Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qüdrətli dairələrin siyasi dustaq ayrı-seçkiliyi


Jurnalist Xədicə İsmayılın şərti olaraq azadlığa buraxıldığı gün jurnalist Amid Süleymanovun və fotoreportyor Elnur Muxtarın həbs edilməsi o qədər də təsadüfi hadisə deyil


Düzdür, burada hər hansı bir əlaqə yoxdur, yəni məqsəd o olmayıb ki, bir jurnalisti azad ediriksə, mütləq yerinə başqasını salmalıyıq.

Ancaq ölkədəki cəza konveyerinin iş prinsipi belədir, o, bir ucdan xam materialları qəbul edir, emala göndərir, siyasi məhbus buraxır.

Müstəqillik dövründən bəri bu konveyer heç dayanmayıb. Ölkənin tanınmış siyasət adamlarının, ictimai fəalların xeyli hissəsi o cəza maşınının dişləri arasından keçiblər.
Elə bir il olmayıb ki, bu ölkədə siyasi motivli həbslər aparılmasın. Sadəcə, seçki olan illərdə siyasi motivli həbslərin intensivliyi daha artıq olub. Bir də seçkilərdən sonra mövcud hakimiyyətə müqavimət göstərənlərin, ölkədə dəyişiklik olmasını istəyənlərin cəzalandırılması daha şiddətlə həyata keçirilib.

Bu repressiv aktların birincisində məqsəd müxalif qüvvələrin zəiflətmək, konsolidasiyalarını pozmaq və gözlərini qorxutmaq idisə, ikincidə (seçkidən sonra) əsas motiv qisas almaq, başağrısı yaradanlara iztirab çəkdirib “ağıllandırmaq” idi. 

Təbii ki, şiddətlə həyata keçirilən kütləvi tutqulardan bir-iki ils sonra əfvolunma və azadedilmə prosedurları da olur. Ancaq bu azadedilmə aktları heç zaman kütləvi xarakter daşımır. Beş-beş tutulanları ya bir-bir, ya da üç-üç azadlığa buraxırlar. 

Bu üzdəndir ki, bu ölkədə məhbəs heç zaman siyasi dustaqsız olmayıb. Beynəlxalq təşkilatların siyasi məhbus və ya vicdan məhbusu kimi tanıdığı məhbuslar heç zaman cəzaçəkmə müəssisələrindən birdəfəlik buraxılmırlar. Hər amnistiyadan, əfv sərəncamından sonra siyasi məhbusların sayı vaxtaşırı azalır, ancaq sonradan onların sayı yenidən artmağa başlayır və “şəxsi heyət” tam olaraq formalaşır. 

Bu baxəmdan Xədicə İsmayılın azad olunduğu gün Amid Süleymanovun və Elnur Muxtarın (onlardan əvvəl isə Qiyas İbrahimovla Bayram Məmmədovun) həbs edilməsi təsadüfi deyil. Hər ikisi olan işlərdir. Tutulanlar buraxılmalıdır, həbsi nəzərdə tutulanlar isə içəri alınmalıdır. 

Bu dəfə ikinci hadisə gözlənilməz olmasa da, birinci hadisə X.İsmayılın azadlığa buraxılması bir qədər gözlənilməzdir. Onun adını əfv siyahısına salmamışdılar (bəlkə də salıb-çıxartmışdılar), elan edilmiş amnistiya aktının ona şamil olunacağı ehtimalı da az idi. Ancaq birdən-birə, o şərti olsa da, azadlığa buraxıldı. 

İçəridə qalan siyasi dustaqlar isə hələ çoxdur. Ya onlar hələ lazımi qədər cəza çəkib “islah olunmayıblar”, ya da onların azadlığa buraxılmasını ciddi şəkildə tələb edənlər yoxdur. 
İstisna yalnız İlqar Məmmədov ola bilər. Onunla eyni “təqsir”ə görə, eyni maddələrlə həbs və məhkum olunmuş Tofiq Yaqublu artıq iki aydan çoxdur ki, azadlıqdadır, amma İlqar Məmmədov məhbəsdədir. Halbuki onun beynəlxalq dəstəyi Tofiq Yaqublununkundan qat-qat çox idi. 

Fakt budur: X.İsmayılın azad edilməsi üçün ciddi işlər görən dairələr siyasi motivlərlə həbsə alınmış digər məhbusların azadlığa buraxılmasını kəskin və prinsipial şəkildə tələb etmirlər. 
Bu xüsusda ABŞ, Ingiltərə, Fransa kimi qüdrətli dövlətlərin, eləcə də Avropa İttifaqı, ATƏT, AŞ kimi beynəlxalq təşkilatların yeritdiyi ayrı-seçkilik siyasəti göz önündədir. 

Zaman-zaman olub ki, bu dövlətlər və təşkilatlar bir neçə məhbusun azadlığa buraxılmasından ötrü kəskin bəyanatlar veriblər, ortaya sərt mövqe qoyublar və istədiklərinə nail olduqdan sonra həmin məhbusları azad edən hakimiyyəti alqışlayıblar. 

Hazırda elə bir alqışlama prosesi gedir. Ard-arda bəyanatlar verilir. Ancaq elə bu günlərdə “Nida”çı gəncləri həbs edib, məhbus “Nida”çılara qoşublar, amma “insan haqlarının keşikçisi” olan dövlət və təşkilatlar ciddi bir mövqe sərgiləmirlər (növbətçi bəyanatlar, ənənəvi “narahatlıq” açıqlamaları sayılmır).

Nə qədər ki, qüdrətli dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar bu cür ayrı-seçkilik edəcəklər, ölkə daxilində sərt siyasət yeridən hakimiyyət öz kursunu davam etdirəcək və ölkə məhbəsindən siyasi məhbuslar qurtarmayacaq.

Xalid KAZIMLI(musavat.com)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar