Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rembonun borcu...

Rembo ləqəbli döyüşçümüz komadan çıxdı


Onun ayaq üstə, döyüş zamanı  və xəstəxanada komada olduğu görüntüyə baxıb o ki var ağladım bu xəbərə sevincimdən.  Deyim ki, bu da müharibənin bizə qazandırdığı  xarakter olub son zamanlar. Ya sevincdən, yə faciədən ağlayırıq.  Xatırladığım bir məqam da var bunacan. Komada olan düyüşçünün maaşından bank borcunu, kredit borcunu çıxırdı. Hamı qınayanda bank tərəfdə idim. Dedim ki, onlar hər işi sistemləşmiş formada idarə edirlər. İndi kompüter nə bilir ki, Razi Cavadov bizə göstərdiyi xidmətə görə gözümüzün işığı, generallarınının, ali baş komandanının nümunəvi döyüşçüsüdür. Yox dedim, bunu bilsələr mütləq nəsə edəcəklər.  

Bu səhər oxuduğuma şok oldum da deyə bilərəm. Razi Cavadovun atası Vidadi kişi Ali Baş Komandana üz tutub. Çünki bank borcu məsələsini mətbuata çıxardığına görə naməlum nömrədən zəng edib kişini təhdid edirlər.  

Bank problem yaşamayan az sayda adam var ölkədə. Bizim bankların problemli şöbələrinə yolu düşən adamların çox bilir ki, orda nə qədər etik normalar çərçiivəsini aşan adamlar işləyir.  Onu da nəzərə alın ki, “etik normalar çərçivəsi” sözü də həddən artıq yüngül ifadədəir orda rastlanan mənzərələrin qarşısında.  O naməlum nömrədən Razinin ailəsinə gələn zəngin xaricdən təşkil olunduğunu, hətta erməni kəşfiyyatının işi olduğunu da deyənlər, ehtimal edənlər tapılacaq.  Bir ehtimal da bəndəniz desin. O zəngi edən sıradan, primitiv, kimlə danışdığını bilməyən, şefinin puldan başqa heç nə düşünmədiyinə əmin olan, o üzdən də kefi istəyən söyüşü qadınlı kişili hamıya söyən sıravi bir bank əməkdaşı da ola bilər...

Hər halda bu məsələ köklü araşdırılacaq yəqin. O zaman hansı ehtimalın həqiqət olduğunu hamımız biləcəyik.  İndiliksə sizə başqa sözüm var. 

Rembonun, yəni Razinin bu məmələkətdə heç kimin bankına demirəm,  amma dədəsinə yüz faiz  borcu yoxdur.  Amma  bizim hər birimizin dədmiz anamızla birgə  Raziyə bir can borcumuz var. Bizə görə yarımcan olduğuna görə. Razinin dədəsinə də borcumuz var. Onun kimi oğul böyüdüb bizə sipər eləyə bildiyinə görə. Ancaq belə çıxır ki,  qarşılarında bu qədər borclu adamı ola-ola Razigil bizə də, dövlətə də, banka da borcludur. 

Bu yazını yazıb qurtardım özü də bir nəfəsə. İstədim elə o birnəfəsə  içimdəki hirs, öfkə, yanğı, təəssüf, hikkə çıxsın.  Çıxmadı! Hələ bir az da artdı. Redaktə üçün təkrar oxuyanda istər inanın istər inanmayın elə bildim Ali Baş Komandanı hər gün görən siz yox,  mənəm. Elə bildim hər gün sizdən yox, məndən də nəsə soruşur. Elə bildim bu dəfə heç nə soruşmur eləcə maddım-maddım üzümə baxıb başını yırğalayır, mənə güvəndiyindən, etibar elədiyindən onu bir əsgər ailəsi qarşısında başıaşağı elədiyimə təəssüfünü bildirmək üçün başını yırğalayıb “niyə belədir vəziyyət?” sualını  verir. Utandığımdan gizlənməyə yer tapa bilmədim. 

Aşağıda sizin yerinizə utanmaqdan bezdik cənab məmurlar, əziz qardaşlar. Bir az da siz yuxarılarda  biz aşağılara elədiklərinizdən, sizə güvənən adamı, pis duruma salmanızdan utanın, noolar? Utanmaq həm də adamı məsulittətli eləyir. Razinin ehtiyac üzündən bankdan çəkdiyi kredit sizin bir gündə bir ətirə, bir nahara, bir ev bazarlığına xərclədiyiniz vəsaitin bəlkə də yarısıdır. Əstağfürullah, cibinizi saymaq kimi çıxdı bir az. Amma o cibiniz dediyimiz razilərə görə var axı. Siz biz aşağıları bunu tez-tez yazıb sözün çüyünü çıxarmağa niyə məcbur edirsiniz ki?!..

Axı şəxsən mən o yaralılara göstərilən münasibəti görmüşəm, mən bilirəm Ali Baş Komandan və bu ölkənin dəyərli generalları o əsgər və zabitlərə görə nələrə qatlaşıb, nələr edirlər. 

İndi siz minaya düşən bir əsgərə ölüm kağızı vermirsiniz ki, döyüşüb ölməyib. O birinə söyləyirsiniz ki, başına oyun açarıq sus. Başqa birinə şəhid statusu vermək istəmirsiniz. O yandakının rütbəsinin bir pillə artmasına qarşı çıxırsınız. Nədir sizi bu qədər türk deməsi kötü yapan?..

Pulmu, yox, o varınızdı.  Xəstəlikmi, yox, sağlam olmasanız o krealolarda olmazdınız.  İncəsəniz də düzünü deyim. Ağlıma bircə şey gəlir. Natamam şəxsiyyətli və yerində olmayan məmuru çoxdur bu məmləkətin. Nə yazıq ki,  çoxlu sayda yaxşılar da kiminsə kimisə olmadığına görə , xalaoğlu, bacı, qardaş, əmi dayı və sair deyil deyə mənəvi təzyiqə, terrora məruzdur.  Bircə dəfə düşünün ki, məsələn məmləkətin elə adamı var ki, kimsəsi yoxdu. Məsələn AZƏRBAYCANın xalası oğludur. Lap elə Razi olsun o adam. Yəni Razinin ailəsindən başqa bir də xalasıoğlu AZƏRBAYCANdan savayı kimsəsi yoxdur.  İndi neyləsin?!..

Yəqin ki cavabı var bu sualın da, amma o da özümdə qalsın. 

İndiliksə Razinin atası Vidadi Cavadovu Ali Baş Komandana üz tutmağa vadar edən həmin hədəyə görə o kişidən də, Razidən də özüm və ailəm adına üzr istəyirəm. Bir də onu deyirəm ki, narahat olmayın onsuz da bu VƏTƏNi elə həmişə borclular qoruyur.  Sadəcə istədiyimiz odur ki, heç olmasa mənəvi məhv eləməsinlər bizi. İmkan versinlər  ölənəcən birtəhər edib borcumuzu qaytaraq VƏTƏNə də, qonşuya-qohuma da, dosta da, banklara da. Çünki əminəm, əminəm nədir,  hətta şahidəm ki, adam öləndən sonra kommunal xərcə görə  borcumuzu gedib sağ qalan əmimiz oğlunun, xalası nəvəsinin qızının kürəkənindən istəyəcək adamları var bu ölkənin...

Jalə Mütəllimova(musavat.com)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ən çox oxunanalar