Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Rauf Arifoğlunun məhkəməyə verilməsi..."


“Azərbaycanda avtoritar rejim, məmur kapitalizmi hökm sürür. Ona görə də məmurlar hər sahədə vətəndaşlara meydan oxuyurlar”


Bu sözləri “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Anar Məmmədovun “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlundan məhkəməyə xüsusi ittiham qaydasında şikayət etməsinə münasibət açıqlayarkən deyib. 

Mehman Əliyev deyir ki, Azərbaycanda məmurlardan da məhkəmələrə xeyli şikayətlər olur. Ancaq məhkəmələr məmurları cəzalandırmır: “Biz “Turan” İA olaraq dəfələrlə məmurları bizə qarşı qanunsuz hərəkətlərinə görə məhkəmələrə vermişik. Məhkəmələrə yetərincə faktlar təqdim etmişik. Həm korrupsiya ilə, həm vəzifə səlahiyyətlərinin aşılması, həm informasiya məkanının məhdudlaşdırılması ilə bağlı şikayətlərimiz olub. Hansı məmur bu iddialar üzrə məhkəmələrə cəlb olunub ki? Heç bir məhkəmə bizim iddialarımızı təmin etməyib, əksinə, açıq-aşkar qanunu pozaraq məmurların xeyrinə qərarlar çıxarılıb. Bu sistem belə qurulub. Biz dövlət başçısına, Prezident Administrasiyasının rəhbərinin adını, hüquq-mühafizə orqanlarının rəhbərliyinə, baş nazirə, Milli Məclisin sədrinə dəfələrlə Kür daşqınlarında hüququ pozulan insanlarla bağlı müraciətlər yazdıq. Söhbət yüz milyonlarla vəsaitin mənimsənilməsindən gedirdi. Dəfələrlə edilən müraciətlərimizə məhkəmələrdə bir dəfə də baxılmadı, ölkə rəhbərliyi səviyyəsində münasibət də olmadı”.

Mehman Əliyev bildirir ki, Azərbaycan məhkəmələrində məmurlar iddia qaldırdıqda adətən onların iddiaları təmin edilir. Buna baxmayaraq praktikada istisnalar da olub: “Məsələn, 2008-ci ildə Vergilər Nazirliyi bizə qarşı qanunsuz hərəkət eləmişdi. Biz həmin məhkəməni udduq və Vergilər Nazirliyinin qanunsuz qərarını ləğv etdirdik. Ancaq yaxın illərdə belə bir praktika xatırlamıram. Ümumiyyətlə media-məmur münasibətlərinin məhkəmələrdə çözülməsi uğurlu çözüm yolu deyil. Biz Mətbuat Şurasını yaradanda düşünürdük ki, qurumun əsas işlərindən biri də media ilə məmurlar arasında münasibətlərin nizamlanması olacaq. Hesab edirdik ki, Mətbuat Şurası məmurlarla bu sahədə xüsusi iş aparacaq. Açığı, biz bir müddət buna nail ola bildik. Ancaq sistem bütövlükdə uzun müddət işləyə bilmədi. Bizim media ilə bağlı mübahisələri çözəcək ayrıca məhkəmə yaratmaq ideyamız da var idi. Çox təəssüf, bunları reallaşdırmaq mümkün olmadı. Çünki dövlətin belə bir istəyi yoxdur”.

Mehman Əliyevin fikrincə, Anar Məmmədovun “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu məhkəməyə verməsi dövlətin müstəqil medianı tamamilə susdurmaq planından xəbər verir: “Proseslər onu göstərir ki, dövlət müstəqil medianın olmasında, onun inkişafında maraqlı deyil. Ona görə də biz bu vəziyyətdəyik. 

Məmurların, onların yaxınlarının medianın məhkəməyə verilməsi açıq-aydın təzyiq metodudur. Bu gün Azərbaycan məhkəmələrində məmur özbaşınalıqları ilə bağlı minlərlə faktlar var. Onlardan biri də icraata alınmadığı halda məmur yaxınlarının media rəhbərlərinə qarşı şikayətləri dərhal icraata götürülür”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar