Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb Qarabağ strategiyasına düzəliş edir


ABŞ təkbaşına vasitəçiliklə problemi istədiyi kimi uzadan Rusiyanı fakt qarşısında qoymağı hədəfləyib; saxta soyqırımın 100-cü ildönümündə Vaşinqtonun “Böyük Sülh Sazişi” mümkünmü?..


Dağlıq Qarabağ problemi ətrafında yeni bir hərəkətlililk müşahidə olunmaqdadır. Bu dəfə təmas xəttində deyil, dinc nizamlama prosesində özünü göstərən canlanmanın sülh danışıqlarını dalandan çıxarıb-çıxarmayacağını hələ ki söyləmək çətindir. Ən azı o səbəbə ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin (Qərb və Rusiya nəzərdə tutulur) məsələnin həll perspektivinə baxışları heç vaxt olmadığı qədər bir-birindən fərqlənir, üst-üstə düşmür. 
Bu xüsusda prezidentlərin Soçi görüşü və həmin görüşdə Rusiya prezidenti Putinin söylədikləri əyani şəkildə göstərdi ki, Moskva, ümumiyyətlə, Minsk Qrupunun varlığında maraqlı deyil və şəriksiz vasitəçiliyə can atır. Ona görə ki, şəriksiz vasitəçilik Kreml üçün şəriksiz maraqlar, şəriksiz region deməkdir. 

Belə görünür, Putinin bu mesajını artıq Qərbdə alıblar. Bunun təzahürü idi ki, Soçi görüşündən heç bircə ay keçməmiş ABŞ-ın dövlət katibi Con Kerrinin birbaşa təşəbbüsü ilə və rusiyalı vasitəçi olmadan AzərbaycanErmənistan prezidentləri Avropa şəhərində bir araya gəldilər. Görüşdə hansısa sənəd, birgə bəyanat qəbul edilməsə də, faktın özü nümayiş etdirdi ki, Qərb Qarabağ məsələsində təşəbbüskarlığın Rusiyada qalmasına seyrçi olmaq fikrində deyil. 

Əsas diqqətçəkən də odur ki, konfliktin birdəfəlik yoluna qoyulması üçün indi də Qərb (ABŞAvropa timsalında) yeni bir səhifə açmağa, Rusiyanı gözləmədən problemin həllini real olaraq irəli aparmağa, heç olmasa, savaş ehtimalını sıfra endirməyə, ən əsası, Moskvanı fakt qarşısında qoymağa çalışır. 

NATO-nun Uels sammiti çərçivəsində Fransa prezidenti Fransua Ollandın İlham Əliyev və Serj Sərkisyanla görüşərək, qısa müddət sonra daha bir üçtərəfli təmas haqda razılıq əldə eləməsi də göstərir ki, Rusiyanın Dağlıq Qarabağ məsələsindən, bütövlükdə postsovet məkanındakı konfliktlərdən uzun müddət manipulyasiya etməsi Qərbi artıq təngə gətirib və o, Ukraynadakı böhranda Kremlin təxribatçı rolunu da ciddiyə alaraq bu konfliktlərə münasibətdə strategiyanı dəyişmək istəyir.      
             
Artıq prezidentlərin növbəti görüşünün tarixi bəllidir. AzərbaycanErmənistan dövlət başçıları bu dəfə Parisdə, noyabrda görüşəcəklər. Vasitəçi isə Fransa prezidenti Ollanddır. Xəbəri Fransanın ölkəmizdəki səfiri də təsdiqləyib. 

Doğrudur, belə təmaslarla bağlı rəsmi Bakı elə də nikbin deyil və “görüş xətrinə görüş”ün əleyhinədir, ancaq ötə yandan Amerika və Fransanın təşəbbüsünü yerə salmaq da mümkünsüzdür. İstər görüşləri artan intensivliyi, istərsə də və ən başlıcası, bu görüşlərdə problemin həllinə yönəlik bəzi “gümrahlaşdırıcı” təkliflər söyləməyə əsas verir ki, Qərb, hər halda, Güney Qafqazın ən üzücü və ağır probleminin həllində irəliləyişə nail olmaq üçün qərarlılıq göstərməyə can atır. 

Uels görüşləri ilə bağlı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun neçə illik fasilədən sonra təzədən “Böyük Sülh Sazişi” haqda danışmağa başlaması da bu xüsusda təsadüfə oxşamır. Nazirin sözlərinə görə, məhz ABŞ dövlət katibi təklif edib ki, belə bir layihə üzərində iş aparılsın. Onu da xatırladaq ki, cənab Kerri həmin görüşdə prezidentləri öz cəmiyyətlərini sülhə hazırlamağa çağırıb və bundan sonrakı proseslərdə şəxsən özünün iştirak edəcəyi barədə anons verib.    

*** 
Hərgah, məsələ ilə bağlı skeptik fikirdə olanlar da var. Məsələn, Vaşinqtondakı Kornegi Fondunun Qafqaz məsələləri üzrə eksperti, “Qara və Bağ” kitabının müəllifi Tomas de Vaala görə, hər şey dəyişsə də, Dağlıq Qarabağ məsələsində hələ ki heç nə dəyişməyib, çünki “hazırda nə prezidentlər, nə də cəmiyyət səviyyəsində münaqişənin mahiyyətinin real müzakirəsi mövcud deyil”. Sitat: “Bu gün Qarabağ münaqişəsinin yalnız nizama salınması prosesinin formal xüsusiyyətləri mövcuddur. 20 il keçməsinə baxmayaraq, cəbhə xəttində hər şey eyni vəziyyətdə qalıb, münaqişə isə hələ də həll edilməyib”.

Ekspertin məsələnin nizama salınması üçün orijinal təklifi var. Onun qənaətincə, indi daha ciddi prosesə ehtiyac var. Tomas de Vaala görə, Qarabağ münaqişəsi ilə bağlı məsləhətçilər institutu yaradılmalıdır: “Bu institutun məqsədi problemin həlli prosesini aktivləşdirməkdən ibarətdir. Tərəflər arasında tez-tez görüşlər keçirilə bilər. Həmçinin bu addım yeni münasibətlər zəmininin yaradılmasına səbəb olacaq. Bununla da tərəflər arasında qarşılıqlı ortaq məxrəcə gəlmək üçün yollar axtarıla bilər. Bu isə münaqişənin həllinə kömək edə bilər”.

***

Öz növbəsində durumu mediaforum saytına şərh edən konfliktoloq Elxan Mehdiyev sülh sazişi layihəsinin hazırlanması təklifinin heç bir reallığa əsaslanmadığını vurğulayıb: “Sülh sazişinin nə qədər qeyri-real olduğunu görmək üçün ilk növbədə Ermənistana, həmin ölkənin başında oturan hərbi cani Serj Sərkisyanın bəyanatlarına, onun Uels görüşündən sonrakı fikirlərinə diqqət yetirmək lazımdır. Sazişi AzərbaycanErmənistan imzalamalıdır. Erməni tərəfin isə belə bir saziş imzalamaq, işğal etdiyi torpaqlardan çıxmaq fikri yoxdur. Təcavüzkar məsələni, Azərbaycan prezidenti İlham Əliyevin də dəfələrlə dediyi kimi, uzatmağa israrlıdır, çünki məqsədinə çatdığını düşünür. Gələn il qondarma erməni soyqırımının 100 illiyidir. Ermənistan belə bir fonda sülh sazişi imzalayarmı?!”

Politoloqa görə, Con Kerri sadəcə öz arzusunu ifadə edib: “Yəni ki, sülh sazişi imzalamağın vaxtıdır. Guya sülh sazişi imzalamağa 21 il müddət lazım idi? Bir də axı, Dağlıq Qarabağ münaqişəsi Kerridən deyil, Rusiya prezidenti Vladimir Putindən asılıdır. Rusiyanın da başı indi ayrı işə qarışıb”.

*** 
“İrəvan bu dəqiqə Moskvanın əlində bir alətdir”. Bu sözləri isə axar.az-a politoloq Vəfa Quluzadə Qarabağda “böyük sülh sazişi” məsələsini şərh edərkən deyib. O, Moskvanın Qarabağdan asanlıqla əl çəkməyəcəyini bildirib: “Qarabağ məsələsini həll etmək üçün gərək Qərb Rusiyanı məhdudlaşdırsın və Ermənistanı onun tabeliyindən ayıra bilsin. Çünki İrəvan bu dəqiqə Moskvanın əlində bir alətdir. Rusiya Dağlıq Qarabağın ərazi bütövlüyünü tanımır, amma eyni zamanda Qarabağın da həllini əngəlləyir. Ermənistan anlayır ki, problemin həlli olmadan onun gələcəyi yoxdur. İrəvan bunu çox arzu edir, amma dilə gətirməyə qorxur. Səbəb isə ondan ibarətdir ki, neçə dəfə Rusiya tərəfindən cəzalandırılıb”. 

Azərbaycanın mövqeyi isə politoloqa görə, tam konstruktivdir: «Moskva hər zaman Ermənistanı destruktiv mövqe tutmağa kökləyərək və cəzalandıraraq, bu məsələnin həllini əngəlləyib. İndiki NATO-Rusiya qarşıdurmasında həll yalnız o halda mümkündür ki, Rusiyanın Qarabağda maraqları olmasın. Başqa bir variant isə hakimiyyətə yeni hökumətin gətirilməsi ola bilər ki, o da imperiya maraqlarına sahib olmasın. Bugünkü Rusiya Qarabağın həllinə imkan verməyəcək. Mən Qərbin Ermənistanı Rusiyanın caynağından ayırmasının tərəfdarıyam. Bu olmadan məsələni həll etmək mümkün deyil. Əgər Kerrinin Azərbaycan torpaqlarına olan iddiadan ermənilərin əl çəkməsi, Qarabağdan qoşunlarını çıxartmaları məsələsində Moskvanın Ermənistana nəzarətinin qarşısını almağa gücü çatırsa, Qarabağ ixtilafı həll olunacaq".(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar