Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Razi Nurullayev söyüşlü status yazdı


Yeni AXCP sədri indiyədək demədiyi sözləri statusda deyib; “Arvadlarının, ata və analarının, bacı və qardaşlarının gözü qabağında...”


Yeni AXCP-nin sədri Razi Nurullayev 17 mayda öz facebook profilində indiyə qədər dilindən eşitmədiyimiz söyüşlərlə dolu status paylaşıb. 

Partiya sədrinin statusundan aydın olur ki, müəyyən şəxslər tərəfindən şərəf və ləyaqətinin alçaldılması yönündə təhqirlər səsləndirilib. Nəticədə isə Nurullayev sükutu pozmağa məcbur olub və belə bir status paylaşıb. 

Əslinə qalsa, aylar öncədən Nurullayev qəzetimizə açıqlamalarında əks düşərgə, yəni Əli Kərimli qanadı tərəfindən daim təhqirlərə, söyüşlərə məruz qalması ilə bağlı fikirlər səsləndirərək, əks tərəfi bu cür çirkin oyunlardan geri çəkilməyə çağırmışdı. Hətta zaman-zaman bununla bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdi. Görünən odur ki, təhqirlər səngiməyib və sonda Nurullayev sükutu bu şəkildə pozmağa məcbur olub. Məhkəməyə müraciət edəcəyini deyən Nurullayev onu təhqir edənlərin öz ailələrinin  gözləri qarşısında cavablarını verəcəyini qeyd edib.

Həmin statusu bəzi söyüşlü sözlərin baş hərfini saxlamaqla və digərlərinə nöqtə qoymaqla sizlərə olduğu kimi təqdim edirik: “Hər zaman ölüm hökmünün əleyhinə olmuşam. Hər zaman insan şəxsiyyətinin alçaldılmasına və təhqir olunmasına qarşı dayanmışam. Amma bu ölkədə sayıla biləcək qədər nadürüst, tərbiyəsiz, alçaq və yaramaz var ki, onlar cəzasını almalıdır. Bununla bağlı hərəkətə keçəcəyimi deyirəm. Təbii ki, hüquqi müstəvidə. Məsləhətləşdim. Bir-iki nadürüst var ki, onların indiyə kimi yığdığımız təhqir screenşotları ilə həbsə girmələri an məsələsidir. Yolları cəhənnəmə kimidir. İkinci yol isə onların ev ünvanlarının, ata və analarının, ailə üzvlərinin yerinin müəyyən edilməsidir. Bu işə başlanıb və onlar qoy artıq rahat yatmasınlar. Elə onların əzizlərinin yanında, əzizlərinin gözünün qabağında dedikləri sözlərin onların özlərinə tətbiq olunmasını öz əzizlərindən istəməkdir. P.... da olacaqlarsa, arvadlarının, ata və analarının, bacı və qardaşlarının gözü qabağında olsunlar. Kim təhqir edəcək, cəzasını alacaq. Yazdıqları, öz səhifələrində yaratdıqları imkanla deyilən və səhifələrində saxladıqları təhqirlər onların öz əzizlərinə gedir, şübhəsiz. Normal insan belə danışmaz və belə məsələlərə şərait yaratmaz. 

Bu cür nadürüst alçaqlar, şeytanlar, yaramaz və ifritələr cəmiyyətə mikrob salır. Azərbaycan cəmiyyətinin təmizlənməsi üçün bu mikrobların təmizlənməsi vacibdir. Bəlkə də bu ölkədə bir illik diktatura yaradıb, yaramazların hamısını təmizləmək lazımdır ki, cəmiyyət özünə gəlsin. Çünki onlardan törəyənlər də mikrob olacaq. Hüquq-mühafizə orqanlarına müraciət və ərizə hazırlanır. Onlar ölçü götürməsə, dədə-baba qaydası ilə kimlərisə p... etmək lazım gələcək. Öz metodlarımızla. Başqa yol qalmadı. Bütün oxuculardan üzr istəyirəm. 

45 illik yaşam tariximdə ilk dəfədir ki, belə sərt yazıram. Mənim stilim deyil, amma məcbur qaldım. Məcbur qalanda p.... olmaq istəyənləri p.... etmək də əlimizdən gəlir. Qoy evində rahat yatmasın. Küçədə rahat gəzməsin. Çünki şikayət hazırdır və etdiklərinə gözə cəzaları həbs olmalıdır hüquqşünasın dediyinə görə. Bağışlamaq isə yox! Hüquq susarsa, dözməyənlər tapılacaq və qoy yenə də küçədə rahat gəzməsinlər və evlərində rahat yatmasınlar. Çünki hamı mənim qədər dözümlü deyil”.

Nurullayevi vadar edən səbəbləri aydınlaşdırmaq üçün onun özü ilə əlaqə saxladıq. Lakin o, belə iyrənc oyunlarda görünməmək üçün bu barədə danışmaq istəmədiyini bildirdi.  (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub - Yenilənib

Ən çox oxunanalar