəraət qazandırmağa çalışırlar. Halbuki gerçəkdə onlar bir-birinə zidd deyil, əksinə, azadlıqlar və inanc bir-birini tamamlayan, zənginləşdirən anlayışlardır. Məgər vicdan təməl azadlıqların tərkib hissəsi deyil ki? Məgər birinin söz-ifadə azadlığı digərinin etiqad azadlığı başlayan yerdə bitməli deyil?



Bu xüsusda politoloq Zəfər Quliyevin təhlilində yer alan bir qeydi yada salmağa dəyər: “Nədən Avropa dəyərləri iyerarxiyasında Xolokosta və erməni məsələsinə bunca prioritet, hətta azadlıq prinsipindən də yüksək rol ayrılıb? Belə çıxır, cəzasız şəkildə Allahın özünün belə varlığını şübhəyə məruz qoymaq, cəzasız şəkildə irqçi, faşist, şeytani və başqa baxışları təbliğ eləmək olar, hətta cəzasız şəkildə Peyğəmbərin şəxsiyyətini və 1,5 milyard inanclı müsəlmanın hisslərini publik karikaturalarla ələ salmaq olar, çünki bu, söz-fikir azadlığıdır, plüralizm prinsipidir, Avropa sivilizasiyasının əsasları, dəyərləridir, amma Xolokostu və ya erməni ”genosidi"ni əsla şübhəyə məruz qoymaq olmaz - dərhal cinayət haqq-hesabı işə düşər. Bu halda plüralizm, söz-ifadə azadlığının meyarı necə olsun bəs?"

Haqlı sualdır. Doğrudan da, Parisdə satirik jurnal redaksiyasının sırf söz-ifadə azadlığına görə hücuma məruz qaldığı bildirilirsə, o zaman Avropada Xolokostun, erməni “genosidi”nin olmadığını söyləmək nədən ifadə azadlığı yox, cinayət sayılır və qanunla cəzalandırılır? Bu, qeyri-xristian topluma, konkret şəkildə islam dini daşıyıcılarına qarşı irqi ayrı-seçkiliyin, ikili standartın təzahürü deyilsə, nədir?
Belə əminlik də var ki, “karikatur müharibəsi” öncədən məqsədli şəkildə dövriyyəyə buraxılmış təxribat olub və prosesə müəyyən siyasi dairələr tərəfindən incə şəkildə dirijorluq edilir. Sanki kim(lər)sə həqiqətən də ABŞ-ın Harvard Universitetinin alimi, artıq həyatda olmayan Samuel Hantinqtonun “Sivilizasiyalararası toqquşmalar” haqda doktrinasındakı müddəaların hamısını real həyata israrla tətbiq eləməyi qarşısına məqsəd qoyub.



Digər ilginc versiya da var və ciddi şəkildə müdafiə olunur. Həmin versiyaya əsasən, islamofobiyanın yeni dalğasında maraqlı olan Qərbdəki bəzi dairələr Rusiya ilə hazırkı siyasi-iqtisadi konfrontasiyadan tədricən uzaqlaşıb bütün konfliktləri xristian və İslam dünyası arasında qarşıdurma axarına salmaq istəyirlər. Söz düşmüşkən, buna qismən nail də olublar - dünyanın gündəliyində “vəhşi müsəlman” obrazı məsələsi Rusiya mövzusunu  arxa plana keçirib.

Belədisə, yenə nəticə hasil olur ki, deyəsən, Qərbdə kim(lər)əsə Krımın ilhaqlı ilə dünya düzənini, beynəlxalq hüququ topa tutan işğalçı Rusiyanı islam, müsəlman aləmi ilə müqayisədə beynəlxalq təhlükəsizliyə daha az təhdid kimi qələmə verməyin tərfindədir. Kimlər? İndi belə çıxmırmı ki, Rusiya məhz xristian dövləti olduğu üçün (hərçənd tərkibində çoxlu muxtar müsəlman respublikalar və 15 milyon müsəlman var) bu “izzət”ə layiq bilinir? İslamın varlığı dünya üçün təcavüzkar Rusiyanın varlığından beləmi qorxuludur?

Elədisə, o zaman yenə məqsədli və məkrli şəkildə körüklənən sivilizasiyalararası, dinlərarası münaqişə məsələsinə qayıtmış oluruq. Ancaq müsəlman dünyasından zorla “xoxan” düzəldən, İslam inanclılarının hamısını İŞİD-çi, “əl-Qaidə”çi, “Taliban”çı obrazında görmək istəyən dairələr gərək unutmasın ki, bunun altını bumeranq effekti ilə ən çox elə onların özləri çəkəcək. Çünki müsəlman dünyası ən əvvəl NATO üzvü Türkiyə, nüvə dövləti Pakistan, Qərbin ehtiyac duyduğu böyük enerji qaynaqlarına malik Azərbaycan, Orta Asiyanın müsəlman ölkələri, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləridir.
Heç şübhəsiz, yekunda uduzan ümumən bəşəriyyət, mədəniyyət olacaq. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar